FORTİS GROUP MMC tərəfindən həyata keçirilən təhsilə dəstək sosial layihəsidir
“Qafqazinfo” bildirir ki, təhsilə marağı olan şəhid, əlil və az sosial təminatlı ailələrin övladları üçün nəzərdə tutulan bu layihənin xərcləri tamamilə şirkət tərəfindən qarşılanır. Burada şagirdlər ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də təmin olunurlar.
“Fortis Academy”, Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq 9, 10 və 11-ci sinif şagirdlərinin qəbulunu onlayn şəkildə həyata keçirir.
Hal-hazırda 8-ci sinifdə təhsil alan şagirdlər də növbəti təhsil ili üçün aşağıda qeyd edilən linkə daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər.
http://fortisgroup.az/fortisacademyregister
“Fortis Academy” -nin əməkdaşları tezliklə sizinlə əlaqə saxlayacaq.
Uğurlar,
Evdə qalın, sağlamlığınıza diqqət edin!
Xırdalan şəhəri, Z.Tağıyev küç.13
(+994 50) 251 90 20 ;
Qaynar xətt: *0011
info@fortisacademy.az
office@fortisacademy.az
Fortis-Academy (Facebook)
fortis.academy (Instagram)
Mənbə: Qafqazinfo.az
Xəbərçi: Fatma Şükürova