Gədəbəyə istirahətə gələnlər cərimələndi
Gədəbəyə istirahətə gələnlər cərimələndi
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “kafkazh.com”- a verilən məlumata görə, həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, texniki vasitələrin köməkliyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində gəldikləri məlum olub.
Mənbə: big.az
Xəbərçi: Nuray Ələkbərova