Etnik milli hislər, adət və ənənələr

Etnik milli hisslər adət və ənənələr

Etnik-milli hisslər ilk növbədə özünüdərketmə ilə bağlıdır. Etnik-milli hisslər xalqın, artıq formalaşmış millətin

həyat fəaliyyətini, tarixi keçmişini, gələcəyini və bu gününü əks etdirir. Etnik-milli hisslər özündərketmə ilə əlaqədar olduğu üçün onların əmələ gəlməsində millətin özünütəhlil, özünümüqayisə, özünümüşahidə, özünüqiymətləndirmə və özünənəzarət kimi psixoloji mexanizmlərdən istifadəsi zəruridir. Etnik-mili hisslər, etnik xarakter əbədi və dəyişməz deyildir. O, dinamik prosesdir xalqın həyat tərzinin, sosial-iqtisadi şəraitin dəyişilməsilə o da müəyyən dəyişikliyə məruz qalır. Etnik-milli hisslər əsasən xalqın və millətin ərazi, dil, iqtisadi və mənəvi həyat birliyi, dini etiqadı, inamı və qadağalar sistemi əsasında formalaşır.
Milli hisslər çox mürəkkəb, sosial-psixoloji hal olub, insanların bilavasitə daxil olduqları qrupun həyatında baş

verən hadisələrə bəslədiyi emosional reaksiya ilə bağlıdır. Milli hisslər yalnız bir millətin başqa millətə olan münasibəti ilə məhdudlaşmır, bu bütövlükdə millətin daxili strukturudur. Milli hisslər millətlərarası qarşılıqlı münasibətlərin, eləcə də siyasi və iqtisadi şəraitin təsirinə məruz qalır.
Milli hisslərin formalaşmasının əsas mərhələsi xalqın, əhali səviyyəsindən çıxıb millət səviyyəsinə keçə bildikdən sonra başlayır. Xalqın, əhalinin, toplumun millət səviyyəsinə yetişməsi onun inkişafının göstəricisidir.
Ənənə, adət və ya adət-ənənə bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi

bir əhəmiyyətdə nəsildən nəsilə ötürülərək sanksiya gücü olan mədəni qalıq, vərdiş, məlumat, davranış və inanc toplusudur
Adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunun yüksək qiymətləndirən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, -deyib.
Azərbaycanda adət-ənənə sosial mahiyyət kəsb edir və xalqın mətbəxi, bayram mədəniyyəti, geyimi, qonaqpərvərliyi, mərasim mədəniyyəti ilə bağlıdır.
Azərbaycanda adət-ənənələr universal xarakter daşısa da, bölgədən-bölgəyə müəyyən fərqlilik, variantlılıq müşahidə olunur. Bu da Azərbaycanın tarixi inkişaf xüsusiyyətlərindən, əhalinin etnik müxtəlifliyindən, müxtəlif dinlərin nümayəndələrinin bir arada yaşamasından qaynaqlanır.
İslam dini Azərbaycanın bütün ərazisini əhatə etmişdi; əhalinin əsas hissəsi müsəlmandır. Uşağın doğulması, ona

ad qoyulması, toy, ölümlə bağlı mərasimlər İslam dinindən gələn müəyyən adət-ənənələrlə müşayiət olunur.
Azərbaycanda ən geniş yayılmış adət-ənənələrdən biri qarşılıqlı yardımlaşmadır. İnsanlar zəruri vaxtlarda bir-birinə əl tutmuş, bir-birinə kömək etməyə çalışmışlar.. Birgə əmək sayəsində nəinki böyük işlərin öhdəsindən gəlinir, həmçinin insanlar arasında dostluq, yoldaşlıq əlaqələri güclənirdi.
Azərbaycan xalqı qonaqpərvərliyi ilə seçilir. Azərbaycanlılar öz evlərində ən yaxşı otağı qonaq üçün ayırmağa, qonaq üçün xüsusi qab-qacaq alıb saxlamağa üstünlük verirlər. Kənd yerlərində yaşayan ailələrdə qonağın adına ayrıca heyvan kəsilməsi, növbənöv yeməklər bişirilməsi bir ənənə halını almışdı.
Ailədə keçirilən bayram və ənənələr nəsildən-nəsilə ötürülərək bu gün də yaşadılır. Səbəbsiz deyil ki, xarici ölkələrdən Azərbaycana gələn qonaqlar xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirirlər.

YAZAR: Arzu Qədizadə

Həmçinin bax: Uşaqlıqda şəxsiyyət xüsusiyyətlərinin inkişaf trayektoriyası

Həmçinin bax: tehsilim.org/akademik-kamal-abdullanin-dede-qorqud-poetikasina-giris-kitabi-turkiyede-cap-olunub/