FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə FIFA-nın bəyanatında bildirilib. Qeyd edilib ki, C.İnfantinonun öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur və prezident özünün qurumdakı vəzifələrini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, C.İnfantino 2016-cı ilin fevralında FIFA-nın prezidenti seçilib. Bu vəzifədə o, qurumdakı çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən Jozef Blatterini əvəz edib.

Mənbə: Azərtac

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Jalə Hüseynova