Fəlsəfə nədir?
Fəlsəfə yunan sözüdür. Yunanca “Filosofiya” dedikdə biliyə sevgi nəzərdə tutulur. Əflatun Sokratı “filosof” adlandırardı. Amma, Sokratdan əvvəl özünü “sofist,” yəni alim adlandıran insanlar vardır. Sofistlər iddia edirdilər ki, həqiqətin ölçüsü insan idrakıdır. Zaman keçdikcə sofist sözü mənasını dəyişərək mənfi anlamda işlənməyə başladı. Ona görə də Sokrat bu addan imtina edərək özünü sadəcə filosof, yəni elmin dostu, elmi sevən kimi tanıtdırdı.
Fəlsəfə müsəlmanlar arasında xüsusi bir fənn kimi tanınmış, demək olar ki, bütün əqli biliklərə şamil edilmişdir. İlk əvvəllər ilahiyyat, riyaziyyat, təbiət, siyasət, əxlaq kimi əqli elmlərə malik olanlara filosof deyərdilər. Fəlsəfənin hikmət də adlandırıldığı zamanlar olmuşdur.
İslamda fəlsəfə və ya hikmət iki qismdir: nəzəri və əməli. Nəzəri fəlsəfə də özlüyündə üç hissəyə ayrılır: İlahiyyat, riyaziyyat, təbiət. Bu təsnifatı davam etdirmək olar. Məsələn, riyaziyyat dörd hissədən ibarətdir: hesab, həndəsə, astronomiya, musiqi.
Bəs “qərb fəlsəfəsi” dedikdə nə başa düşülür? Fəlsəfədə yeni dövrə başçılıq edən Dekart və Bekon bütün əqli elmlərdən imtina edərək təcrübə və hissi əsas götürmüşdürlər. Amma, başqa bir cərəyanın nümayəndələri təcrübə yolu ilə təhqiq oluna bilən bilikləri elm, əqli bilikləri isə fəlsəfə adlandırmaqda davam edirlər.
YAZAR: Gülnar Nəzərli
Həmçinin bax: Dövlətçilik tarixi
Həmçinin bax: https://tehsilim.org/musteqillik-gunumuz/
Həmçinin bax: https://turaz.org/xudaferinde-azerbaycan-bayragi-qaldirildi/