Fermentlərin təsnifatı
Kimyəvi təbiətinə görə fermentlər iki qrupa bölünür:
Birkomponentli fermentlər,İkikomponentli fermentlər.
Birkomponentli fermentlər yalnız sadə zülallardan, ikikomponentli fermentlər isə sadə zülalla yanaşı, həm də qeyrizülal təbiətli maddələrdən təşkil olunmuşdur. Qeyri-zülal təbiətli maddələrdən fermentlərin tərkibində sadə zülaldan əlavə vitaminlər (B1, B2, B6, PP və s.), müxtəlif metallar (mis, dəmir, kobalt və s.) yağlar, karbohidratlar və başqa komponentlər olur.
Birkomponentli fermentlər hidroliz olunduqda yalnız aminturşulara ayrılırlar. İkikomponentli fermentlər hidroliz oludduqda isə sadə zülalla yanaşı, həm də qeyd olunan qeyrizülal təbiətli maddələrə ayrılırlar. Birkomponentli fermentlərə apoferment, ikikomponentli fermentlərə isə koferment deyilir. Bunların birlikdə aktiv ferment kompleksinə xoloferment deyilir.
Fermentlərin adlandırılması
Adətən, hər bir fermenti adlandırmaq üçün onun təsir göstərdiyi substratın adının sonuna“aza”şəkilçisi əlavə edilir. Lakin bütün fermentləri bu cür adlandırmaqla, onları bir-birindən fərqləndirmək mümkün deyil, çünki çox zaman bir substrat müxtəlif fermentlərin təsiri altında bir-birindən əsaslı surətdə fərqlənən kimyəvi çevrilmələrə uğraya bilir. Bununla əlaqədar olaraq, bir sıra hallarda fermentə müəyyən ad verilərkən onun təsir xüsusiyyətini də nəzərə alırlar (laktatdehidrogenaza, suksinatdehidroge naza və s.). Bununla əlaqədar, fermentlərin adlandırılmasında qeyri-mütəşəkkillik meydana çıxır. Bəzi hallarda eyni bir fermentin adı müxtəlif terminlərlə ifadə olunur və təsir xüsusiyyətlərinə görə bir-birindən kəskin surətdə fərqlənən fermentlərə oxşar adlar verilir.
Hal-hazırda 3000-dən artıq fermentin olması müəyyən edilmişdir. Lakin onlardan yalnız 300-ə yaxını təmiz halda, kristallik formada alınmışdır. Beynəlxalq təsnifata görə fermentlər 6 sinfə bölünür.
Oksidoreduktazalar. Bu sinfə aid olan fermentlər oksidləşmə-reduksiya reaksiyalarını kataliz edirlər.
Transferazalar. Bu fermentlər müxtəlif kimyəvi radikalların bir molekuldan digərinə köçürülməsini kataliz edirlər.
Hidrolazalar. Bu sinfə aid fermentlər suyun iştirakı ilə gedən raksiyaları kataliz edirlər.
Liazalar. Suyun iştirakı olmadan baş verən bioloji reaksiyaları kataliz edirlər.
İzomerazalar. Canlı orqanizmlərdə gedən izomerləşmə proseslərini kataliz edirlər.
Liqazalar və ya sintetazalar. ATF-in parçalanmasından ayrılan enerjidən istifadə etməklə sadə birləşmələrdən daha mürəkkəb maddələrin sintezində iştirak edirlər.
Fermentlərin tətbiqi:
Hazırda fermentlər gündəlik həyatda tətbiq sahəsinəgörə aminturşularından və antibiotiklərdən sonra üçüncü yeri tutur.Dünya bazarında istifadə olunan fermentlərin 60%-i peptidhidrolazaların (sintetik yuyucu maddələrin istehsalında istifadə olunur), 30%-isə qlükozidazaların (qənnadı sənayesində, meyvə-tərəvəz şirələrinin hazırlanmasında istifadə olunur) payına düşür. Fermentlər şərabçılıqda, çörəkbişirmədə, spirt, pivə, şirələrin istehsalında, tütünçülükdə, gön-dəri, ət, süd, balıq, konserv sənayesində, şirniyat emalında, məişətdə və başqa sahələrdə də tətbiq olunur.Çörəkbişirmə sənayesində köbələkdən alınmış ferment (əsasən amilaza) preparatından istifadə xəmirin tez yetişməsini (alınmasını, şişməsini) 30% artırır həmçinin əla növ bulka çörəyin əldə olunmasında saxarozaya 2 dəfəyə yaxın qənaət edir.Pivəbişirmədə, spirt istehsalında, nişastadan qlükoza alınmasında amilaza fermentindən istifadə edilir. Peptidhidrolaza fermenti-gön dəri istehsalında ət yeməklərinin hazırlanmasında (onlara xüsusi dad verir) istifadə edilir.
Fermentlər təbabətdə bir sıra xəstəliklərin müalicəsində istifadə edilir:
Proteolitik fermentlərdən pepsin, tripsin və başqa qarışıq tərkibli (betasid, festal, abomin, panzinorm və başqaları) olanlar – mədə bağırsaq yollarının müalicəsində, qan dövranın təmizlənməsində, trombların həll edilməsində, asparkinaza-xərçəng xəstəliklərinin bəzi növlərinin müalicəsində istifadə olunur.
H─C─COOH H─C─COOH
║ ║
H─C─COOH HOOC─C─H
sis -malein trans-fumar turşusu.Son zamanlar bəzi xəstəliklərin diaqnozunda və proqnozunda fermentlərin spesifik xassələrinə əsaslanaraq enzimdiaqnostika yaranmışdır. Beləki, qanda və sidikdə fermentlərin miqdarına əsaslanaraq bəzi diaqnozlar təyin edilir. Məsələn: laktodehidroge-naza (LDG), aspartataminotransferaza (AST) və aldolaza miokard infarktın diaqnostikasında; LDG, AST və alaninaminotransferaza qaraciyər xəstəliklərinin diaqnostikasında; j-qlutamiltransferaza orqanların köçürülmə əməliyatında onların dəyişirikliyə uğramasının müəyyənləşdirilməsi diaqnostikasında və s istifadə olunurlar.
Biokimya laboratoriyalarında fermentlər bəzi göstəricilərin (qlükoza, süd turşusu, piroüzüm turşusu, ATF, ADF, AMF və s) bioloji materiallarda (qan, toxuma və s.) təyinində işlədilir.
Mikrobiologiyanın və biotexnologiyanın nəaliyyətləri bakteriya və köbələk mənşəli fermentlərdən heyvanların yemləri mənimsənilməsini artırmaq məqsədilə istifadəsi get-gedə genişlənir. Kompleks ferment preparatlarının tətbiqi yemlərdə selluloza və hemisellulozanın da heyvan orqanizmində mənimsənilməsinə şəraityaradır.Ferment preparatların saxlanılması nəticəsində onların istifadəsi çətinləşir.
Tətbiqi enzimologiyanın nəaliyyətləri nəticəsində immobilləşdirilmiş fermentlər süni ferment qrupları yaradılmışdır. Bu cür immobilləşdirilmiş fermentdə hər bir ferment süni surətdə həll olmayan daşıyıcı ilə birləşir. Daşıyıçı kimi üzvi (sellüloza, dekstrin, aqaroza, xıtın, keratin, fibroin, kollagen) həm də qeyri-üzvi (şüşə, gil, keramika, silikogel, metal oksidləri və s) maddələrdən istifadə olunur.Son zamanlar biotexnoloji üsul ilə immobilləşdirilmiş fermentlər istehsalına başlanmışdır. Bu cür immeilləşdirilmiş fermentdə hər bir ferment öz aktivliyini saxlayır.Gələcəkdə fermentativ reaksiyaların mexanizminin tam açılması reaksiyaların sürətlə getməsini 100% çıxıma nail olmasını, canlı orqanizmdə bir çox xəstəliklərin vaxtında diaqnostikasını və müalicəsini təmin edəcəkdir.
YAZAR: Əsədzadə Mahizər
Həmçinin bax: https://kafkazh.com/fermentler/
Həmçinin bax: https://tehsilim.org/saglam-tehsil-saglam-millet-layihesi-uzre-qrant-musabiqesi/