Fobiya nə deməkdir?
Əslində heç bir narahatçılıq, təşviş və qorxu yaratmayan vəziyyətə və ya hər hansı obyektə görə qorxu hissi və onlardan qaçma davranışına fobiya deyilir. Fobiyadan əziyyət çəkən insanlar fobik adlandırılır. Fobik insanlarda qorxu hissi tez- tez müşahidə olunur, amma onlar bu qorxunun mənasız olduğunu bilirlər. Fobiya əsasən kişilərə nisbətdə qadınlarda daha çox rast gəlinir. Psixoloji tədqiqatlara istinadən cəmiyyətin təqribən 10%-i fobiyadan əziyyət çəkir.
Freydin fikrincə, fobiya şüuraltı qarşıdurmadır. Watson isə fobiyanın şərti refleksə istinad etdiyini söyləmişdir.
Əksər hallarda fobiya və qorxu anlayışları eyniləşdirilir. Lakin bu yalnışdır. Fərqləndirən əsas cəhət qorxan şəxs qorxusunun nədən qaynaqlandığını bilir. Fobiyada isə əsassız halda fobik əlamətlər müşahidə edilir. Fobik insanlar əksərən təhlükəli obyektlərdən deyil, ziyansız nəsnə və ya canlılardan qorxurlar. Və bunun hardan qaynaqlandığını və ya səbəbini dərk etmirlər.
Çox zaman panik atakda görülən əlamətlər fobiyada da özünü göstərir .Bunlar aşağıdakılardır:
- Soyuq tərləmə
- ağız quruluğu
- diqqət yayğınlığı
- ani təzyiq düşməsi
- nəfəs darlığı
- üz qızarması
- ürəkbulanma və s.
Fobiyanın bir sıra növləri var. Onlara nəzər yetirək:
- Sosial fobiya– əsasən yeniyetməlik dövründə, xüsusilə də qarşı cinsə marağın formalaşdığı vaxtda ortaya çıxır. Bu fobiyada rast gəlinən narahatlıqlar yalnız sosial mühitdə ortaya çıxır. Əlamətləri: göz – gözə gəlməkdən qaçma, insanlarla ünsiyyət problemi, insanlara qarşı laqeydlik və.s. Müalicəsi: Koqnitiv- bihevioral terapiyadır
- Aqorafobiya – tez- tez rast gəlinən fobiya növüdür. Panik atak keçirən şəxslərdə aqorafobiya tez- tez müşahidə olunur. Maşın, avtobus və bu kimi vasitələrlə səyahət edə bilməmək, tək küçəyə çıxmaq qorxusu aqorafobiyaya misaldır
- Ailurofobiya– pişik fobiyasıdır. Əgər bu qorxunun üzərində işlənilməzsə, həmin şəxsin emosiyalarında pozğunluq müşahidə edilir. Bu cür şəxslər pişiyi görərkən nəfəsin daralması, ürəkbulanma, nəbzin artması və s. bu kimi reaksiyalar verir. Həyatının müəyyən dövründən sonra pişikdən qorxma halı cinsi həyatda olan problemlərdən məlumat verir. Zoofobiyası olan şəxslərin valideynlərinin ən az birində bu qorxu müşahidə olunur. Aradan qaldırmaq üçün mütəxəssisə müraciət etmək mütləqdir
- Demonofobiya– şeytan qorxusudur. Bu fobiyadan əziyyət çəkən insanlar ətrafında davamlı məxluqların gəzdiyini və çevrəyə, insanlara zərər verdiyini düşünürlər
- Limnofobiya– göllərdən qorxma
- Eisoptrofobiya– şəxsin özünü güzgüdə görməkdən qorxması halıdır. Onlar belə düşünür ki, güzgünün sınması onlara böyük bədbəxtlik gətirəcək
- Peladofobiya– əksərən kişilərdə rast gəlinir. Keçəl olmaqdan qorxmaqdır.
- Dismorfobiya – eybəcər bədən quruluşundan qorxmaq
- Pediofobiya – bu cür şəxslər bütün oyuncaq gəlinciklərdən qorxurlar
- Chirofobiya– öz bədənindən , vücudundan qorxma
- Graphofobiya – əl yazısı fobiyası
- Chaetofobiya – tük və saçlardan qorxmaq. Bu fobiya peladofobiyanın əksidir
Fobiyaların aradan qaldırılması üçün erkən şəkildə diaqnozun qoyulması və düzgün şəkildə aparılan terapiya şərtdir . Bunun üçün mütəxxəsis yardımı almaq lazımdır.
Son olaraq bunu qeyd etmək istərdim ki, qorxularınızın üstünə gedin, mübarizə aparın və qalib gəlin! Həyat qısadır, o qısa zamanı qorxulardan asılı olaraq yaşamayın:)
Gözəl həyatlar♥️💫
Yazar : Aysu Əliyeva