1. Məktəbəqədər dövrdə uşaqların inkişafının tənzimlənməsi.
2. Uşaqların məktəb təliminə hazırlığının məzmununun tənzimlənməsi.
3. Məktəbəhazırlığın təşkili qaydalarını təqdim etməklə keyfiyyətin təmin
olunması.
4. Məktəbəqədər təhsil sahəsində çalışan mütəxəssislərin səriştəsinin artırılması.
5. Bütün maraqlı tərəflərin (məktəbəqədər təhsil müəssisələri, ailələr, icma və s.) rollarının müəyyənləşdirilməsi ilə məktəbəqədər təhsilin keyfiyyətinin təmin edilməsi.
1. Məktəbəqədər təhsilin məzmunu.
1.1. Ümumi inkişaf və təlim nəticələri.
1.2. İnkişaf sahələri, ona aid ümumi inkişaf və təlim nəticələri.
1.3. İnkişaf və təlim standartları.
1.4. İnteqrasiya.
2. Təlim strategiyaları.
2.1. Təlim prosesi və onun təşkili prinsipləri.
2.2. Təlimin təşkilində istifadə olunan forma və üsullar.
2.3. İnkişaf sahələri üzrə təlimin planlaşdırılması.
2.4. Valideynlərlə əməkdaşlıq.
3. Uşaq inkişafının izlənilməsi.
3.2. Dəyərləndirmə və qiymətləndirmə.
3.3. Qiymətləndirmənin aparəlmasına verilən tələblər.
3.4. Dəyərləndirmə və qiymətləndirmənin metod və vasitələri.
Məktəbəqədər təhsilin kurikulumunun konseptual xarakteri strateji əhəmiyyət daşıyır və təhsilin məqsədlərinin (standartların), uşaqların hazırlığına verilən tələblərin (bacarıq və vərdişlərin, yaxud kompetensiyaların), məktəbəqədər təhsilinməzmunu, təşkili, qiymətləndirilməsi kimi məsələlərin əhatə olunmasını tələb edir. Məktəbəqədər təhsilin kurikulumunun hazırlanması uşaqların maraq və ehtiyaclarına cavab verən ilkin sənəddir. Təlim prosesində əldə olunacaq bütün nəticələr əvvəlcədən müəyyənləşdirilir və məzmuna gətirilir. Məktəbəqədər təhsilin kurikulumunda ilkin olaraq məzmuna yer ayrılır. Uşaqların əldə edəcəkləri nəticələr məktəbəqədər müəssisələrdə 3-4, 4-5, 5-6 yaşlar üzrə müəyyənləşdirilir. Məktəbəqədər təhsilin kurikulumu 4 inkişaf sahəsinin (Fiziki inkişaf; sağlamlıq və təhlükəsizlik; İdrakın inkişafı; estetik və yaradıcı inkişaf; sosial-emosional inkişaf) nəzərə alınması onlarda inteqrativ inkişafa imkan yaradır, təlimin yeni texnologiyalar əsasında qurulmasını şərtləndirir.
Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülmüşdür:
1. Uşaqyönümlülük uşaqlara nəyi, necə və kiminlə öyrənmək və oynamaq istədikləri haqqında seçimlər etməyə imkan yaradır. Bu yanaşma uşaqları müəyyən fəaliyyətlərə təşəbbüs etməyə, böyüklərin köməyi ilə öz yollarını müəyyənləşdirməyə istiqamət verir. Uşaqyönümlü kurikulum uşaqlara öz təcrübələrinə və onları əhatə edən ətraf mühitlə fəal ünsiyyətə əsaslanaraq yeni bilikləri əldə etməyə və bütöv şəxsiyyət kimi inkişaf etməyə şərait yaradır.
2. İnkişafyönümlülük uşaqların idrak fəallığının izlənilməsi, inkişaf səviyyələri və nailiyyətlərinin təhsil edilməsi, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsinin tənzimlənməsidir.
3. İnteqrativlik məzmunun inteqrativliyi məktəbəqədər yaşlı uşaqların bütün inkişaf sahələrinin əlaqəli inkişafını təmin etmək məqsədinə xidmət edir. Standartların fiziki, sosial-emosional, idraki və estetik bacarıqların ifadə olunmasına yönəlməsidir. Məzmunun inteqrativliyi uşaqlar üçün bütün inkişaf sahələrində öyrənmə mühiti yaradır. Tərbiyəçilər həm də uşaqların maraqlarını və onların arzularını nəzərə alaraq təlim mühiti yaradır.
4. Hər bir uşağın inkişafı üçün bərabər imkanların yaradılması məktəbəqədər təhsilin səmərəliliyinin yüksədilməsi uşaqların tələb və imkanlarını nəzərə almağa, məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməyə xidmət edir ki, bu zaman təlimdə hər bir uşağın inkişafı üçün bərabər imkanların yaradılması xüsusi əhəmiyyətə malikdir. Belə ki, bütün uşaqlar üçün eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanlarını nəzərə almaqla tənzimlənir.
5. Milliliyin və dünyəviliyin nəzərə alınması milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsidir.
6. Uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi məktəbəqədər təhsilin kurikulumu uşaqların məktəb təliminə hazırlığı onlarda oxumaq həvəsinin, məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiyası olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətləri formalaşdırır. Məktəb təliminə hazırlığının əsas məqsədi uşaqların tələb və imkanlarını nəzərə almaqla, onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir və məktəbəqədər təhsilin təhsilin kurikulumu layihəsində də bu kimi mühüm məsələlər xüsusi olaraq nəzərə alınmış və sənəddə ümumi təlim nəticələrinin reallaşmasına xidmət edən məzmun standartları, təlim strategiyalar və dəyərləndirmə uşaqlarınn məktəb təliminə hazırlığı keyfiyyətini yüksədilməsinə xidmət edir. Məktəbəqədər təhsilin kurikulumunun məzmunu sistemli xarakter daşıyır. Məlumdur ki, istək, maraq, şəxsi səy və müstəqil axtarıcılıq qabiliyyəti olmadan insanın inkişafı mümkün deyil. İnkişaf müxtəlif fəaliyyət növlərində aktiv surətdə iştirak etməklə, bacarıq və qabiliyyətlərə yiyələnmək prosesində baş verir. Təlim hər şeydən əvvəl uşaqları elmlərin əsasları ilə dərindən silahlandırmağa, əqli və praktik fəaliyyətləri üçün bilik, bacarıq və vərdişlərə yiyələnmələrinə xidmət edir.
Məktəbəqədər təhsilin kurikulumunun tərkib hissələri arasında standartlar baza rolunu oynayır. Ümumi məzmunun hər yaş qrupu üçün əsas və alt-standartların təkmilləşdirilməsi zamanı bu qənaətə gəlindi ki, hər bir istiqamətin ümumi məzmunu, əsas məzmun standartları və əsas standartlara daxil olan altstandartlar arasında qarşılıqlı əlaqələr, onların mənaca bir-birini tamamlaması vacibdir. Məktəbəqədər təhsilin kurikulumları və onların bir komponenti olan standartlar özünün şəxsiyyətyönümlülük və nəticəyönümlülük səviyyəsi ilə dəyərləndirilir. Təlimin məzmunun müəyyən edilməsi standartların müəyyən edilməsi ilə əlaqədardır. Müəyyənləşdirilmiş standartlarda uşaqların fəaliyyət istiqamətləri əsas götürüldüyündən təlim nəticələri bütövlükdə uşaqlara yönəldirlmişdir.
Məzmun standartlarının bacarıq şəklində ifadə olunması təlim strategiyalarında dəyişikliyə səbəb olur. Hər bir inkişaf sahələri üzrə təlimin təşkilinə verilən tələblərə əsasən tərbiyəçinin rolu dəyişir. O, fasilitator, istiqamətverici, uşaq isə tədqiqatçı rolunda iştirak edir. Bu bacarıqların formalaşması sahəsində ilkin kadr hazırlığı üzrə müvafiq işlərin aparılması zərusi hesab edilir. Məzmun standartı təhsilin müəyyən mərhələsində uşaqların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Alt standartlar əsas standartın tərkib hissəsidir. Funksiyaları:
– Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
– Təlimdə inteqrativliyi təmin edir.
-Təlimin məzmununun davamlı inkişafını təmin edir.
Standartın tətbiqi nə verir? Uşaqlara: fərdi bacarıqların inkişafı; həyati vacib sosial bacarıqlar – dostluq, müstəqillik, kreativlik, məsuliyyətlilik. Pedaqoqa: professionallıq və səriştəlilik, uşaq hüquqları konvensiyası haqqında biliklər, ailə və cəmiyyətlə əməkdaşlıq bacarığı. Valideynlərə: uşaq bağçasında təlim-tərbiyə, əməkdaşlıq haqqında məlumatlanma, öz uşaqlarının təhsilində və planlaşdırmada iştirakı. Cəmiyyətə: ağıllı, inkişafetmiş, xeyirxah, müstəqil, emosional, yaradıcı və məsuliyyətli məktəbəqədər təhsilli buraxılış.
Təlim strategiyaları. İstənilən məqsədə daha asan və keyfiyyətli o zaman nail olmaq olar ki, dəqiq işlənilmiş strategiyamız olsun.Məktəbəqədər təhsil müəssisələrində istifadə edilən təlim strategiyaları tərbiyəçinin təlim prosesində istifadə etdiyi metod, forma, üsul və vasitələri əhatə edir. Strategiya müəyyən edilərkən: məktəbəqədər uşağın yaş səviyyəsi, dərketmə qabiliyyəti, maraq və ehtiyacları; tərbiyəçinin peşəkarlıq səviyyəsi; fəaliyyət sahəsinin məqsədləri; standartların reallaşmasına xidmət edən təlim məqsədləri; qiymətləndirmə standartları nəzərə alınır. Təlim strategiyalarına daxildir:
– Təlim prosesi və onun təşkili prinsipləri;
– Təlimin təşkilində istifadə olunan forma və üsullar;
– Təlimin planlaşdırılması.
Təlim prosesində aşağıdakı prinsiplərə istinad edilir:
Şəxsiyyətyönümlülük. Uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb edir. Həyatda ona lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur. Bu iş məktəbəqədər təhsil mərhələsindən başlayır. Ona görə də təlimin məzmununda və həyata keçirilməsində onun nəzərə alınması vacib hesab edilir.
Differensiallaşdırma və fərdiləşdirmə. Bu, uşaqların fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, fiziki və əqli inkişaf səviyyələrini, psixofizioloji xüsusiyyətlərini nəzərə almağı, onların təliminin bu xüsusiyyətlər əsasında təşkil olunmasını tələb edir.
İdrak fəallığı. Təfəkkürün fəallaşdırılması əsasında yaranan idrak fəallığı məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına, onun fəal təlim şəraitində realla.dırılmasına şərait yaradır, uşaqlarda hər hansı problemin həlli tələbatını, onlarda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir.
Əyanilik. Məktəbəqədər təhsil müəssisələrində uşaqların öyrənməyə olan marağını stimullaşdırır, öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır. Əməkdaşlıq. “Tərbiyəçi – uşaq və valideyn” munasibətlərində qarşılıqlı fəaliyyətinin təmin olunmasını nəzərdə tutur.
Nəticəyönümlülük – bu prinsip fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasını tələb edir.