Fransada inqilabın sonu Napaleonun yüksəliş dövrü- I hissə
İnqilabın sonu və Napaleon dövrünün başlanğıcı:
Fransız inqilabı və Napoleon Dövrü sürətli siyasi və sosial dəyişiklər dövrü idi. Fransa Avropadakı hadisələrin
mərkəzi idi. Fransız inqilabı və Napoleon Müharibələri Avropanın formalaşmasında təsirli olan bir çox dəyişiklik gətirdi. Fransız inqilabı zadəgan təbəqənin imtiyazların ləğv etdi və Kilsəni dövlətdən ayırdı. Fransa Respublikası 1793- cü ildə qurulmuşdur. Dəyişikliklər Köhnə Avropa monarxiyalarının reaksiyasına səbəb oldu. Bu hökmdarlar inqilabi fikirlərin Fransadan ixrac ediləcəyindən narahat idilər Siyasi və hərbi müdaxiləyə baxmayaraq inqilab fikirləri Avropaya yayıldı. Ziyalılar və sənətkarlar bu fikirlərlə maraqlandılar. Eyni reaksiya Napoleon Bonapartı təhrik etdi. 1799- cu ildə Fransada Birinci Konsul oldu və inqilabın və xaosun bitdiyini elan etdi .”İnqilabın uşağı” olmasına baxmayaraq tərəfdarlarını təəccübləndirmək üçün bəzi dəyişikliklər etdi. Napoleon, 1801- ci ildə Katolik Kilsəsi ilə Konkordat ilə danışıqlar apardı və 1804- cü ildə özünü Fransa imperatoru olaraq taclandırdı. Bu hadisə, fikirlərini inkar etdiyi üçün bir çox müasirlərini şoka saldı.
Fransadakı rejim demokratik deyildi. Napoleonun bir avtokratidi. O, olası hər hansı bir müxalifətə tamamilə qarşı idi. Çoxsaylı müasirləri Napoleonu təkcə hərbi uğurlarına görə deyil, həm də “ Bonapartın İnqilab ideallarının tətbiq ediləcəyi yeni İtalyan respublikalarını yaratdığına” görə təriflədi. İnqilabı “ixrac etdiyi” görünsə də, rəhbərliyi güclü şəkildə mərkəzləşmişdi. Heç bir müqavimətə imkan vermədi. İşğal etdiyi vilayətlər, əsasən, hər cür hərbi əməliyyatlar zamanı təchizat mənbəyi rolunu oynayırdı. Fransa bu müharibələrə görə bir çox anti- Napoleon koalisiyası ilə qarşılaşdığı və Bonapart Avropa monarxiyaları üçün əsas təhlükə olaraq ortaya çıxdı.
Napaleon Bonapart:
Napoleon Bonapart (15 Avqust 1769 – 5 May 1821) Fransız inqilabının son mərhələləri ərzində Fransız hərbi və siyasi lider idi. Napoleon son olaraq 1804-1815 illəri arasında Fransızların İmperatoru olmuşdur. Napoleon 25 yaşında, ordudan qovulmuşdu. Rüsvay olmuş, ümidsiz və depresiyyada idi. Lakin bir il içində Fransanın ən gənc generalı oldu və məhv olma ərəfəsində olan əif qoşunla döyüşlərdə qalib gəlməyə başladı. Napoleon Yakobin klubundan idi.
Atası kasıb bir zadəgan idi. Napoleon, qardaşına yazdığı məktubda dediyı kimi ‘Biri tərəf seçməlidirsə, qalib gələn tərəfi də, viran qoyan, talan edən və yandıran tərəfi də seçəbiləcəyi üçün Yakobinlərə qoşuldu. Alternativi nəzərə
alsaq, yemək yeyilməkdən yaxşıdır. ”Napoleon Bonapart Fransanın aparıcı hərbi lideri olaraq ortaya çıxdı. 1793-cü ildə Fransaya girən İngilisləri məğlub etdi. 1796-cı ildə Napoleon avstriyalıları məğlub etdi. Avstriya Hapsburqları monarxların hakimiyyətini bərpa etmək istəyirdi. Lakin o, Misirdə məğlub oldu. Amma bu xəbərin Fransaya çatmasına icazə vermədi. Misir tarixini öyrənmək üçün insanları göndərdi və onlar Rosetta Daşını tapdılar.
Napoleon Fransanın həm Afrikada , həm də Hindistanda İngiltərəyə hücum edəbilməsi üçün orada bir baza qurmaq istəyirdi. Austerlitzdəki qələbədən sonra bütün əsgərlərin övladlarını övladlığa götürəcəyini bildirdi. Napoleonun Fransız xalqının sevgisini qazanması bu elan sayəsində baş verdi. Daha sonra dövlətdən uşaqlara dəstək və təhsili üçün pul xərcləməsini, qızlar üçün evlənmələrini və oğlanlara iş tapmasını istədi. Hamısının Napoleonu adlarına əlavə etməsinə icazə verdi. 1799-cu ilin noyabrında bir çevriliş nəticəsində Napoleon Kataloqu devirdi. Fransa Respublika olaraq qalmalı olsa da, ‘Mən adi insan deyiləm’ deyərək özünü ilk konsul təyin etdi.
1804-cü ildə insanlar onun İmperator olmasına qərar verdilər və səs verdilər. Napoleon Papadan tacqoyma mərasiminə rəhbərlik etməsini istədi.Taxtı heç kimə borclu olmadığını göstərmək üçün tacı Papanın əlindən götürdü və başına qoydu. Onun tacqoyma mərasimi haqqında daha ətraflı məlumatı qarşıdakı hissədə oxuyacaqsınız. Napoleon möhtəşəm bir lider idi. Milli büdcəni sabitləşdirdi və Fransa Bankını qurdu. İnsanları işə düzəltmək üçün ictimai işlərə başladı və yeni sənayeni dəstəklədi. Yeni rejim nizamının şüarları olaraq təhlükəsizlik və səmərəlilik azadlığı, bərabərliyi və qardaşlığı əvəz etdi.
QAYNAQ: Venkatshewara Open University- History of Europe ( 1453-1815 )
TƏRCÜMƏÇİLƏR: Aysu Rəsulzadə və Sevinc Əliyeva
HƏMÇİNİN BAX: AXC-nin süqutuna təsir edən səbəblər
HƏMÇİNİN BAX: tehsilim.org/abs-da-tehsil/