Etnik stereotiplər
Etnik stereotiplər
1.Stereotip anlayışı
2.Bəzi xalqlara aid stereotip xüsusiyyətlər
3. Stereotipin növləri
Stereotip sözü yunan dilində stereos – möhkəm, tyros – iz deməkdir. Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas anlayışlardan biri də stereotip, sosial stereotip və etnik stereotip anlayışlarıdır. Sosial stereotiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət psixi hadisədir.
İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. “Sosial stereotip” termini ilk dəfə amerikan sosioloqu U.Lipman tərəfindən 1922-ci ildə “İctimai fikir” əsərində işlədilmişdir. U.Lipmana görə, stereotiplər mədəniyyətlə determinasiya olunan, nizamlanan “dünya təsviridir”, onun köməyi ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz səylərə qənaət edir və dəyərləri, mövqeyimizi, hüququmuzu müdafiə edirik.
Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş, bəzən də təhrif olunmuş şəkildə olduğu üçün o qədər də etibarlı deyidir. Stereotiplər ,əsasən, sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən sinif, əhali, təbəqə və s.) müəyyən münasibət yaradır, eləcə də fərdin sosializasiyasına kömək edir.
Stereotiplər insanın şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılır. Adətən tamaşa etdiyimiz filmlər, oxuduğumuz müxtəlif ədəbiyyat nümunələri eşitdiyimiz əhvalatlar və söhbətlər, eləcə də şahidi olduğumuz hadisələr müəyyən sosial obyekt haqqında müvafiq stereotipin yaranmasında, eləcə də olan stereotipin daha da möhkəmlənməsinə səbəb olur. Sosial stereotiplər bir tərəfdən insanların, xalqların bir-birini yaxşı başa düşməsinə, digər tərəfdən də düzgün dərk etməsinə mane olur.
Deməli, əsas məsələ sosial stereotipin adekvatlıq dərəcəsindən çox asılı olur. Bəzən xalqlar, millətlər arasında olan konfliktlər, maraqların toqquşması və yaxud qarşıdurmanın olmasında marağı olan daxili və xarici qüvvələr qəsdən neqativ stereotiplərin yayılmasına səy göstərirlər.
2.Bəzi xalqlara aid stereotip xüsusiyyətlər
Ötən əsrin 30-cu illərində amerikan psixoloqları D.Kats və K.Breyli Priston Universitetində tədqiqatlar aparmışlar. Onların tədqiqatında məqsəd Priston universitetində təhsil alan müxtəlif xalqların nümayəndələrində (ağ dərili amerikanlı, afroamerikanlı, ingilis, irland, alman, italyan, yəhudi, çinli, yapon, türk) irqi və etnik stereotipləri öyrənmək olmuşdur. Məsələn, yoxlanılanların 84%-i hesab edirmiş ki, afroamerikanlılar mövhümatçıdırlar, 78%-i hesab edirmiş ki, almanlar elmə meyilli olurlar. Bundan əlavə, qəbul edilmiş digər stereotiplər :
Ruslar yaxşı içki içən olurlar
Yəhudilər çox xəsis və varlı olurlar.
İngilislər soyuqqanlı və varlı olurlar.
Afrikalılar temperamentli olurlar.
Fransızlar modabaz olurlar.
Qafqazlılar qaynaq təbiətli olurlar.
Azərbaycanlılar qonaqpərvər olurlar.
Almanlar dəqiq və simic olurlar.
3. Stereotipin növləri
Etnik stereotiplər iki yerə bölünür : avtostereotiplər və heterostereotiplər. Avtostereotiplər deyəndə, etnosun,
xalqın nümayəndələrinin öz etnosu, xalqı haqqında olan fikri, mülahizəsi nəzərdə tutlur. Məzmununa görə avtostereotiplər müsbət xarakter daşıyır və pozitiv qiymətlər kompleksini özündə əks etdirir. Heterostereotiplər isə qonşu və ya başqa etnos, xalqalr haqqında olan ümumiləşmiş fikir, təsəvvür və qiymətlər sistemindən ibarət olan kompleksdir. Avtostereotiplərdən fərqli olaraq, heterostereotiplər həm müsbət, həm də mənfi məzmuna malik olur.
Stereotiplər insanların fərdliyini (ayrı bir insan olması fikrini) məhdudlaşdırır ya da yox edir. Bundan əlavə, o, müəyyən qrup alçaldıcı və mənfi fikirlərlə izah olunur. Bununla da, stereotiplər ilə önmühakimələr iç-içə keçir, bir-birinə qarışır. Gördüklərimizi kateqoriyalara, siniflərə ayırma meyillərimiz insan şüurunun təməl üniversal aspektidir. Biz ətrafımızda gördüyümüz sonsuz mürəkkəbliyi anlamaq üçün qavramlar yaradırıq.
Bu insan düşüncəsinin gərəkli bacarığıdır ki, bununla biz bilgini effektli və sürətli emal edə bilirik. Əgər kateqoriyalar yaratmasaydıq, həyat bizə çaşdırıcı və qarışıq gələrdi. Sosial təsnifatda insanları müəyyən kateqoriyalar yerləşdiririk. İnsan qarşılıqlı olaraq qrup daxili və xarici üzvlərini bir-birindən ayırd edir. Üstəlik, qrup daxili olanları xarici olanlardan daha müsbət dəyərləndirmək meyilindəyik. Bununla da, ümumi sosial kateqoriyalar asanlıqla sosial stereotiplərə, xüsusən də, mənfi stereotiplərə çevrilir.
Öz qrupuna daxil olan birinə şəfaət etmə tendensiyası təbii insani hal kimi ortaya çıxır. Bir çox araşdırmalarda insan öz qrupuna digər qruplara nəzərən daha müsbət xüsusiyyətlərlə izah edir. Bu mədəniyyətlərarası olaraq özünü göstərir. 1976-cı ildə Merilin Breuer (Marilynn Brewer) və Donalt Kampbel (Donald Campbell) tərəfindən Şərqi Afrikada 30 qəbilə arasında aparılmış bir araşdırma yayımladı. Qəbilə üzvlərindən öz qəbilələrini və digər qəbilələri dəyərləndirmək istəndi. 30 nəfərdən 27 öz qrupunu digərinə nəzərən daha müsbət olaraq görürdü.
Qrupdaxili şovinizm və şəfaətçilik təcrübələrlə ortaya çıxarıla bilir. 1950-lərdə və 1960-larda bir neçə araşdırmada Müzəfər və Karolin Şərif komandaları ilə 12 yaşlı oğlan uşaqlarından ibarət qrupu yaz kampına qatılmaq üçün qeydiyyatdan keçirdilər. Uşaqlar bir-birlərinə qarşı yarışmaya cəlb edildi və iki bölüyə ayrıldılar. Bu qruplardakı uşaqlar açıq şəkildə şovinizm sərgilədilər. Daima öz qruplarının performansını digərinkindən daha üstün dəyərləndirdilər. Üstəlik qruplara əlavə edilməmişdən əvvəl oğlanların 90% öz yaxın dostlarını öz qrupundan görürdü baxmayaraq ki, digər qrupdan idilər.
Çox mütəlif və fəal dünyamız nəzərə alındığında sosial önmühakimələri azaltmaq mühüm məsələdir. 1950-lərdə Qordn Olport (Goldon Allport) tərəfindən qruplar arası təmas hipotezi irəli sürüldü. Bu fikrə görə müsbət münasibət şəraitində qruplar arası önmühakimələri azaltmaq olar. Gərəkli olan şərait ortaq hədəf, işbirliyi, qruplar arası bərabər status, muxtar idarələrin və mədəni normaların dəstəklənməsini ehtiva edir.
Göz önündə olan bir çox araşdırma bu fikri dəstəkləyir. 2003-cü ildəki bir yazıda Stefen Rayt ve Donald Taylor bundan başqa üstün bir qrupla bənzərlik qurma fəaliyyətini göstərdilər. Yəni fərqli qruplar məsələn bir topluluğun parçası olaraq, ya da universal olaraq bəşəriyyətin bir parçası olaraq, hər birini içinə alan qrupun parçası olaraq bir arada yaşaya bilər. Bundan başqa , yaxın bir münasibət digər şəxs ilə və aid olduğu qruplarla münasibəti dəstəkləyir. Yəni digər insanlarla olan münasibətimiz sizin kim olduğunuzun bir parçası olur. Bu, Stephen Wright, Arthur Aron və komandasının tanıtdığı bir anlayış digərinin özündən sayılması olaraq adlandırılır.
YAZAR: Gülsüm Bayram
Həmçinin bax: Psixi proseslər. Hafizə anlayışı.
Həmçinin bax: https://turaz.org/mdu-da-neseri-praktiki-seminar-kecirilib/