Gələcəyin müəllimi

Hər bir peşənin özünəməxsus çətinlikləri olduğu kimi müəllimlik peşəsinin də, özünə xas olan çətinlikləri vardır.Belə ki, müəllimlik sənəti həm çox çətin, məsuliyyəti, şərəfli bir peşədir.Bu sənətdə uğur qazanmaq üçün, öz savadlı tələbələrini yetişdirmək üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşür.Müəllimlik ixtisasını digər ixtisas sahələrinin əsas mərkəzi adlandırmaq olar.Belə ki, digər ixtisas sahələrinə gedən yol müəllimlikdən keçir.Bizə ilk hərfləri öyrədən də, yazmağı, bizi savadlı yetişdirən də müəllimlərimizdir.Təbii ki, çox insan müəllim adını ala bilər, amma müəllimlik zirvəsinə ucalmaq üçün çox çalışmalı, tələbələrini, ixtisasını sevməli və özünü gündən-günə inkişaf etdirməyi bacarmalıdır.Yalnız belə olan halda əsl müəllimlik adını almış olur.Bugün elm və texnikanın inkişafı gündən-günə, arasıkəsilməz sürətdə inkişaf etdiyi üçün, yeni məlumatlar, yeni biliklər öyrənilməlidir.Buna görə də, hər bir müəllim və ya gələcəyin müəllimi olacaq namizədlər öz üzərlərində daim işləməli, özlərini inkişaf etdirməli, öz ixtisaslarını mükəmməl bilməli və bunları gələcək nəsillərə ötürməyi bacarmalıdırlar.
İstənilən bir işə başlayan zaman qarşıya çıxacaq çətinlik, uğursuzluq insanda ruh düşkünlüyünə, qorxub işdən əl çəkməsinə gətirib çıxarır.Amma bütün bunların öhdəsindən gələcəyinə, getdiyi işdə uğur qazanacağına inan hər kəs öz yolunda mütləq uğur qazanır.Müəllimlik də belədir.Çətinlikləri olan, səbr tələb edən sənət olduğu üçün çox insan bu sənəti seçmir, yaxud da yarımçıq qoyur.Bəzən də bu ixtisasda təhsil alan gənclərimiz qorxur ki, bacarmaz, yaxud da tələbələri tərəfindən sevilməyən müəllim olar.Tələbələri də, fənni də sevdirmək müəllimin əlindədir.Müəllim tələbələri ilə dost olmağı bacarmalı, lazım gəldikdə onların problemini həll etməli, onların istəyini nəzərə almalıdır.Müəllim və tələbələri arasında hörmət olmalıdır.Hörmət qarşılıqlı olduğu üçün müəllim deyilənləri nəzərə alarsa, tələbələri tərəfindən həm hörmət olunan müəllim, həm də istənilən müəllim olar.
Hər bir ixtisasda uğur qazanmaq üçün mütləq o ixtisası sevmək vacib şərtdir.Belə ki, insan öz sevdiyi işlə məşğul olduğu zaman həm vaxtı gözəl keçir, həm də öz işindən zövq alır.Müəllimlik çox çətindir amma müəllim olmağı istəyən, bu sənətə həvəsi olan hər kəs çox yaxşı müəllim ola bilər.Peşəni sevmək uğur qazanmağa atılan ilk addımdır.İnsanda həvəs, maraq, istək olduqda

istənilən hər bir şeydə uğur qazanmaq olur.Müəllimin bəhrələri yetişdirdiyi tələbələridir.Müəllim nə qədər savadlı olarsa, yetişdirdiyi bəhrələri də bir o qədər savadlı, dünyagörüşlü olar.
Gələcəkdə müəllim olacaq hər bir kəs öz fənnini sevməli, hər zaman gülərüz olmalı, öz üzərində hər zaman çalışmalı, özünü daim inkişaf etdirməyi bacarmalıdır.Öz ixtisasını sevməli və bunu öz tələbələrinə aşılamağı bacarmalıdır.Belə olan halda, tələbələrdə fənnə maraq, müəlliminə qarşı hörmət hissi yaranır.Belə ki, müəllim həm fənnini, həm də dərsi izah etmə metodu olmalı və bu metod tələbələrdə elə həvəs oyatmalıdır ki , onlar dərsi, mövzunu həm qavramalı, həm də dərs müddətində sıxılmamalıdırlar Müəllim-gələcəyin savadlı nəsillərini yetişdirən, onları xalqımız üçün savadlı, dünyagörüşlü olmasına şərait yaradan, istedadlarını ortaya çıxarandır.Təhsilli insan, savadlı müəllim gələcəkdə hansı sahədə olursa olsun öz problemlərini həll etməyə qadirdir.Təhsili yüksək keyfiyyətli olan müəllimlər üçün hansı ixtisas, peşədə olmasından asılı olmayaraq problemləri tez və asan həll edirlər.
Gələcəkdə ölkəmizin rifahını daha da yaxşılaşdırmaq üçün, gələcəyimizi daha da parlaq etmək üçün təhsilimizə olan marağı artırmalı, yüksək təhsilli, savadlı gənclər yetişdirməliyik.Təhsilimizi daha da inkişaf etdirməli, ölkəmiz üçün yaxşı mütəxəsislər yetişdirməliyik.Təhsil ölkənin inkişafını göstərdiyi kimi, təhsil xalqın, millətin, ölkənin gələcəyidir.Gələcəkdə yaxşı bir müəllim olmaq üçün hər zaman çalışmalıyıq.
Gələcəyin savadlı müəllimləri, gələcəyin qurucuları olmaq diləyi ilə! …

Yazar: Nuranə Namazova ADPU tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqəsində 5ci yerin sahibi)