Əsrimizin bəlası-Stress

Bugün mən sizə gündəlik həyatımızda mütəmadi olaraq rast gəldiyimiz stressdən danışmaq istəyirəm 🙂

Stress sözü latınca ” estrictia” sözündən götürülüb, zaman -zaman fəlakət, bəla, dərd, kədər mənalarında işlənsə də, müasir dövrümüzdə güc, təzyiq kimi ruhi struktura yönələn bir hal kimi xarakterizə olunmağa başladı. Stress öz özünə yaranmır, onun yaranması üçün müəyyən faktorlar olmalıdır. Stressin normal miqdarda həyatımızda olması müəyyən qədər işə təhrik edir, normadan çox olması isə həyati keyfiyyətlərimizə mənfi istiqamətdə təsir göstərir. İşdə səhvlərin yaranmasına, motivasiyanın azalması və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. İnsanlar stressli dönəmlərində yuxu pozuntuları yaşayırlar. Çünki stressli vaxtda simpatik sinirlər aktiv olduğundan, yuxunun parasimpatik şəraitdə yaranmasını çətinləşdirir. Bunlara rəğmən stressiz həyat da mümkünsüzdür.

Alimlərin araşdırmasına əsasən, stress və əsəb insanın diş və dırnaqları vasitəsilə çıxır.  Məsələn, stressli dönəmlərdə həddindən artıq yemək, dırnaq yemə problemləri görülməkdədir.

Bu cür çətin zamanlarda, stressli anlarda ani ölümlər, ürək döyüntülərinin həddindən artıq çoxluğu və ya azlığı, ürək çatışmazlığı, infarkt və bu kimi hallar sıx rast gəlinir. Ümumilikdə götürsək isə ürək- damar xəstəliklərinin yaranmasında ruhi problemlərin rolu böyükdür.

Stressin qarşısı alınmadıqda isə depressiyaya yol aça bilər.  Depressiya sözünün mənası məyus, qəm, kədərdir. Depressiya affektiv xəstəliklərə daxildir. Depressiyanın əlamətləri;

  • Çəki azalması
  • İştahsızlıq
  • Yuxuda problemlər
  • Ümidsizlik
  • Kədər duyğuları və.s.

Terapiya və müalicəsi üçün isə mütləq ki peşəkar psixoloq yardımı alınmalıdır. İlkin mərhələ isə stress yaradan faktoru tapib , onu aradan qaldırmaqdır .

Gözəl həyatlar🌟💫

Yazar : Psixoloq Aysu Əliyeva

həmçinin bax Uşaq yaş dövrlərində rast gəlinən problemlər

https://tehsilim.org/britaniya-milli-muzeyi/