Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının növbəti onlayn iclası keçirilib
İyulun 24-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, şura üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi katibləri, ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər, eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) özək təşkilatları, qadınlar və veteranlar şuralarının sədrləri iştirak ediblər.
Öncə akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə AMEA-nın həqiqi üzvü Təyyar Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında məlumat verib. O, akademik T.Cəfərovu bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə təbrik edib, alimə fəaliyyətində uğurlar arzu edib.
R.Əliquliyev qeyd edib ki, son dövrlərdə Azərbaycan Respublikasının mövcud elmi-texniki potensialının xalqımızın milli sərvəti kimi qorunması və möhkəmləndirilməsi, eləcə də fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərinin ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə, təhlükəsizliyinin təmin edilməsinə, qeyri-neft sektorunun inkişafına, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi problemlərinin həllinə uyğun olaraq müəyyənləşdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli iclasında verilmiş bəzi tapşırıq və tövsiyələrdən söz açan Rasim Əliquliyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin akademiya alimlərinin, ziyalılarımızın, həmçinin gənc alim və mütəxəssislərin COVID-19 virusu ilə mübarizə məsələlərinə, eləcə də, Prezident İlham Əliyevin apardığı məqsədyönlü, uğurlu siyasətin fonunda gedən ictimai-siyasi proseslərə daim fəal münasibət bildirdiklərini, cəmiyyətin bu istiqamətdə obyektiv məlumatlandırılması və maarifləndirilməsi işlərində yaxından iştirak etdiklərini bildirib.
Elmi şuranın sədri Prezident İlham Əliyevin 15 iyul 2020-ci il tarixində Nazirlər Kabinetinin iclasındakı çıxışını xatıraladaraq qeyd edib ki, dövlət başçısının öz nitqində ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bildirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe ictimaiyyətin diqqətini cəlb edib. Cənab Prezidentin qeyd etdiyi kimi, “son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”.
Akademik vurğulayıb ki, dövlət başçısının bu tarixi çıxışı AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixində keçirilən iclasında ətraflı müzakirə olunub: “Bu iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev vurğulayıb ki, cənab Prezidentin nitqində ölkəmizin qarşısında dayanan təhdidlər, dövlətin bu problemlərə olan münasibəti dəqiq şəkildə öz əksini tapıb. Ölkəmizin taleyinə laqeyd olmayan hər kəs bu nitqə diqqətlə yanaşmalı, Prezidentin verdiyi siyasi istiqaməti qavramağa çalışmalıdır”.
Daha sonra çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov qeyd edib ki, Tovuz rayonu ilə sərhəddə Ermənistan ordusunun təxribatının Ali Baş Komandanın çevik və düzgün qərarlar�
Ələkbərova Nuray
www.science.gov.az