Fransa inqilabı- II hissə
Tennis Kortu andı:
Üç gün sonra nümayəndələr- Üçüncü Silk (indiki Milli Məclis) Baş Ştatdan ayrıldı, onlar həmişəki kimi qapalı
iclas salonu əvəzinə bu dəfə yaxınlıqdakı tennis kortuna yığıldılar. Biri istisna, üzvlərin hər biri sadə sözlərlə ifadə edilən Tennis Kortu andı içdi ki, yeni milli konstitusiya yaratmayanadək heç vaxt geri addım atmayacaqlar. Kral
XVI Luis Milli Məclisin qurulduğunu eşidən kimi bir toplantı keçirdi və Üçüncü Silki təslim olmağa çağırdı.
Tezliklə böyüyən məclis, Kralı onu qəbul etməyə məcbur etdi. Parislilər qiyamdan xəbər aldılar və şəhərdən inqilabi enerji axdı. Milli Məclisin təsiri ilə adi insanlar üsyan qaldırdı.
Onların hücum etməsindən çəkinən kralın əmri ilə ordu Versay sarayını mühasirəyə aldı. Kral XVI Luis və İkinci
Silk iclasdan nümayəndəli dayandırdığından bəri, həm də bir-birlərinin niyyətləri ilə bağlı bəzi anlaşılmazlıqlar üzündən, Milli Məclis 20 iyun tarixində bir tennis kortuna köçmək məcburiyyətində qaldı. Orada onlar tennis kortuna and içdilər ki, Fransa üçün yeni bir konstitusiya hazırlanana qədər işlərini dayandırmayacaqlar. XVI Luis
27 iyun tarixində nümayəndələri dağıtmağı bacara bilməyincə onların etibarlılığını tanımağa başladı.
Məclis, 9 İyulda özünü Milli Təsis Məclisi adlandırdı və rəhbər orqan və konstitusiya hazırlayan kimi fəaliyyətə başladı. Bu gündən sonra da, ümumiyyətlə Milli Məclis və ya alternativ olaraq 1789-cu il üçün ‘Baş Dövlətləri Təsis edən’ olaraq adlandırılır. 5 May 1789-da toplandı, ancaq 6 May 1789-da etdiyi müzakirələrdə dalana dirəndi. Bu səbəbdən, bütün bədənin təsirli olmasına çalışan Üçüncü Silk nümayəndələri, 11 Maydan Kommunlar olaraq ayrı
bir araya gəldilər. 12 iyun tarixində Kommunlar digər mülklərini də onlara qoşulmağa dəvət etdilər. Birinci Silkin
bəzi üzvləri ertəsi gün onlara qoşuldular. 17 iyun tarixində Kommunlar 490 səslə 90 lehinə səs verərək özlərini Milli Məclis elan etdilər. Birinci Silkə mənsub olan və ikinci sikə sərvət baxımından daha yaxın olan piskoposlarla müqayisədə Üçüncü Silk qədər zəngin olan kilsə keşişi 19 İyunda Məclisə qatıldı.
Bastiliyaya hücum:
9 iyulda Milli Məclis özünü təsis məclisi elan etdi, beləliklə yeni bir ictimai düzəliş və konstitusiya təməlini qoymaq vəzifəsini vurğuladı. Kral Milli Məclisin qərarlarını qəbul etmək istəmirdi. Lakin ciddi şübhələrə baxmayaraq bunu təsdiqləməyə məcbur edildi. Xalq və millət vəkilləri qorxu ilə izləyərkən krala sadiq qoşunlar Versalda və Parisdə toplaşdılar. Kralın və tərəfdarlarının hərəkətləri Milli Məclis üçün bir təhdid kimi qiymətləndirildi. 12 iyulda elan edildi ki, kral onun hökumət dəyişikliyin yeganə müdafiəçisi olan Neckeri işdən qovub. Xalq qoşunların Parisdə toplandığını şəhərə yaydı. Əks-inqilabçı qüvvələr onlara hücuma başlamaq üçün hökumətin əzmini göstərməkdə kifayət qədər güclü idilər. Şəhərin küçələri və meydanları bir sıra ərazilərdə olan insanlarla dolmuşdu.
Bir sıra ərazilərdə kralın qoşunları ilə toqquşma baş verdi və eşidilən atışma səsləri münaqişəni daha da alovlandırdı. Paris xalqı məharətlə döyüşlərə qoşuldu. 13 İyul səhər həyəcan siqnalı çalındı və Parisin yoxsul əhalisi hər növ silahla küçələrə çıxdı. İnqilabçılar irəlilədikcə və üsyançıların sayı hər an artdıqca qoşunlar bir-birinin ardınca ərazini tərk etməyə məcbur edildi. İnsanlar silah mağazalarını eləcə də on minlərlə silahı ələ keçirdi. 15 iyul tarixində səhər saatlarına kimi paytaxtın çox hissəsi üsyançılar tərəfindən ələ keçirilmişdi. Lakin mühafizə olunan Bastiliya həbsxanasının səkkiz qülləsi hələ də narahat görünmürdü. Xalq həvəslə bu dəhşətli qalaya hücum etməyə hazırlaşdı. Bastiliyanı xəndəkləri, körpüləri, böyük həbsxanası və topu ilə birgə ələ keçirmək çətin bir iş kimi görünürdü. Lakin bu inqilabçılar üçün heç bir şey deyildi. Topçular atəş açıb körpülərdən birinin zəncirlərini qırdı. İrəliləyən insanlar cəsarətlə yollarına davam etdilər. Həbsxana komandiri öldürüldü, adamları təslim oldu və Bastiliya azad olundu.
14 iyulda Bastiliyanın azad olunması inqilabçılar üçün böyük qələbə idi. Tale yüklü gün Fransız respublikasının başlanğıcını qoydu. O gündən etibarən güclü düşüncəli inqilabçılar, xalqın keçmiş ağalarına qarşı müharibə etdi. Sonrakı aylarda qələbəni mümkün edən performansları idi. Xalqın qəzəbi ilə qarşılaşa bilməyən kral istefa etmək məcburiyyətində qaldı. 17 iyulda kral inqilabçıların qələbəsini rəsmi olaraq tanımaq üçün təsis məclisinin üzvləri ilə birlikdə Parisə gəldi. Parisdəki hadisələr Fransadakı inqilabı daha da alovlandırdı. Ölkənin hər yerində hökumət məmurları keçmiş rəsmi vəzifələrindən uzaqlaşdırıldı və yeni şəhər məclisləri seçildi. İnqilabi ordu Milli Qvardiya kimi tanınmağa başladı. Bastiliyaya basqın edildiyin eşidən kəndlilər silah götürdülər, mənfur ağalarının evlərinə girib onları məhv etdilər. Bəzi yerlərdə ağalarının tarlalarını və ağaclarını ələ keçirib öz aralarında böldülər. Kəndlilər gündəlik vergi ödəməkdən imtina etdilər. Ağaları tərəfindən istismara məruz qalan və təqib olunan kəndlilər indi onlara qarşı qalxdılar.
Kəndli təşviqatı və şiddət bütün Fransaya yayıldı. XVI Luis bir daha maliyyə direktoru Jak Neckeri qovdu. O ümumi dövlətlərin uğursuzluğunda günahlandırıldı. Necker tanınmış bir şəxsiyyət idi və o zaman insanlar onun işdən çıxarılmasını eşidəndə düşmənçiliklər yenidən alovlandı. Gərginlik yüksəldi, silahlar üçün tələskənlik var idi və 13 iyul 1789-cu ildə üsyançılar silah axtarışında Paris bələdiyyəsinə basqın etdilər. Orada onlar bir qədər silah və barut tapdılar. Ertəsi gün Bastiliyaya əlavə güclər yerləşdirildi, Milli Məclis tərəfindəki vətəndaşlar Bastiliyaya hücum etdi. Silahlar faydalı olmasına baxmayaraq, Bastiliyanın basqını inqilabi iş üçün lazım olduğundan daha simvolik idi. İnqilabçılar az, lakin ani bir təhlükə ilə qarşılaşdılar. Lakin onlar o qədər böyük bir təhdidlər etdilər ki, passiv güc tətbiq edə bildilər. İnqilabçılar, Bastiliyaya basqın edərək qədim sülalə üzərində simvolik bir qələbə qazandılar və yüngül qəbul edilməmələri mesajını verdilər.
1789-cu ilin yayında quruluş:
Milli Təsis Məclisi, 14 İyulda Bastiliyaya hücum edildikdən sonra Fransanın ən bacarıqlı hökuməti oldu. Tarixçi Fransis Miqnet, bütün gücün şirkətlərə güvənildiyi və Milli Qvardiya tərəfindən itaət edilə biləcəyi qədər Milli Təsis Məclisinin əlində olduğunu yazırdı. İnsanlar artıq Krala itaət etmək istəmirdilər və buna görə də kral hakimiyyəti müəyyən dərəcədə dayandı və Məclis təkbaşına işləməli oldu.
Seçki dövründə General müavinlərinin sayı artdı. 1789-cu il iyul ayının ortalarına qədər Məclisdə zadəganlardan, ruhanilərdən və Üçüncü Mülkiyyət nümayəndələrindən ibarət olan 1177 millət vəkili var idi. Amerikalı tarixçi Timoti Tekitin “İnqilabçı olmağ”ına görə Məclisdə 1789-cu il iyulun ortalarına qədər ümumilikdə 1177 millət vəkili var idi. Onların arasında 278 zadəgan, 295 din xadimi və 604 nəfər üçüncü mülkü təmsil edirdi. Məclisin bütün dövrü ərzində 330 nəfər Ruhanilər, 322 zadəgan və 663 Üçüncü Mülkiyyət deputatları ilə birlikdə 1315 millət vəkili sertifikat almışdır. Araşdırmalarında, İkinci Mülkiyyətin əsasən hərbi qulluqçulardan ibarət olduğu, Üçüncü Mülkiyyətə isə hüquqşünasların rəhbərliyi altında olduğu təsbit edildi.
Məclisin ‘Sağ’ olaraq bilinən ən görkəmli şəxsiyyətləri bunlardır: aristokratiyanı təmsil edən Jak Antuan Marie de Kazales və kilsənin nümayəndəsi olan manastır Jan-Sifrein Mauri. Pier Viktor, Baron Malut, Trofim Gerard, Markis de Lalli-Tolendal, Stanislas Marie Adelaid, Kompte de Klar Mont – Tonnier və Jan Josef Munir – Jaks Necker ilə birlikdə kral demokratlar Fransa hökumətini Lordlar evi və icmalar evi olan Britaniya konstitusiyası modeli üzərində qurmağı hədəfləyirdi.
Milli partiya sadə insanların geniş ehtiyaclarına rəğbət bəsləyirdi orta siniflərin maraqlarını dəstəkləsə də, hamısı inqilab və demokratiya üçün idi. Miraba, Markiz de Lafayet, Jan-Silvain Bailey kimi liderlər inqilabda çox vacib rol oynadılar. Adrian Duport, Antoni Piere Josef Marie Barnave və Aleksander Lamet kimi inqilabın əldə etdiyi idealdan daha ideal olan ekstremistlər də var idi. Lametin qardaşı Çarls onlardan biri idi. Manastır İmmanuel Josef Seiyes-in verdiyi töhvəni unutmaq olmaz, çünki o, konstitusiya təklif edən ilk şəxs idi.
Qaynaq: Venkateshwara Open University- History of Europe ( 1453- 1815 )
Tərcüməçilər: Müşafərim Əliyeva, Zəhra Dadaşzadə, Ələviyyə Oruczadə
Həmçinin bax: Fransa inqilabı- I hissə
Həmçinin bax: tehsilim.org/seminar-terapotik-proteinler-ve-uretim-yontemleri/