Fərd,fərdiyyət,şəxsiyyət
Fərd,fərdiyyət,şəxsiyyət: fərd , fərdiyyət və şəxsiyyət anlayışlarını fərqləndirən xüsusiyyətlərdir. Bir fərd kimi doğulmuş insanın tədricən ictimai münasibətlər qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilməsidir.
Şəxsiyyətin psixoloji sturukturunu təşkil edən əsas kompanentlər şəxsiyyətin istiqaməti : hazırlıq səviyyəsi, anadangəlmə imkanları ilə bağlı olan qabiliyyətləri, həyatda qazandığı davranış forması-xarakteri , şəxsiyyətin mənliyi , şəxsiyyətdə ” şüursuzluq” və “şüurun” istiqaməti .
Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır.
İnsanlar təkcə gözlərinin rənginə , səslərinin tembrinə , barmaq izlərinə və s.ə görə fərqlənmirlər bununla yanaşı xarakteristikasına görə bir birindən fərqlənirlər. İnsanların gözlərinin rənginə , səslərinin tembrinə və ya digər biofizika xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir.
Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır . Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, insanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar inikas-ünsiyyət-fəaliyyətdir . Bu baxımdan şəxsiyyətin sturukturunun əsasında idrak prosesləri durur. İnsan həyata gəldikdən sonra duyğu orqanları vasitəsilə ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa nail olurlar.
YAZAR: Aytən Yusibova
Həmçinin bax:Qədim türk hərb mədəniyyətində “Balqabaq oyunu”
Həmçinin bax: https://turaz.org/italiyada-covid-19-un-yayilma-dalgasi-nisbeten-zeifleyir/
Həmçinin bax:https://tehsilim.org/mey-mask-yeni-cagirislarin-qonagi-olacaq/