Fəaliyyət və onun növləri

Bizi təbiətlə doğmalaşdıran ilkin təbii fəaliyyət başlanğıcımızdır. Təbiətsə hərdən öz gözəlliyini göstərməklə
aramızda ruhani bir bağlantı da olduğunu yada salır.

Əbu Turxanın qeyd etdiyi kimi bizi təbiətlə birləşdirən, tək məhfum fəaliyyətdir. İnsanın fəallığı 2 formada özünü göstərir daxili və xarici fəallıq. Yəni fiziki fəallıq və psixi fəallıq. Fəallıq şəxsiyyətin şəxsi yönümlüyündən bilavasitə aslıdır. Şəxsi yönümlülük fəaliyyəti özündə birləşdirir və onu yönləndirir. Yönəlişlik nəzəriyyəsini XX əsrinə 20- 30 illərində akademik D.N. Uznadze yaratmışdır. Əsas qaydası isə şüur fəaliyyəti yönləndirir və idraki sahələri tənzim edir. Və də Uznadze psixogiyanın məşhur düsturlarından biri olan ” Davranış və situmul” yəni situmul və reaksiya
“S-R” teoremini ortaya çıxardı.

Fəaliyyətin qurluşu və sxemi aşağıdakı şəkildədir.
1.Motiv
2. Fəaliyyətin şəraiti- yəni mövcud şəraitə əsaslanan istiqamətin düzgün seçilməsi.
3. Xarici və daxili fəallıq.
4.İnteriorizasiya və eksteriorizasiya.
5. Vərdişlər və bacarıqlar.
6. Fəaliyyətin nəticəsi. İş prinsipini özündə əks elətdirir.

Bunlar haqqında aşağıda daha geniş məlumat verəcəyik. Fəaliyyətin emosional tənzimi dedikdə isə fəaliyyətin
baş vermə nəticəsi və irəliləmə potensialı başa düşülür. Məsələn adam sevincli olanda bu hal onun fəaliyyətinə
də təsir göstərir və yaxud bu halın əksi insan kədərli olanda öz fəaliyyətində bunu büruzə edir. Hətta işin hansı
hal əhval ilə başlaması da çox önəmlidir. Təkamül prosesində insanlar əsasən öz vərdişlərinə sahib çıxırlar onları
icra edir və prinsiplərini seçirlər. Bu proses isə biogenetik hal çərçivəsində baş verir. Emosiolar bir başa fəaliyyətin özünü göstəriş nöqtəsidir. Emosiyalar fərdi təcrübə qazanmaq üçün də çox əhəmiyyətli-dir. İstər genetik, istərsə də ontogenetik inkişaf prosesində emosi-yaların qütblüyü (müsbət və mənfi olması) nəinki sadə uyğunlaşma hərəkətlərinin, hətta mürəkkəb insan fəaliyyətinin də tənzimində mühüm rol oynayır.

Fəaliyyətin iradi tənzimi isə insan fəallığının xüsusi tənzimidir. İradi cəhətə görə fəaliyyət insanın mövcudluğunun təşkili o cümlədən xarakter və iradi keyfiyyətlərini ortaya qoyan əməyi icra edən əzaların gərginləşməsindən əlavə, əməyin sərf edildiyi bütün müddət ərzində müəyyən məqsəd güdən iradə də zəruridir ki, bu da işə diqqət verməkdə ifadə olunur. Iradə fəaliyyəti hər kəsdə eyni şəkildə icra fəaliyyət şəxsiyyətin bütün funksiyalarını icra edir. Bəs Şəxsiyyət kimdir?

“Şəxsiyyət” müəyyən zaman çərçivəsində yaşamış, əqlə şüura malik, fizioloji və psixoloji funksiyaları icra edən, cəmiyyətin əsas vacib bir parçasıdır. Bilirik ki insan şəxsiyyəti maddi və toxunula bilən fenomendir. Şəxsiyyət
fərdin özünü cəmiyyətlə birləşdirən və onu eyniləşdirən davamlı psixi və fiziki funksiyadır. Bəs şəxsiyyətin inkişafı necə baş verir? Şəxsiyyət fəaliyyət prosesində tamamlanır. İnsan kainatda fəal varlıqdır. İnsan ətrafa özünə fəal
təsir edir. İnsan fəaliyyət prosesində subyekt kimi çıxış edərək obyektə təsir göstərir. İnsan fəaliyyəti gerçəklik vasitəsilə təbiyətlə real əlaqə və harmonik diskusiya formalaşdırır. İnsan öz fəaliyyəti nəticəsində öz tələbatlarını ödəyir. Fəaliyyətin tərifində qeyd olunur. “Fəaliyyət insanın dərk olunmuş, məqsədləri ilə tənzim olunmuş daxili
və xarici fəallıqdır.Fəaliyyət insanın cəmiyyətlə əlaqəsini əks etdirən sosial sistemdir. Fəaliyyət insanın  onu əhatə edən əşyavi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən, onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Fəaliyyət sistemdir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özü­nəməxsus inkişaf yolu vardır.

Hər hansı bir fəaliyyətin başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud tələbatlar şəbəkəsi durur.
Fəaliyyət bioloji formada insanın təlabatlarından qaynaqlanır. Və onun spesifik struktur tərkibinə yönəlmiş olur. Həmçinin tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Məhz buna
görə tələbatlar insanın ətraf aləm ilə oxşarlıq və qarşılıqlı sistem olmasını təsdiq edir. İnsan mövcud olduğu
zamanda baş verən bütün struktur tərkib fəaliyyət-tələbat asılılığından ibarət bir mexanizmdir.

Fəaliyyət səviyyəsində fərdin elmi bacarığı güclənir. Həmçinin ətrafa olan baxışıda dəyişmiş olur. Bu proses interiorizasiya və eksteriorizasiya hadisələri nəticəsində yaranır. Sual yarana bilər ki bəs bu hadisələr nədir?
İnteriorizasiya- xarici real işdən daxili real isə çevrilmədir. Yəni fərd uşaqlıq dönəmində ilk fəaliyyət olaraq çöpləri saymağa və dərk etməyə çalışır. Bu proses nəticəsində o çöplərə toxunur və onları dərk edərək fəaliyyət prosesini
icra edir. Artıq toplanmış bilik uşağı düşünməyə vadar edir və ətrafı dərk üçün ilkin mexanizimlər ortaya çıxır.
Artıq uşaq sayma mexanizmini o şəkildə dərk edirki bəzən baxan kimi saymağa ehtiyac olmadan cavab verir.
Məsələn masada 5 alma var və.s

Eksteriorizasiya- daha mürəkkəb bir strukturdur. Daxili real işdən xarici real isə meyildir. Bu zaman uşağa məsələ veririk və bu zaman artıq onda məntiqi təfəkkür, dərk etmə bacarığı, müqayisə və problemlərin həlli funksiyası ortaya qoyulur.  Məhz uyğun olaraq Fəaliyyət-Tələbat-Motivləşmə düsturu ortaya qoyulur. Yəni sadə bir nümunə göstərsək. Uşaq məsələ həlli zamanı fəaliyyət göstərir. Bu məsələnin həlli zamanı müəyyən qədər təlabata malikdir. Və onun əsas strukturu motivləşmədən keçir. Motivlər həmdə fəaliyyətdən aslı olaraq dərk edilə bilən və edilə bilməyən olur.

Bəs fəaliyyətin motivləri hansılardır?
1. Situativ və geniş motivlər.
2. Fəaliyyət nəticəsində özünə yönələn motivlər. Bu motivlər həmçinin təlabatdan bir başa qaynaqlı motivlərdə hesab oluna bilər.
3. Eqostik və ictimai əhəmiyyəi motivlər. Bu motivlər isə bir başa cəmiyyətin tələblərinə uyğun olaraq formalaşdırılır.

Fəaliyyət haqqında bu qədər geniş danışdıq bəs fəaliyyətin əsas məqsədi nədir? Fəaliyyət məqsədi- insanın fəaliyyəti zamanı nəticəyə hansı şəkildə nail olması və son addımıdır. Son nəticə həmişə fəaliyyətin məqsədi rolundan çıxış edir. Fəaliyyətin vasitələrinə gəldikdə isə  o, həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur. Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.

Fəaliyyət anlayışı hər zaman psixologiyanın ən aktual məsələlərindən biri olmuşdur. J.Pyaje, A.Vallon, D.V.Elkonin bu sahədə xeyli araşdırma aparmışlar.  D.V.Elkoninə görə uşaq doğulandan ta ki 17 yaşına qədər müəyyən aparıcı fəaliyyət tiplərindən istifadə edir. Yəni ki:
1.Bilavasitə-emosional ünsiyyət;
2. Əşyavi-manipulyativ fəaliyyət;
3. Rollu oyunlar;
4. Təlim fəaliyyəti;
5. İntim-şəxsi ünsiyyət;
6. Təlim-peşə fəaliyyəti.

Məsələn emosional ünsiyyət zamanı daimi olaraq empatiya əsas göstərilir. Əşyaları dərk etmək və onların icra mexanizmi.Rollu oyunlar qrup və cəmiyyətin dərki. Təlim prosesi biliklərin dərki və icrası. Ünsiyyət bir başa ətrafdakı insanların tam şəkildə təşkili. Təlim peşəsi insan tələbatlarının ödənməsi. D.V.Elkoninin fəaliyyətə yanaşmasına diqqət edək.
1. Körpəlik dönəmindən 1 yaşa qədər olan vaxtı əhatə edir. Bu dövr emosinal- ünsiyyət prosesi hesab olunur. Uşağın böyüklərlə ünsiyyətinin mürəkkəb qurluşu kimi təzahür edilir.
2. Erkən uşaqlıq dövrü 1-3 yaş aralığını təşkil edir. Bu dövrdə əşyavi manipulyativ fəaliyyət aparıcı istiqamətdir. Həmçinin verbal ünsiyyət əsas rol oynayır.
3. Bağça dövrü 3-6 yaş aralığı. Bu dövrdə uşaqlarda oyun fəaliyyəti aparıcı rol oynayır. Uşaqlarda dərk etmə xüsusiyyətləri formalaşır. Uşaqlar arasında xüsusi davranış tənzimlənir.
4. Kiçik məktəbli yaşı 6-7, 10-11. Bu dövrdə uşaqlarda əsas fəaliyyət təlimdir. Uşaqlar artıq təlim prosesi ilə qavrama prosesini icra edirlər.
5. Yeniyetməlik dövrü 10-11, 14-15. Yaşları əhatə edir. Bu dövr üçün əsas xarakteristika ünsiyyətdir. Ünsiyyət aparıcı fəaliyyət rolundan çıxış edərək dostluq və məhəbbət kimi xarakterik cəhətləri özündə əks etdirir.
6. İlk gənclik dövrü 14-15 yaşdan 17 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə təlim peşə fəaliyyəti özünü göstərir.
Fəaliyyət anlayışı çox geniş çox şaxəli bir anlayışıdır.

Fəaliyyətin 3 növü mövcuddur.
1. Oyun fəaliyyəti
2. Təlim fəaliyyəti
3. Əmək fəaliyyəti

İlk olaraq oyun fəaliyyəti haqqında danışaq. Oyun fəaliyyəti uşaqlıq dönəmində uşaqların şəxsi manipulyasiya bacarıqlarının ortaya qoyulması üçün aparılan bir sistemdir. Oyun uşaqların təhsil, fiziki, psixoloji, sosial baxımdan inkişaf etməsi üçün zəruri bir sistemdir ki hansı ki uşaq gələcək tələbatları üçün bu gündən etibarən oyun vasitəsi və səmərəsi ilə bağlı bir tərkib yaradır. Oyunlar vasitəsilə məhz uşaqlar kim olacaqlarına nə edəcəklərinə hansı tələb və motivlərə sahib olacaqlarına qərar verirlər. Oyun haqqında mütəfəkkirlərin özünə məxsus yanaşmaları mövcuddur.
Makarenkoya görə : “Böyüklərin həyatında iş nə qədər vacibdirsə, uşaq həyatında da oyun bir o qədər vacibdir”. Bu kəlmələr heç də təsadüfi deyildir. Oyunların uşaq inkişafındakı əvəzsiz rolundan danışarkən bəzi məqamlar var ki onlar nəzərdən qaçmamalıdır.
1) Oyun uşağın boş vaxtlarını doldurmaq üçün vasitə olaraq götürülməməlidir. Uşaq üçün səmərəsi danılmamalıdır. 2) Oyunda yüksək dərəcəli qadağalar olmamalıdır, çünki yüksək dərəcəli qadağalar oyunun qeyri düzgün şəkildə mənimsənilməyinə gətirib çıxara bilər. Lakin bu fikirlə razı deyiləm. Oyun zamanı uşaqlar sərbəst olmalıdır. Çünki
bu dönəmdə onların xəyallarını inşa etdikləri tək yer oyun meydanıdır. Və bu meydanda ağır şəkildə qadağalar uşaqlara yaxşı şəkildə təsir edə bilməz. Qadağalar o zaman doğru olaraq bu qadağalara uşaqlar tərəfindən məhz oyun gedişatında qoyulsun.
3) Oyun uşağın yaşına, istək və arzularına uyğun formada həyata keçirilməlidir. Uşaqlar istədikləri oyunları oynamaqda sərbəst olmalıdırlar. Lakin özbaşına deyil. Yəni valideynlər və tərbiyəçilər oyun prosesində daim
uşaqlara nəzarət etməlidirlər. J. Piajeyə görə “Oyun uşağın ən önəmli işidir.”
Gross isə oyunu bir praktika adlandırırdı. Çünki oyun uşaqların gələcək həyatında ən önəmli bir prosesdir və onun təsirləri danılmazdır. Oyun elə bir prosesdir ki əslində uşaqlar üçün nəzərdə tutulsa da kimsə tərəfindən yaş məhdudiyyətləri qoyulmayıb. İstirahət məqsədi güdür və heç bir başqa tələbi yoxdur. ( Bəzi oyunlar istisna )

Oyunlarında özünə məxsus növləri var.
1. Əşyavi və süjetli
2. Hərəki və didaktik
3. Fərdi və qrup
4. Rollu və qaydalı

1. Əşyavi oyunlar əsasən bir əşya tərəfindən oynanılır. İnsanların həmin əşyalara münasibəti ilə tədqiq edilir. Bu oyunlar bağça yaşı dövründə uşaqlarda dərk etmə bacarığını formalaşdırmaq üçün oynanılır. Süjetli oyunlarda isə müəyyən süjet olur. Məsələn gizlən qaç oyunu süjetli oyundur. Çünki bir süjet xətti var biri gizlənir digəri onu tapır.
2. Hərəki oyunlarda fiziki cəhətdən inkişaf nəzərdə tutulur və yaş məhdudiyyətləri qoyulmur. Didaktik oyunlar təlim fəaliyyətinə yol açır. Didaktik oyunların 4 növü mövcuddur.
2.1. Oyuncaqlarla oyun.
2.2. Çap olunmuş stol üstü oyunlar.
2.3. Şifahi didaktik oyunlar.
2.4. Kompüter oyunları.
Didaktik oyunların təşkili ən önəmli hallardan biridir.
3. Fərdi və qrup oyunları isə bir başa kollektivçilik ənənələrinə və idarə etmə prosesinə təsir edir.
4. Rollu və qaydalı oyunlar isə müəyyən tərəflərdə müxtəlif rolların icrasını təmsil edir. Müəyyən qaydaları əsasında qurulur və oyun prosesində icra olunur.

Son olaraq əşyavi oyunlar bir əşya daxil edir, didaktik oyunlar öyrətmə xarakteri daşıyır, qrup halında oyunlar bir neçə adamı daxil edir. Uşinski qeyd etmişdir ki,  uşaqlara aldıgımız dəbdəbəli hədiyyələr onların kim olacağına qərar verməz lakin təsir edər. Məsələn gəlinciklərdən onlar döyüşçü düzəldib ətrafa da yersiz hücum elətdirə bilərlər həmin gəlincikdən xeyir pərisidə düzəldə bilərlər. Hər şey təlim prosesində onları düzgün istiqamətləndirmədən başlayır. Çünki uşaqlarla oyun və həyat arasında Çin səddi yoxdur sadəcə düzgün istiqamətləndirmə mövcuddur. Biogenetik nəzərdə nümayəndələrindən olan Freyd oyunu cinsi həvəsin, seksual meylin, şəhvani eşqin təzahürü olaraq görür və qeyd edir ki, uşaq oyun prosesində özünün fərdi həvəsinə seksual tələbatına nail olur.

Təlim fəaliyyəti- qavranılan və dərk olunan məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim fəaliyyəti şəxsiyyətin inkişafına təsiri oxu prosesində göstərir. Vərdişlərin tənzimlənməsi bilik bacarıqların təşkili əsas məsələdir. Təlim prosesində müəyyən məqsədlər mövcud olur. Fəaliyyətin müvəffəqiyyətlə təşkil olunması,zəruri məlumatların təşkili, qarşıda duran məsələnin həllində önəmli meyarları ortaya qoymaq. Bu dediklərimdən əlavə həmçinin oyun terapiyasıda mövcuddur ki həmin terapiya ilə bəzi psixi və fiziki problemləri aradan qaldırmaq mümkündür. Lakin tək şərt düzgün terapevtik şəkildə davranmadır.

Təlimin müvəqqəti 3 əsas amildən asılıdır.
1 ci məsələ təlimin növü düzgün seçilməlidir. Şagirdin ümumi keyfiyyətləri diqqət mərkəzində saxlanılmalıdır. Şagirdlərdə yüksək mərifət, yüksək pedoqoji ünsiyyət və tələblər formalaşdırılmalıdır.
2 ci məsələ təlimin xarakteri bir başa müəllimdən müəllimin bacarıq keyfiyyət və vərdişlərindən, dərsi idarə və təşkil prinsiplərindən aslıdır.
3 cü məsələ təlim prosesi şagirdin ümumi xarakterik keyfiyyətlərindən onda təlimə qarşı yaranan meyl və maraqlardan öyrənməyə qabillik dərəcəsindən çox aslıdır.

Təlim uşağın bilik,bacarıq vərdişlərini özündə cəmləyən əsas xarakterik xüsusiyyətlər toplusudur. Təlim subyektin öyrənmə mexanikasını özündə cəmləyən spesifik dərəcədir. Təlim 6-10 yaşlı uşaqların bütün psixi xassələrini formalaşdırmaq, imkanlarını təzkib etmək iqtidarına malik fəaliyyətin bir növüdür. Artıq kiçik məktəbli yaşı dövründən başlanan ünsiyyət inkişafı özünü doğruldur. Artıq fəaliyyətin təsiri olaraq özünüqiymətləndirmə, özünü təsdiq etmə öz imkanlarına bələd olmaq kimi keyfiyyətlər həmçinin ətrafın təhlili və müqayisə edilməsi işləri görülür. Və buda öz növbəsində dərk prosesini özündə saxlayır.

Əmək fəaliyyəti insanın Maddi və mənəvi tələbatlarının düzgün şəkildə ödənilməsi rolunda ortaya çıxan xarakteristikaların ödənilməsinə dair atılmış addımdır. Əmək ilk növbədə özünün məhsuldarlığı ilə özünü göstərir. Əmək prosesi istər fəaliyyət prosesində istər ortaya çıxan tələbatların ödənilməsi rolunda özünü idarə edən əsas vasitələrdən biri və birincisidir. Əmək fəaliyyəti hər zaman inkişafda olmuş kollektiv inkişafı özündə daşıyan təkmilləşdirən və hazır ki sivil ictimai proesləri özündə əks elətdirən bir fəaliyyət növüdür. Əmək fəaliyyəti tək insanın tələbatlarını ödəməklə deyil həmçinin onun şəxsiyyətə çevrilməsində öz öhdəsinə götürdüyü prosesləri icra edən bir mexanizimlər toplusudur.

Fəaliyyət prosesində vərdiş və bacarıqlar qarşılıqlı şəkildə inkişaf edir. Vərdiş və bacarıqlar nədir? Bacarıqlar
qarşıya qoyulmuş məqsədə Nail olmaq üçün priyomların seçilməsi və ona yönəlməsi faktıdır. Bacarıqlar vərdişlər nəticəsindən qaynaqlanan prosesdir. Bacarıqların formalaşması biliklərə daxil olan məlumatların işlənməsi ilə bağlı olan əməliyyatların, bu məlumatın aşkara çıxarılması, həmin məlumatın hərəkətlərlə müqayisəsi və ona aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir. Bu yiyələnmə prosesi müəyyən zaman çərçivəsində həyata keçirilir. Vərdişlər isə insanın müəyyən bacarıqlar əsasında ortaya qoyduğu uzun müddətli fəaliyyətidir. Vərdişlər həm mənfi həm müsbət ola bilər. Vərdiş prosesində diqqət çəkən bəzi məsələlər var. İnsanın öz ana dilindən əlavə dil öyrənməsi və bu halı veriş halına çevirməsi prosesi transpozisiya adlanır. Bu funksiya əsasən dilin yenidən qavranılan və ünsiyyətə hazır şəkilə gətirilən növüdür. Və bəzən bu proses aparılarkən ümumiləşdirmədən istifadə olunur ki, bu termin psixoloji ədəbiyyatlarda generelazisayia adlanır. Bu mexanizimlər toplusu ilə vərdişlər hesab olunur.
Adətlərdə bir növ vərdişlər hesab oluna bilər. İnanclardan qaynaqlanan və tənzimlənən xalqın ümumi təfəkkürünü icra edən bir fəaliyyət qismidir.

Adət-ənənələr bir insanın icra etməsi vacib olduğunu hiss etdiyi üçün ortaya çıxdı. Məsələn xalq olaraq bizim adətlərin içində mənə görə ən gözəli qonaqpərvərlikdir.Adət ənənələr bəzən cəmiyyətin inkişafı ilə yoxa çıxdı bəziləri ilə qorunub saxlanıldı.

Bu qismə Rituallarda aiddir. Bəziləri baharın çağrışı ilə bir qismi başqa növ inanclardan qaynaqlanıb günümüzə qədər gəlib çıxmışdır. Və bizim fəaliyyətimizi özündə əks etdirmişdir.  Fəaliyyət prosesində ünsiyyət anlayışı nə deməkdir? Nə kimi bağları var fəaliyyət və ünsiyyətin?  Mütəfəkkirlərin diqqətini çəkən məsələlərdən biridə ünsiyyət və fəaliyyət prosesində olan vəhdət sistemidir. Bəzi psixoloqlar ünsiyyəti fəaliyyətin bir növü kimi hesab edirlər. B.Lomovqeyd edirdi ünsiyyət və fəaliyyət bir birlərini sosial sferasını ortaya qoyan idarə edən əsas metaamillərdən biridir. A.A.Leontyevdə ünsiyyəti fəaliyyətin fəal növü kimi hesab edir lakin yenə də ünsiyyətin əsas məqsədini unutmurdu. Qərb ölkələrində isə ünsiyyət və fəaliyyət bir birinə qarşı qoyulmuşdur.

E.Durkheymin yanaşmasında isə fərqli bir ampula özünü göstərir belə ki O, ictimai hadisələrin dinamikasına deyil, ən çox statikasına diqqət yetirmişdir. Cəmiyyət onun nəzərində mövcud qrup və fərdlərin dinamik sistemi kimi deyil, ünsiyyət forması statikasının cəmi kimi canlanmışdır. Burada ünsiyyət amili düzgün olaraq davranışın determinantı, şərti kimi qeyd olunmuşdur. Yəni izaha daha aydınlıq gətirməli olsaq fəaliyyət və ünsiyyət bir birlərindən aslı olduğu kimi bir birlərinə bağlıdırlar, bu bağlılıq isə onların ümumi sözlə təhlili deyildə sitatikaya əsaslanır. Sovet Psixologiyasında isə ünsiyyət fəaliyyətin prespektividir. Belə ki məntiqi olaraq ünsiyyətin real insan münasibəti kimi başa düşülməsi çoxda adekvat bir hal deyil. Çünki ünsiyyət psixologiyasına sovet yanaşmasında hər zaman işgüzar baxış və davranış tələbləri özünü göstərir, lakin ünsiyyət fəaliyyəti təkcə rəsmi işgüzar üslubdan aslı deyildir.
Fəaliyyətin digər diqqət çəkən tərəfidə Pedoqoji fəaliyyətdir.(bayaq bu haqqda təlim istiqamətində geniş danışdıq)

Təhsil təlim tərəfi özündə aşılayan funksiyalar toplusudur.  Pedoqoji fəaliyyətin məqsədi- cəmiyyət üzvlərinin tərbiyəsidir. Pedoqoji fəaliyyət predmeti isə insandır. Pedoqoji fəaliyyət, fəaliyyətin digər tərəflərindən fərqli olaraq həm obyekt həm subyekt rolundan özü çıxış edir. Pedoqoji fəaliyyət müəllim şagird arasında ünsiyyət və fəaliyyətə əsaslanır. Müəllim və şagirdlər qarşılarına qoyduqları məqsədlərə görə öz işlərini həyata keçirirlər.

Pedoqoji fəaliyyətin əsas ünsürü Şəxsiyyətin həyatda fəal mövqe tutması, ictimai borca şüurlu münasibət bəsləməsi, sözü ilə əməlinin üst-üstə düşməsi onun gündəlik fəaliyyətinin əsas ideya istiqamətini təşkil edir. Pedoqoji fəaliyyət bir başa müəllim və şagird sxeminə uyğunlaşır. “Ulu Öndərin” dediyi kimi Müəllim elə bir şəxsiyyətdir ki, cəmiyyət özünün tərbiyəsini məhz ona güvənir. Hər bir şəxs qazandığı uğura, əldə etdiyi müvəffəq əməllərə görə cəmiyyətdə böyük nüfuz sahibinə, yüksək əməli vərdişlərin əzmkar daşıyıcısına çevrilir, öz sənət və peşə yolunda, püxtələşmiş keyfiyyətlər zəminində formalaşaraq öz fəaliyyət sferasını geniş diapazonda təşkil etmək qayğısı ilə yaşayıb-yaradır. Bütün mülahizələr onu göstərir ki fəaliyyət insanın bütün yaş mərhələsindən anadan olandan ta ki həyatı tərk edəcəyi günə qədər onunla birlikdə olur. Növləri təhlil tərkib xüsusiyyətlərinə görə insanı hər daim təkzib edir və ona həyatda qalmağı öyrədir və yaşadır. Həm daxili (psixi) həm xarici (fiziki) nümunələri özündə birləşdirir.  İnsan fəaliyyətini xarakterizə edən kateqoriyalar içərsində fəaliyyət kateqoriyası özünə məxsus yer tutur. Fəaliyyət haqqında çox geniş danışdıq. Fəaliyyətin icrası isə ilk növbədə mənlik şüurundan başlayır. İnsan məni sosial mühitdən ayrılaraq inkişaf edir və özünə məxsus yer tutur. Bu xarakteristikanı isə fəaliyyət aşkar edir.

YAZAR: Arzu Mirzəliyeva
Həmçinin bax: FOBİYA NƏDİR?
Həmçinin bax: tehsilim.org/ingilis-dili-kurslari/