Facebook işçiləri 2021-ci ilin yayına qədər evdən işləyəcəklər
Facebook, koronavirusun yayılması səbəbiylə 2021-ci ilin iyul ayına qədər evdən işləməyə davam edəcək
Facebook sosial media platforması yeni tip koronavirus (Covid-19) epidemiyası səbəbiylə tətbiq etdiyi evdən işləyən modeli 2021-ci ilin iyul ayına qədər uzadıb.
Facebookun sözçüsü Nneka Norville, verdiyi açıqlamada, sağlamlıq və ictimai mütəxəssislərin rəhbərliyinə əsasən şirkət işçilərinə 2021-ci ilin iyul ayına qədər könüllü olaraq işlərini davam etdirməyə icazə verilir.
Açıqlamada, evdən işləmə müddəti ilə əlaqədar verilən qərara əlavə olaraq, işçilərin ev iş ehtiyacları üçün əlavə 1000 dollar veriləcəyi qeyd edilib.
ABŞ-ın texnologiya nəhənglərindən biri olan Google, keçən həftə Kovid-19 -un yayılması səbəbiylə ev tətbiqetməsinin 2021-ci il iyunun 30-dək uzadıldığını elan edib.
Qaynaq:İqtisadiyyat.az
Müxbir:Rufanə Cəbrayılova