GƏNC YATIRIMCI, TƏLİMÇİ TURAL ASLANLI İLƏ – MÜSAHİBƏ
– Salam, Tural bəy. Zəhmət olmasa özünüz haqqında oxucularımıza məlumat verərdiniz.
– Mən Aslanlı Tural Sahib oğlu. 2015 – ci ildən etibarən Trans National Holding Korperatsiyasında 5 il işləmişəm. 2000 distributora sponsorluq etmişəm. 2020-ci il fevral ayından etibarən Türkiyəli iş adamı milyonçu Enes Olgunun fəaliyyət göstərdiyi Jeunesse Global şirkətinə keçid etmişəm. Qeyd edək ki, Jeunesse Global Dünya Network şirkətləri arasında ilk onluqdadır. Türkiyənin Galatasaray klubuna sponsorluq edirik.
Karantinin bitməsini və bir çox rayonlarımızda böyük seminarlar təşkil edərək komandamıza gələcəyin liderlərini seçirik.
– Çox gözəl addımlardır. Həqiqətən də təqdirə layiqdir. Növbəti sualıma keçid etmək istəyirəm. Bəs sizin qarşınıza çıxan maneələr, sizi hədəfinizdən çəkindiribmi? Daha dəqiq desək demisinizmi ki yox mən çox yoruldum. Heç nə qaydasında getmir. Geri çəkilim. Yoxsa daim irəliləmisiz?
– Hərdən dayanmaq istəmişəm, ancaq dayanacağım yerin mənə məxsus yer olmadığını düşünmüşəm, istədiyim yerə dayanmadan irəlilədikdən sonra çata biləcəyimi dərk etmişəm.
Ümumiyyətlə, dayanmaq necə bir seçimdirsə irəliləmək də bir seçimdir. Əgər seçimimizdə qarşıya doğru irəliləmək də varsa nəyə görə də dayanmalıyıq.
– Belə deyək də, yatırımcı olaraq risq almısınızmı? Və ya alarsınızmı?
– Risq kor-koranə şəkildə alınmadıqda uğura bərabərdir. Ya nailyyət ya da təcrübə. Mən deyərdim ki bütün yatırımcılar risq alır ancaq, düşünülmüş şəkildə.
– Çox gözəl vurğuladınız. Bəs madiyyat cəhətdən necə? Nə vaxtsa demisinizmi ki fikrim var ancaq pulum yoxdur?
– Əgər bir fikir qəti qərar əsasında alınıbsa inanın mənə pulun olmaması bəhanədir. Mən ilk yatırımım üçün gərəkli olan 300 azn pulu tapmaq üçün bəlkə də 50-dən çox insanla danışmışam. Heç birinin bu pulu vermədiyini gördükdə isə metodu dəyişərək hər kəsdən 20, 10, 30 azn alaraq 30-dan çox adamdan toplamışam. İlk qazancımda isə hər kəsin pulunu artıqlaması ilə qaytarmışam.
– Sizcə yeni başlayan bir yatırımcı nələrə diqqət eləməlidir? Nələri məsləhət görərdiniz ?
– Yatırımcı yatırım edəcəyi yerin fəaliyyəti haqqında məlumatlı olmalıdır. İşin qazanc planından öncə kimlərlə iş gördüyünü müəyyən etməlidir. Əgər bu işi davamlı edəcəksə düzgün insanlarla iş qurmalıdır. Çünki ortaqların adı sənin adındır ortaqlara deyilən fikirlər sənə də aiddir. Və yatırımcılar psixolojik cəhətdən siyasətcil və düzgün diaqnoz bacarığına malik olmalıdırlar.
– Siz eyni zamanda təlimlər də verirsiniz. Məhz biznes, yatırımcılıq üzrə olur təlimləriniz yoxsa necə?
– Əsasən hansı şirkətlə fəaliyyətdə oluramsa həmin şirkətin Marketing Planı haqqında seminarlar keçirəm. Bundan əlavə isə Motivasiya danışıqları da edirəm.
– Bəs insanların təlimlər sizcə marağını çəkirmi? Onların maraqları sizi qane edirmi?
– Təlimdə marağın olub olmaması təlimçidən aslıdır. Düşünürəm ki onları qane edə bilirəm. Bu isə mənim qane olmağıma səbəbdir artıq.
– Əslində belə incə bir fakt var ki, qatılanların bəziləri məhz sertifikat üçün qatılırlar. Amma bəziləri isə həqiqətən də nəsə öyrənmək, özünüinkişaf etdirmək üçün. Sizin münasibətiniz, düşüncələriniz nədir bu tip insanlara?
– Sertifikat üçün qatılan insanların belə bəziləri artıq məlumatın daha önəmli olduğunun fərqinə vardı. Bu isə o deməkdir ki biz dayanmadan davam etməliyik, gəncləri maarifləndirməli onlar üçün düzgün yola işıq salmalıyıq. Qərarı isə əlbət onlar verəcəklər. Sadəcə biz sağlam fikirə sahib olmaları üçün çalışmalıyıq.
– Həqiqətən də çox gözəl müsahibə oldu. Bizimlə və oxucularımızla dəyərli fikirlərinizi bölüşdüyünüz üçün sizə dərin təşəkkürümüzü bildiririk və sizə uğurlarınızın daha da çox olmasını arzulayırıq.
– Mənim üçün də xoş oldu. Sizə öz işlərinizdə müvəffəqiyyət arzulayıram.
Hazırladı:Rəna Vüqarlı