Gənc Özbək yazıçılar

Sevindirici haldır ki, özbək ədəbiyyatındakı ən yaxşı hekayələr xarici dillərə tərcümə olunur və xaricdə çap olunur. Bu illər ərzində Erkin Əzəm, Hayriddin Sultan, Nazar Eshanqul, Isajon Sultan, Şoyim Butaev, Abduqayum Yuldoş, Kochkor Norkobil kimi çağdaş yazarların bir çox hekayələri dünya ədəbi jurnallarında dərc edilmişdir. Bu ənənə gənc nasirlər tərəfindən də davam etdirilir.

Xüsusilə pandemiya dövründə gənclər məhsuldar idi. Onların hekayələri bir neçə dilə tərcümə edilmiş və dünyanın müxtəlif yerlərində xarici oxucuların diqqətinə çatdırılmışdır. Bu ənənə gənc nasirlər tərəfindən də davam etdirilir.

Qeyd etmək lazımdır ki, digər millətlərin nümayəndələri gənc yazarları hərarətlə qarşıladılar və hekayələr haqqında müsbət fikirlər bildirdilər. Aşağıda beynəlxalq ədəbi əlaqələrin qurulmasında fəal olan gənclərə diqqət yetirəcəyik.

2021-ci ilin əvvəlində Qazaxıstanın Almatı şəhərində Dünya Yazıçılar Birliyinin “Global Litera” jurnalında gənc özbək yazıçıları Şerzod Kamil Xəlil, Şerzod Artikov, Nodirabegim İbrahimova, Diloro Xalikova, Raxşona Ahmedova, Mədinə Norchaeva, Zuhra Kurban Şahrisabziya , Munira Muh.

Margilandan olan gənc yazıçı Şerzod Artikov, rus, ingilis, türk, serb, benqal, ərəb, slavyan, ispan, çin, italyan, polyak, rumın, fransız və yunan dilləri daxil olmaqla 20-dən çox dilə tərcümə edilmişdir.

Ədəbi məqalələr də xaricdə yayımlanır. Özbəkistan Yazıçılar Birliyinin üzvü Nurilla Çörinin Türkiyənin Kardeş  Kalemler jurnalının 2020-ci il sentyabr sayında dərc olunan ədəbi-tənqidi məqaləsi yayımlandı. Öz növbəsində gənc xarici sənətkarların hekayələri və şeirləri özbək dilinə tərcümə edilmiş və qəzet, jurnal və ədəbi saytlarda təqdim edilmişdir. Xüsusilə onlarla müasir şairin şeirləri ilk dəfə”Nodirabegim.uz ”  saytında özbək dilində yayımlandı. Panmedia dövründə zoom tətbiqi ilə bir çox beynəlxalq ədəbi festival və görüş keçirildi. Özbək sənətçiləri də bunlarda fəal iştirak etdilər. 2021-ci ildə dünya ədəbi arenasında yaradıcılıq dostluğumuz davam etsin!

YAZAR: Nodirabegim İbrohimova,
TƏRCÜMƏÇİ: Müşfiqə Quliyeva
HƏMÇİNİN BAX: Avar xaqanlığı
HƏMÇİNİN BAX: Tehsilim.org/ilin-genci-ve-elaci-telebesi-ile-musahibe/