“Əsrimizin Siyavuşu” adlı yazı müsabiqəsi keçiriləcək
“Kafkazh Media Group” Media və Yayım şirkəti Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümünə həsr olunan “Əsrimizin Siyavuşu” adlı yazı müsabiqəsi elan edir.
Müsabiqəyə bu mövzularda yazılar qəbul ediləcəkdir:
1) Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı;
2) Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti;
3) Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti;
4) Məhəmməd Əmin Rəsulzadə və mətbuat;
5) Cümhuriyyətçilərimiz.
Təqdim edilən yazılar Times New Roman şrift ölçüsü 14 ilə, 1.0 intervalda, 1-5 Microsoft Word (A4) səhifəsi həcmində olmalıdır. Bununla yanaşı, müsabiqəyə qatılan müəlliflərin özləri haqqında qısa məlumat (ad, soyad, universitet, məktəb, kollec və s), e-ünvan və əlaqə nömrələrini qeyd etmələri xahiş olunur.
Müsabiqəyə yazılar 12 fevral-02 mart tarixləri arasında qəbul olunacaq.
Qalibləri müxtəlif hədiyyələr gözləyir. Müsabiqədə yer tutan ilk 5 yazı Türkiyə və Özbəkistan saytlarında dərc olunacaq. Qaliblər sertifikat və hədiyyələrlə təltif olunacaq.
Yazılarınızı aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur: kafkazh.mg21@gmail.com
Yazılarınızı göndərməzdən əvvəl müraciət linkindən qeydiyyatdan keçməyiniz xahiş olunur.
Müraciət linki: https://docs.google.com/forms/d/14RiA8ZubCTGhzRUmdGrK4QSaV-uEX4UVFsTiN6pM_Ro/viewform?edit_requested=true
Son müraciət tarixi: 2 mart
Mükafatlandırma mərasimi 13 mart tarixində baş tutacaq. Müəlliflərə tədbir haqqında əvvəlcədən məlumat veriləcək. Mükafatlandırma mərasimi canlı şəkildə baş tutacaq.
Əlaqə telefonu: (+994) 50 556 40 18