Fransa inqilabı- III hissə

İnsan Hüquqları Bəyannaməsi:
İnqilab ilk öncə önəmli zəfərlər qazandı çünki həm xalq, həm də burjuaziya bir məqsəddə birləşmişdilər. Burjua gənc, mütərəqqi və feodal avtokratiyaya qarşı mübarizə aparmaqda əzmli idi. O insanlardan qorxmadı və onlarla çiyin-çiyinə ilərlədi. 26 Avqust 1789-cu ildəTəsis Məclisi tərəfindən qəbul edilən ‘insan hüquqları bəyannaməsi’ xalqın
yeni bir idarəetmə formasına olan aclığının bariz sübutu idi. Bəyannamə 17 maddədən ibarət idi. İlk maddədə kişilərin azad insan olaraq doğulduqları və ömür boyu belə qalacaqları bildirildi. Bərabər hüquq və azadlığın elanı dünyanın əksər ölkələrinin avrokratiya siyasətini izləməsindən sonra həqiqətəndə inqilabi addım idi.

Mülkiyyət hüququ ülvi və başlıca bir haqq olaraq da elan edildi. Hüquq bəyannaməsində burjua və kəndlilərin mülklərinin torpaq sahiblərinin zorakılığından qorunması lazım olduğu da göstərilirdi. Eyni zamanda bu qərarın bütün dövrlər üçün saxlanılacağı təsdiqləndi. Bu bəyannamənin mülk bərabərsizliyinə əsaslanması burjua üçün
bir məhdudiyyət idi. Buna baxmayaraq diktaturanın sonunun yaxınlaşdığı proqnozlaşdırılırdı.

Varlı burjuaziya hakimiyyətə gəlir:
Baxmayaraq ki, güc yalnız burjuaziyanın əlində idi, ancaq nə Üçüncü Silk, nə də burjuaziya zəfərin bəhrəsini dada bildi. Kont Honor de Mirabu təsis məclisindəki ən nüfuzlu liderlərdən biri idi. Markes de Lafayette Markis Milli Qvardiyanın komandanlığını aldı və Təsis Məclisində görkəmli lider oldu. Təsis məclisindəki böyük burjuaziyanın nümayəndəsi seçki keyfiyyətləri sistemində israr edən qanunlar təqdim etdi və bunlar yalnız ölkəni ‘aktiv’ və ‘passiv’ vətəndaşlara bölməyə xidmət etdi. Yalnız mülk sahibi olan fəal vətəndaşlar və fərqli miqyasda mülk ödəyə biləcək kişilər səs verə və seçilə bilərdilər. Beləliklə, 26 milyon insandan yalnız 4.300.000-i siyasi hüquqlara layiq görülmüşdür.

Böyük burjuaziya beləliklə Üçüncü Silkdən uzaqlaşdı və tezliklə gücünü leqallaşdırmaq məcburiyyətində qaldı.
Ancaq Təsis Məclisi inqilabi əhəmiyyətə malik bir sıra qanunlar gətirdi. Fransanın inzibati quruluşu yeniləndi, sinif bölgüləri və aristokrat titulları ləğv edildi. 2 Noyabr 1789 tarixli bir fərmanla bütün kilsə mülkləri və torpaqları “Milli mülk” elan edildi və satışa qoyuldu. Doğum, ölüm qeydiyyatı və s. dövlətə verildi. Müxtəlif başqa qanunlar təqdim edildi və ticarət və sənaye təşəbbüslərini məhdudlaşdıran bütün məhdudiyyətləri aradan qaldırdı.

Bu qanunlar adi insanın və arxasında hərəkətverici qüvvə olan Burjuaziyanın mənafelərinə xidmət etmək üçün təqdim edildi. Amma hələ də burjua üçün burjua inqilabı tərəfindən yerinə yetiriləcək tapşırıqlar var idi. Böyük Burjuaziya öz mənfəətlərini mənimsəmək üçün hakimiyyətə gəldikdən sonra qısa müddətdə inqilabdakı hər hansı
bir irəliləyişə qarşı çıxmağa başladılar. Demokratiyanın tərəfdarı olan adi insanlar və burjua nümayəndələri inqilabın gedişatı ilə maraqlanmağa başladılar. Kəndlilər bütün feodal praktikalarına və əmək xidmətlərinə son qoyulmasını
və torpaqların onlara verilməsini tələb etdilər. 1789-cu ildə, 4 və 11 avqust tarixlərində Təsis Məclisi tərəfindən təhkimçilik ləğv edildi, amma kəndlilərin şəxsi azadlığının yalnız bir neçə tərəfi ilə əlaqəli olduğu üçün bu yalnız
kağız üzərində idi. Aqrar sistem də həll olunmamış qaldı. 1790-cı ildə kəndlilər köhnə iddialarını və vergilərini ağalarına ödəməkdən imtina edərək açıq şəkildə üsyan etdilər. Şəhər yoxsulları daha da kasıblaşdı və zadəganların mühacirəti ilə lüks mallar üçün sifarişlərin dayandığı üçün ticarət də dayandı.Bu səfalətlə yanaşı Paris və digər qəsəbələrdə qida çətinliyi yaşandı.

Fransanın kasıb xalqı 5 və 6 oktyabr 1789-cu ildə çörək çatışmazlığına və yüksək qiymətlərə etiraz etmək üçün
Versala getdilər. Onlar Kraliça Maria Antoinette’nin mənzilinə zorla daxil oldular. Kral və Təsis Məclisi xalqın tələbləri başladığı vaxtdan etibarən Versaldan Parisə üz tutdular. 21 Oktyabr 1789 tarixində Təsis Məclisi nümayişləri basdırmaq üçün silahlı güc tətbiq etmək haqqında bir qanun qəbul etdi. 14 iyun 1789-cu ildə Le Çapelier qanununun qəbul edilməsi ilə işçi birlikləri və tətillər qadağan edildi. Lakin artan narazılıq böyük burjuaziya tərəfindən yatırıla bilmədi.

Maksimilian Robespier və Jan-Paul Marat kimi inqilabçılar siyasətlərində antidemokratik olan böyük burjuaziyanın əsl üzünü insanlara göstərdilər. Əks çevrilişçi qrup məğlubiyyəti qəbul etmək istəmədi. Mari Antoinette Avropa monarxlarını Fransaya hərbi hücum etməyə təşviq etdi.

Varennes böhranı:
1791-ci ilin iyununda özlərini maskalayan və xaricə qaçmağa çalışan  Kral və Kraliça kiçik Varennes qəsəbəsində tutuldu və yenidən Parisə gətirildi. İnqilab tərəfdarı olan və hələ də Krala güvənən fransız xalqı, onun bu hiyləgərliyini qəbul edə bilmədi və daha çox insan respublika idarəetmə formasını seçməyə başladı.

Lakin, Təsis Məclisi krala dəstək verməyə davam edərək onun qaçırıldığı və Luis əəvvəlki səlahiyyətlərinin geri verildiyinə dair yalan xəbər yaydı. Parisdəki demokratik dairələr buna qəzəbləndi. Bir çox siyasi klublarda bir respublika üçün ciddi təlaş başladı. 17 iyul tarixində Şamp-de-Marsda monarxiyaya qarşı böyük dinc nümayiş
vaqe oldu. Məclis La Fayette tabeliyindəki milli qvardiya dəstələrinin izdihamı dağıtmaq üçün göndərilməsini
əmr etdi. Onlar atəş açdılar və bir çox sayda insan yaralandı və öldürüldü. Bu qırğın Üçüncü Silk arasında açıq parçalanmaya işarə verdi. Böyük burjuaziya xalqa qarşı silahdan istifadə edərək özünü qorumağa başladı. Məclisdəki mühafizəkar qüvvələr artıq əksinqilabi fəaliyyətlə məşğul idilər.

Şamp-de-Marsdakı qırğın ərəfəsində Yakobinlər arasında parçalanma baş verdi.
Sağ cinah La Fayette ətrafında toplandı. Böyük burjuaziyanın digər liderləri klubdan çıxaraq yeni Feuillants klubunu qurdular. Ən çox sözü keçən klub Yakobinçilər qırğın ərəfəsində parçalandı və sağ cinah La Fayette tərəfindən idarə edildi. Yeni bir klub Feuillant böyük burjuaziyanın digər liderləri tərəfindən quruldu. Robespier və Brisot inqilaba son qoymaq niyyətində olan Yakobin liderliyini ələ aldılar.

Məclisin hazırladığı,  konstitusiya monarxiyası üçün müddəalar verən və antidemokratik seçki xüsusiyyətlərini təsis edən konstitusiya Kral tərəfindən 13 sentyabrdai mzalandı. Təsis Məclisi 30 sentyabrda ləğv edildi.

QAYNAQ: Venkateshwara Open University- History of Europe ( 1453-1815 )
TƏRCÜMƏÇİLƏR: Nərmin Ələsgərova və Mehriban Şirəliyeva
HƏMÇİNİN BAX: Fransa inqilabı- I hissə
HƏMÇİNİN BAX: Fransa inqilabı- II hissə
HƏMÇİNİN BAX: turaz.org/akardan-azerbaycan-cixisi-butun-imkanlarimizla/