G7-ni dəyişdirməyə qarşıyıq – Yaponiya
G7-nin strukturunu qoruyub saxlamaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa deyib. O, ABŞ-ın G7-nin sədri kimi sammitin keçirilməsi formatı barədə özünün qərar qəbul etməli olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Almaniya da G7 formatının dəyişdirilməməsi gərəkdiyini açıqlamışdı.
Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp G7 sammitinə Rusiya, Avstraliya, Hindistan və Cənubi Koreyanı dəvət etmək niyyətində olduğunu söyləmişdi.
Müxbir:Ələkbərova Nuray
Qaynaq:Axar.az