Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib
Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib
İyulun 30-da futbol üzrə Fransa Liqa kubokunun final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Stade de France” stadionunda keçirilən görüşdə “Paris Sen-Jermen” klubu “Lion” komandası ilə qarşılaşıb.
Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib.
Penaltı seriyasında daha dəqiq olan “Paris Sen-Jermen” (6:5) tarixində 9-cü dəfə Fransa Liqa kubokunun qalibi olub.
Mənbə: Azərtac
Müxbir:kafkazh.com Jalə Hüseynova