Gaslighting-Psixoloji manipulyasiya
Bu xəstəlik 1944-cu ildə yayına verilən “Gaslight”adlı bir filmdən götürülmüşdür. Gastlight, əsasən, qaz lampası olaraq bilinir. Əsas filmin qəhrəmanları Cek və Belladır. Bu cütlüklər hər axşam qaz lampası ilə işıqlanan bir otaqda otururlar. Lakin Cekin Bellaya bir sıra tətbiq etmək istədiyi mənfi planları vardır. Cek, belə ki, hər axşam qaz lampasının işığını azaldır. Bella bu vəziyyətdən ilk başlarda şübhələnmir və sadəcə belə bir söz söyləyir: ”Artıq qaz lampası əvvəlki kimi ətrafa işıq saçmır ”. Və hər dəfə Cek Bellaya ağlını itirdiyini, heç nəyi bilmədiyini söyləyir və bununla da Bellanın bildiyi reallığı düz bilmədiyini, bir sözlə reallıqdan uzaqlaşdırır. Bu filmdə, əsasən, bir kişi həyat yoldaşını yaddaşını itirdiyinə inandırır. Lakin burada önəmli olan isə bu təsirə günümüzdə hamımızın məruz qalmasıdır. Bundan daha çox hər cür şiddətə məruz qalanlar, diktatorlar, narsistlər ya da bəzi təriqət liderləri professional şəkildə istifadə edərlər. Çox təəssüf hissi ilə qeyd edək ki, buna məruz qalanların psixoloji manipulyasiya edildiyindən xəbərləri belə olmur. Bəs Gastlighing nədir? Bu suala psixoloqlar belə cavab verirlər: ”Gastligting bir insanın başqa insan və ya insan qrupu tərəfindən özünün varlığını qavrayışını, xatirlərini şübhə altında tutmasına səbəb olan gizli psixoloji manipulyasiyadır. Gaslighting qurbanlarının həm kəskin, həm də xroniki mütərəqqi zehni xəstəliklərin tez-tez təzahürləri var. Depressiya, artan narahatlıq, çaxnaşma hücumları və xəyal pozğunluqlarından əziyyət çəkirlər. Belə bir fenomenin digər təhlükəsi qurbanın həqiqətən dəli olduğuna inamını inkişaf etdirmə riskinin yüksək olmasıdır, beləliklə, onun həyatı şüurlu nəzarətdən kənarda qalır. Digər psixosomatik xəstəliklərin inkişafı da istisna deyil. Bu səbəbdən qaz işıqlandırma konsepsiyası; psixologiyada nə olduğu, tanınma tərifi və xüsusiyyətləri çox vacibdir. Qeyd edək ki, bu həqiqətən ciddi bir problemdir, çünki insanın varlığına şübhə ilə yanaşması yaşaya biləcəyi ən böyük problemlərdən biridir desək, tamamilə düz olar. Əslində, bu böyük manipulyasiya şəklində də özünü göstərmir, çoxu zaman təzyiqlər kiçik-kiçik başlayır. Fəqət, sonradan get-gedə böyüyərək, ”qar topu təsiri” adını verdiyimiz böyük manipulyasiya və ən sonda da insanın bu xəstəlikdən bilmədən əziyyət çəkməsinə yol aça bilir. Gastlighting sevgili, həyat yoldaşı, valideyn və uşaq arasında müşahidə edildiyi kimi, iş həyatında rəhbər və işçi arasında və ya rəhbərlərin daha yüksək mərtəbəli rəhbərləri və ya iş yoldaşları arasında da müşahidə edilə bilər. Yalnız,bəzi hallarda bir sıra işarətlərə diqqət etməklə bunların fərqində olmaq lazımdır. Əvvəlcə qeyd edək ki, bu təsirdə əsas olaraq avtoritar rejim, güc ön plandadır. Manipulyasiyaya məruz qalan insan qarşısındakı insanı güc fiquru olaraq öz beynində təyin edər və o insanı itirməkdən qorxduğu üçün özünə çox da vacib kimi görünməyən kiçik psixoloji oyunlara boyun əyər. Xüsusilə, qarşınızdakı insan sevdiyiniz bir insandırsa, bu insana inanmaq istəyirsiniz və sizin bu inancınız həmin insan üçün güclü bir “silaha”a çevrilə bilər. Xüsusilə güc eyni deyilsə, siz həmin insanla aranızda mübahisə yaşamamaq üçün özünüzün düşüncələrini dəyişdirmək sizin üçün çox problem olmaya bilər, ya da buna səbr edərsiniz. Manipulyasiya edən şəxs, bəlkə də, bunu bilərəkdən etmir. Burada əsas faktor olaraq dünyaya gəldiyi ilk zamanlarda tərbiyə aldığı insan və ya şəraitdə insan davranışları yer alır.
Gastlighting’in 3 forması vardır. İlk olaraq, sözlü şəkildə bir şeyləri ifadə edib bu sözləri dəfələrcə təkrar edib onları fərqli şəkildə altamaqla qarşıdakı insanın düşüncələrini qarışdırmaqdır. İkincisi isə davamlı əşyaların yerini dəyişdirmək və bir zaman sonra onları təkrar əvvəlki yerlərinə qoymaqla, beləliklə, onlardan təkrar istifadə etdiyi zaman isə ora qoyduqlarından şübhə duyduqlarını ifadə edən bir haldır. Digəri, bir hadisənin detaylarından bəhs etməmək, lakin qarşısındakı insana əvvəllər danışdığını söyləyərək həmin insanın fikirlərini qarışdırmaqla bilinir.
Burada bir şeyə də diqqət etməkdə fayda var: Gasligting və yalan danışmaq. Bunlar bir-birindən çox fərqli anlayışlardır. Gregir Haus belə deyirdi: ”Hardasa hər kəs yalan danışar”. Yalan danışmağın ən böyük səbəbi isə qorxular, problem yaşamaqdan çəkinməkdir. Bu yalanların çoxu da kiçik yalanlardır; dostlarla eyni ortamda olarkən, ailənizə dərs etdiyinizi söylədiyiniz, müəlliməyə işıqlarımız sönmüşdü kimi kiçik yalanlarla başlayır. Fəqət bəzi yalanlar bu qədər sadə deyil. Məsələn, bir cinayət üçün siz sorğu-sual edildikdə yalan danışdığınız zaman birbaşa həbsxanaya düşə bilərsiniz, ya da cinayətkarsınızsa polislər yalan danışdığınızı bir sıra texnikalardan istifadə edərək, məsələn, yalan maşınlarından və s. istifadə edərək sizin yalan danışdığızını müəyyən edər. Bir “yalan forması”da vardır: “Ağ yalan”. Sevdiklərimizi qorumaq, onları incitməmək üçün istifadə edilən yalan növüdür. Ümumən qeyd edək ki, yalanın növündən asılı olmadan hamısından lazımi qədər uzaq durmaqda fayda vardır. Bir də psixologiyada patoloji yalan növü vardır. Bunlara daha çox diqqət çəkmək üçün yalan danışanlar, heç zaman etmədiyi işləri özünün etdiyini deyənlər, hər hansı məşhurun qohumu olduğunu deyənlər aiddir və bunları daha çox şişirdirlər ki, insanlar onların yalanlarına inanırlar. Gatlightingdə isə yalan danışan insan güc qazanmaq və ya olduğu yeri qorumaq üçün bir insanın reallıq qavrayışını şüurlu şəkildə dağıtmağa çalışır. Psixologiyada ən çox bunlara yüksək dərəcədə istismarcı həyat yoldaşları aid olunur. Bundan daha çok kişilər istifadə edir və hardasa oxşar texnikalardan istifadə edərək bunu tətbiq edir. Ən birinci rədd etmək, daha doğrusu bir mənfi işi edərək, sonra isə “mən etmədim” deyərək. Məsələn, həyat yoldaşlarına əl qaldırırlar lakin,”mən heç nə etmədim, əlim belə dəymədi sənə” -deyərlər. Bunu o qədər inandırıcı deyərlər ki, psixoloji şiddətə məruz qalan insan bir müddət sonra “məni həqiqətən vurmadı” kimi düşüncələrə sahib olar. Bunun ardından bir insanı alçaq(əzilmiş) görmək gəlir. Yəni etdikləri mənfi işləri daha çox şişirtməyib kiçik bir tərzdə ifadə edərək qarşısındakı insana “mənimki vurmaq deyildi, sadəcə biraz əlimlə itələdim” kimi sözlər deməsinə yol açır. Digər bir texnika isə alternativ açıqlamadır. Yəni, ”bəli elə bir hadisə baş verdi, amma bu dünyanın sonu deyil,b aşqaları həyat yoldaşlarına belə-belə rəftar edirlər. Əslində, mən belə insan deyiləm, bilirsən.” kimi sözlər deməsidir. Bunun ardınca isə günahkarlıq duyğusu gəlir: “Mənfi hadisə baş verdi, amma sən də mənim sözümü dinləmədin, məni heçə saydın, diqqət ayırmadın.” -deyirlər.
Bir çox texnikalar da var, ancaq gəlin görək, biz bunları necə müəyyən edə bilərik? Məsələn,
1) özünüzlə əlaqəli şübhəyə düşürsünüzsə, qərar verməkdə çətinlik çəkirsinizsə, 2) davamlı çox həssas və inciyən bir insan olduğunuzu deyirsinizsə, 3) hər hansı işdə kifayət qədər bacarıqlı olmadığınızı zənn edirsinizsə, 4) münasibətlərdə davamlı düşüncə qarışıqlığı yaşayırsınızsa, ”bu insanın mənə uyğun olduğunu düşünürdüm, lakin nə zaman bir yerdə olsaq idaraetməni itirirəm” kimi sözləri beyində analiz edirsinizsə, 5) qarşınızdakı insana hər hansı bir mövzuda sual verib bir müddət sonra özünüz də bilmədən özünüzü böyük mübahisə içində görürsünüzsə, 6) və ya bir zaman sonra eyni sözü dəfələrlə dediyinizi, fəqət qarşınızdakı insanın sizi heç eşitmədiyini düşünürsünüzsə, 7) düşüncələr və duyğularınız mövzusunda heç də əmin ola bilmirsinizsə, 8) həmişə üzr istəyən tərəf sizsinizsə, 9) həyatınızdakı insanın davranışlarında hər zaman bir bəhanə, səbəb olduğunu düşünməyə çalışırsınızsa, 10) ya da hər zaman özünüzün üzgün olduğunu anlamır və bunun niyə baş verdiyini bilmirsinizsə, sizlər də Gaslighting qurbanlarından birisiniz. Bəs bu vəziyyətdə necə hərəkət etmək, bundan necə qorunmaq lazımdır? Əvvəlcə, bir sual formalaşdırmağınız və onu araşdırmağımız lazımdır. Kiçik də olsa manipulyasiya edildiyinizi hiss etdikdə bir yerə yazmaq, daha sonra özünüzdən şübhə duyduğunuz zaman o qeydlərə baxmaq və özünüzdə suallar formalaşdırmaqla bunun qarşısını ala bilərsiniz. Digər tərəfdən, özünüzə inanmaq, əgər bir mənfi hal ilə qarşılaşsanız ondan qaçmamaq ,onu həll etməyə istiqamətlənmək daha doğru addım olar. Daha başqa yol isə, “Əl çəkməyə” hazır olun. Dr.Sarkis bu barədə “Bu tip münasibətlərdən çıxmağınız çox vacibdir.”, ‘”Daim bir məsafə qoymalısınız. “- kimi tövsiyələr edir. “Vaxt keçdikcə təhqiramiz davranışlarını artırırlar. Qalmaq sizə və övladlarınıza uzunmüddətli zərər verə bilər – fiziki və emosional sağlamlığınıza və özünüzə olan hörmətə zərər vermək də daxil olmaqla.” Telefon nömrələrini və e-poçtları bloklamağı, hər hansı bir mesajı rədd etməyi və birlikdə uşaqlarınız varsa, vəkillə ətraflı bir tərbiyə planı qurun, beləliklə qaz övladının sizi uşaqlarınızla idarə etmək üçün daha az yeri var. Başqa bir yolu isə kiçik qərarlar alın, hər hadisəyə ayrı qiymət vermək lazımdır. Ən vacibi isə mütəxəssisə müraciət etməyiniz lazım olar. Dr. Fields deyir: “Xüsusilə özünüzə güvənmə qabiliyyətinizi itirdiyiniz yerlərdə qaz işığının vurduğu ziyanı aradan qaldırmalısınız”. “Terapiya həm də ortağınızın nə etdiyini bilməkdən kədərlənməyi və kədərlənməyinizə kömək edəcəkdir.”
Əlavə olaraq, “Gaslighters narsist olma meyli göstərirlər”deyən Sarkis.” Bu o deməkdir ki, hər şey onlar haqqında olmalıdır. Daimi diqqət tələb edirlər və bunu əldə etməsələr, sizə əzab verəcəklər. Münasibətdən ayrılmağa çalışdığınız zaman sizi geri çəkməyə çalışırlar. “Bir fikir ayrılığı nə qədər istiləşsə də, heç kim sizin duyğularınız üzərində səlahiyyət sahibi deyil. “Nə hiss etdiyimi, hiss etmədiyimi söyləməyin” -bu cümlə mahiyyətcə qaz işığına cavabdır”. -deyir Alexandra Sacks M.D., (reproduktiv psixiatr) Heç kimin sənə demədiyi: ” Duyğularımın təsviri etibarlıdır, çünki başımın içərisində nə olduğunu bilən tək mənəm”.
Dr. Sacks qeyd edir ki, bəzi hallarda birbaşa olmaq və tərəfdaşınıza manipulyasiya olunduğunuzu hiss etdiyinizi söyləmək onların davranışlarına son qoya bilər. ” Bəzən bir qaz vuran digər insanın özünü qurban olduğunu hiss etdirməyə çalışır, amma bəzən daha yaxşı ünsiyyət qurmağı təklif edə bilmədikləri üçün istifadə etdikləri və ya bir sui-istifadə dövrü içərisində öyrəndikləri şüursuz bir taktikadır. Yoldaşınızın onlara etdiklərini əks etdirmək, onlar üçün bir lampanı söndürə bilər.
YAZAR: Aydan Qurbanova
Həmçinin bax: Boğaz. Bərzəx və Körfəzlər
Həmçinin bax: https://tehsilim.org/abituriyent-ve-bakalavrlarin-nezerine/
Həmçinin bax: https://turaz.org/prezident-ilham-eliyev-serencam-imzaladi/