Eşitmə funksiyası pozulmuş uşaqların idrak proseslərinin xüsusiyyətləri
Birinə yaxşılıq etmək istiyirsənsə ona balıq vermə, balıq tutmağı öyrət .Konfutsi☯️
Düşünürəm ki, müəyyən qədər həyatda öz mövqeyini tutmağı bacarmayan insanlara da bu şəkildə yanaşmaq daha doğrudur. Çünki, onların yanında daim olmuyacağıq və ən sadə təlabat bacarıqlarına yiyələnmiş gücləri varsa bunu onlara öyrətmək məhz onların çapında həyata hazırlamaqdır bir növ. Eşitmə əngəlli insanlarla da ətrafdakı ünsiyyətə görə onları davranışa yönləndirməkdənsə onların öz qavrayacağı bir davranış mexanizminə yiyələndirmək, cəmiyyətdə sərbəst inkişafları üçün şərait yaratmaq yetərlidi.
Çünki, eşitməsində müəyyən problem olan insanların idrak fəaliyyəti bizim ki, kimi inkişaf etmir. Onlarda müəyyən əngəllər yaranır. Başlıca olaraq onların səsə görə qavrama prosesləri inkişaf etmir ortalama olaraq, bu funksiyanı digər orqanlar həyata keçirə bilir. Məsələn onların görməsi daha iti ölür çünki eşitmə səbəbi ilə daha çox ağırlıq digər reseptorların üzərinə düşür və bu funksiyanı həyata keçirmək daha çox inkişaf edir. Fikrimizi daha geniş şəkildə ifadə etməyə çalışaq. Və bu haqda daha əlaqəli misallar gətirək.
İlk öncə idrak nədir? sualına cavab tapmaq istərdim. İnsanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm yeri idrak, yaxud insanı əhatə edən aləm haqqında biliklər, onun təbiəti və strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti haqqında bilgi tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə edilir. Əslinə qalanda elə fəlsəfi təhlili də maraqlandıran həmin məsələdir. Başqa sözlə desək, söhbət həqiqətə çatmaq yolları, anlayışları və metodlarından gedir.
İdrakın fəlsəfi problemləri dedikdə, idrak nəzəriyyəsinin predmeti, yaxud qnoseologiya nəzərdə tutulur. «Qnoseologiya»– yunan mənşəli olub, qnozis– bilik, loqos– söz, təlim deməkdir.
Şərq özünün mədəni irsi ilə bəşəriyyəti həmişə təəccübləndirmişdir. Aristotelin əsərlərində fəlsəfə, məntiq, psixologiya, tarix, siyasət, etika, estetika və digər sahələrə aid dəyərli məlumatlar vardır. Aristotelə görə insanda 3 növ ruh vardır: inkişaf edən, iradəli və ağıllı. Bu ruhlar insanın sağlamlığına, onun psixikasının formalaşmasına böyük təsir göstərir. Aristotel bildirirdi ki, səslər vasitəsilə fikir ötürülür, eşitmə orqanı vasitəsilə isə həmin fikir aydınlaşır. Əgər insanda hər hansı bir hiss üzvü zədələnərsə və ya olmazsa, bu, orqanizmin tamlığının pozulmasına, eyni zamanda bütövlükdə inkişafın düzgün getməməsinə səbəb ola bilər.Aristotel ilk dəfə eşitmə qüsurunun yaranma səbəblərini insanın beynindəki üzvi pozulmalarla əlaqələndirmişdir. Hippokrat isə Aristoteldən daha qabağa gedib karlığı tibbi cəhətdən araşdıraraq karlığın baş beyin yarımkürələri qabığı və periferik eşitmə aparatının üzvi pozulmaları səbəbindən yarandığını göstərmişdir. Hippokrat öz əsərlərində eşitmə çatışmamazlıqlarının müalicəsi və pozulmaların qarşısının alınması haqqında da bu gün öz aktuallığını itirməyən fikirlər söyləmişdir.Qədim şərqin alimi İbn Sina “Təbabətin qanunu” əsərini eşitmə qüsurlarının yaranma səbəblərinin araşdırılmasına, müayinə və müalicəsinə həsr etmişdir. . Antik dövrün əlyazmalarında da eşitmə qüsurları haqqında məlumatlara rast gəlmək mümkündür. Məsələn, qədim yunan tarixçisi, “tarixin atası” Herodotun yazılarında Qədim Midiya hökmdarı Krezin oğlu haqqında maraqlı məlumat vardır. Herodot bu oğlanın lal-kar olduğunu və heç zaman danışmadığını qeyd edirdi. Bildirirdi ki, Midiya hökmdarı ilə farsların müharibəsi zamanı o, birdən-birə dil açıb, fars əsgərə “Krezi öldürmə” demişdir. Herodot bu hadisəni təsvir etməklə lal-kar insanın danışa bilməsi qənaətinə gəlmişdir. Orta əsrlərdə Avropada mütərəqqi düşüncəli elm, mədəniyyət adamlarının, eləcə də müxtəlif qüsurları olanları dinsiz, cadugər, ifritə adlandıraraq lənətləndiyi tonqallarda yandırıldığı zaman gizli olsa da, eşitmə qüsurlarının yaranma səbəbləri, müayinə-müalicə, təlim və tərbiyə, psixi inkişaf məsələlərinin öyrənilməsinə cəhd göstərilmişdir.Bu cəhdlərdən biri XVI əsrdə yaşamış ispaniyalı keşiş Pedro de Ponse tərəfindən edilmişdir. Kar uşaqların ilk müəllimi hesab edilən Pedro de Ponse onların nitqini inkişaf etdirməyə, ətraf aləm haqqında müəyyən bilik və bacarıqlar aşılamağa müvəffəq olmuşdur. Ponse təcrübəsinə əsaslanaraq kar uşaqlarda da normal insanlar kimi ağılın və duyğuların olduğunu sübut etməyə çalışmışdı. Bunun üçün, ilk növbədə, onların nitqini inkişaf etdirməyi vacib hesab edirdi. O, eşitmə qüsurlu uşaqların təlimi zamanı aşağıdakı problemləri həll etməyi məsləhət görürdü:
1. Şifahi nitqin və tələffüzün təlimi zamanı lallığı aradan qaldırmaq.
2. Danışmayan (zəifeşidən və ya tam eşitməyən) uşaqlara öz fikirlərini yazılı şəkildə ifadə etməyi öyrətmək.
3. Kar-lal uşağa tələffüzü dodaqdan oxumağı öyrətmək.
1668-ci ildə C.Vallis öz dostuna yazdığı məktubda şagirdlərindən bəzilərinin sözlü nitqi dərk etdiyini və öz fikirlərini yazılı şəkildə ifadə etməyi bacardıqlarını bildirirdi. Lakin bu dövrdə zəifeşidən insanların psixi inkişaf xüsusiyyətləri barədə fikirlər birmənalı olmamışdır. Bəzi tədqiqatçılar eşitmə qüsurluları ağıllı, bacarıqlı, normal psixi inkişafa malik insanlar kimi xarakterizə etdikləri halda, digərləri onları kobud, ağıldan kəm, psixi inkişafında çatışmazlıqlar olan insanlar kimi nəzərdən keçirmişlər. 1808 –ci ildə Sezar öz qeydlərində göstərirdi ki, kar-lallar əxlaqi borc hissi olmayan kobud və duyğusuz insanlardır. 1818-ci ildə Bebian karları qəlblərində laqeydlik, şübhə və islah edilməyən, inadkar insanlar kimi xarakterizə etmişdir. 1822-ci ildə Naumanın qeydlərinə görə lal-karlar birgəyaşayış istəyi olmayan, qəlblərində qorxu hissi hakim olan insanlardır. Nauman kar insanlarda bütün insanlara xas olan şüurun olmasına şübhə ilə yanaşmışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində Avropanın bir çox ölkələrində: İngiltərədə, Niderlandda, Almaniyada və Fransada eşitməsi qüsurlu (kar-zəifeşidən) uşaqların psixi inkişafı və təlim-tərbiyəsi ilə bağlı tədqiqat işləri aparılmağa başlandı. Eşitməsi qüsurlu uşaqlara şifahi nitqi təlim etmək metodunu işləyib hazırlamış ingiltərəli alim Con Bulver öz təcrübələrinə istinad edərək göstərirdi ki, bu cür uşaqların əqli inkişafı birbaşa olaraq onların nitqi ilə sıx bağlıdır. Əgər kar uşağın nitqi inkişaf edərsə, deməli onun nitqi ilə birlikdə özü də inkişaf edər.
XX əsrin 30-70-ci illərindən sonra Avropa, istərsə də rus alimi tərəfindən eşitməsi qüsurlu uşaqların psixi inkişafı hərtərəfli öyrənilməyə başlandı. Həmin dövrdə eşitməsi qüsurlu uşaqların üç qrupu fərqləndirildi
1.Kar uşaqlar (erkən dövrdə eşitməsini itirmiş və ya ağır eşitmə pozulmaları olan uşaqlar);
2.Sonradan kar olan uşaqlar (nitqə yiyələndikdən sonra eşitməsini itirmiş uşaqlar);
3. Zəifeşidən uşaqlar (qismən eşitməsi pozulmuş uşaqlar).
Nitqin inkişafı çox mürəkkəb bir prosesdir. Karların şifahi nitqi dedikdə, əsasən iki cəhət nəzərdə tutulur: tələffüz və dodaqdan oxu. Buna görə də şifahi nitqi inkişaf etdirərkən kar-zəifeşidən uşaqlara başlıca olaraq düzgün tələffüz və görmə qabiliyyətinə əsaslanan dodaqdan oxuma bacarığı öyrədilməlidir..
Zəifeşidən uşaqlarda nitq inkişafı və nitq vərdişinin yaradılmasının çox mürəkkəb bir proses olduğunu nəzərə alsaq, onun ilk mərhələsini iki hissəyə ayırmaq daha münasib olar:Tələffüz. Dodaqdan oxu. Bunların ikisi də eyni məqsədə – şifahi nitqin formalaşmasına xidmət edir. Nitq inkişafı özünəməxsus müxtəlif metodlara malikdir, bu da fasiləsiz tədris işi tələb edir. Kar uşaqların nitqə yiyələnməsi onların məktəbdə oxumaları üçün imkan yaradır. Nitqi qüsurlu uşaqlarda şifahi və yazılı nitq vərdişlərinin formalaşması üçün əlverişli metod və priyomların işlənib hazırlanması son dərəcə vacibdir.
Təlim zamanı mətni dodaqdan oxu ilə uşaqlara söyləmək, seçilən ifadə və tərkiblərin onların başa düşmələrinə, anlamalarına nəzarət etmək lazımdır. Zəifeşidən uşaqların nitqində fonetik formalaşmaya diqqət yetirilməlidir. Nitq vərdişlərinin yaranması üçün düzgün, ahəngdar tələffüz vacibdir. Bu iş, sinfin təşkilindən başlayır və daktil əlifbasından, dodaqdan oxuya keçilir. Səsli nitq işi zamanı əyani vəsait və texniki vasitələrə tez-tez müraciət etmək lazımdır.
Təlim prosesində şagirdlər təkcə bilik mənimsəməklə kifayətlənmir, həm də təfəkkürlərinin müxtəlif xüsusiyyətlərini inkişaf etdirirlər. Şagirdlərin əqli inkişafı, xüsusən təfəkkürün inkişafı təlim işinin necə təşkil edilməsindən, hansı üsullardan istifadə olunmasından, kiçikyaşlı məktəblilərin təfəkkürünün inkişafı uğrunda müəllimin şüurlu olaraq necə mübarizə aparmasından asılıdır. Təlim prosesində zəifeşidən kiçikyaşlı məktəblilərin təfəkkürünün inkişafı dedikdə nə başa düşülür?
Təlim prosesində zəifeşidən ibtidai sinif şagirdlərinin təfəkkürünün formaları inkişaf edir. Kiçikyaşlı məktəblilər hökmün müxtəlif növlərindən yerində, dəqiq surətdə istifadə etməyi öyrənirlər və onlarda tədricən əqli nəticələr inkişaf edir. Digər tərəfdən, təlim prosesində şagirdlərdə fikri proseslər inkişaf edir: onlar təhlil, tərkib, ümumiləşdirmə, mücərrədləşdirmə, müqayisə etmə və s. kimi fikri proseslərə yiyələnməlidirlər. Həmin təfəkkür proseslərinin inkişaf etməsi sayəsində zəifeşidən şagirdlər müxtəlif təlim materiallarını çətinliklə mənimsəyə bilirlər.
Psixi inkişafın sürətinin ləngiməsini, uşağın valideyni uşaq məktəbə gedəndən sonra müəyyən edir. Yəni uşaq məktəbə gedərkən lüğət ehtiyatının azlığı, təfəkkürün yetişkənsizliyi, dünyagörüşünün azlığı, oyun maraqlarının üstünlüyü, intellektual fəaliyyət zamanı tez yorulma diqqəti cəlb edir.
Şagirdlər tərəfindən qazanılmış biliyin əsasında bacarıq və vərdişlər formalaşır və mürəkkəb sistem alır. Bu zaman müəllimin qarşısında duran əsas vəzifə şagirdin təfəkkürünü fəallaşdırmaq, onlara anlaşıla biləcək dərəcədə düşünmək və müraciət etməyi öyrətməkdir.
Zəifeşidən məktəblinin təfəkkürünün inkişafında sözlərin böyük rolu vardır. Bu uşaqlara bilik və bacarıq verildiyi zaman onlarda müşahidəçilik, yaddaş, qavrama inkişaf edir, biliyə maraq, işləmək qabiliyyəti artır. Biliyin öyrədilməsi elmi şəkildə aparılmalıdır. Biliyin əsasında şagirdlər müxtəlif bacarıqlar qazanır, mürəkkəb riyazi əməliyyatlarda, qrammatik cümlə təhlilində istifadə edirlər.
Zəifeşidən məktəblilərin həyata hazırlanması, onların təlim fəaliyyətində iştirakı, idrak proseslərinin inkişafı ilə bağlıdır. Valideynlər, müəllim-tərbiyəçilər kiçikyaşlı məktəblilərin tərbiyə edilməsində idrak proseslərinin-duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül xüsusiyyətlərinin öyrənilməsinə xüsusi fikir yetirməlidirlər. Məsələn, məktəbə yeni gələn şagirddə duyğuların hərtərəfli inkişaf etdirilməsi zəruri amildir. Bu dövrdə xüsusilə görmə və eşitmə duyğuları uşağın ümumi inkişafında mühüm yer tutur.
Zəifeşidən məktəblilərin psixoloji xüsusiyyətlərdən biri də eşitmə duyğuları, xüsusilə eşitmə həssaslığıdır. Eşitmə həssaslığının inkişaf etdirilməsi uşağın ümumi inkişafında həlledici rola malikdir. Eşitmə həssaslığının inkişafı uşağın danışıq səslərini fərqləndirməsini asanlaşdırır. Məktəbdə təlim-tərbiyə işinin təsiri altında uşaqda səsləri düzgün fərqləndirməklə, fonematik eşitmə imkanı xeyli yüksəlir. Buna oxu, yazı, nitq inkişafı üzrə aparılan işlər əsaslı təsir edir.
Təcrübə göstərir ki, şagird ilk gündən sözləri hecalarla deyərək yazdıqda və oxuduqda səsləri düzgün fərqləndirə bilmir.
Ümumiyyətlə, kiçikyaşlı məktəbli uşaqlarda duyğuların inkişafı aparılan tərbiyəvi işlərdən çox asılıdır. Təcrübələr göstərmişdir ki, şagirdlərdə istər görmə, istərsə də eşitmə həssaslığını xüsusi şəkildə təşkil olunmuş şəraitdə xeyli yüksəltmək mümkündür. Oyun və təlim fəaliyyəti zamanı tətbiq olunan xüsusi məşğələlər bu cəhətdən böyük əhəmiyyət kəsb edir.
Diqqətin təlim fəaliyyəti üçün əhəmiyyəti böyükdür. K.D. Uşinski bu cəhəti nəzərə alaraq yazır: «Diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Deməli, təlimin hər bir kəlməsi bu qapıdan keçmədən uşağın ruhuna daxil ola bilməz. Uşağı bu qapını açıq saxlamağa alışdırmaq birinci dərəcəli əhəmiyyətli işdir. Təlimin müvəffəqiyyəti buna nail olmaq üzərində qurulur». Məktəbə yeni gələn uşağın diqqəti xeyli inkişaf etmiş olur. Buna baxmayaraq kiçikyaşlı məktəblilərin diqqətinin bir sıra özünəməxsus xüsusiyyətləri vardır ki, bunların tərbiyə prosesində nəzərə alınması lazım gəlir.
«Uşaq formalarla, boyalarla, səslərlə, ümumiyyətlə, duyğularla fikirləşir və uşağı başqa cür düşünməyə vadar etmək istəyən şəxs onun təbiətini əbəs yerə zorlamış olar».
Əyanilik şagirdlərin müşahidəçiliyini inkişaf etdirir. K.D. Uşinskiyə görə şagirdlər əyaniliyin köməyi ilə müşahidəçiliyə və öz müşahidələrini sözlərlə ifadə etmək, onlardan məntiqi nəticə çıxarmaq bacarığına yiyələnirlər. Əyani təlim, şagirdlərin təfəkkürünün inkişafını, təsəvvürlərinin obrazlılığını və düzgün anlayışların yaranmasını tələb edir. Əyanilik şagirdlərin nitqinin inkişaf etdirilməsinin və biliklərin yaddaşda möhkəmləndirilməsinin qüdrətli silahıdır .
Uşaqlarda yüngül-orta eşitmə məhdudiyyəti beyində dəyişikliklərə gətirib çıxarır. Erkən uşaqlıq dövründə yaranan ağır dərəcəli eşitmə məhdudiyyətinin beyində səslərin işlənməsi (emalı) prosesində qalıcı dəyişikliklərə səbəb olduğu bilinir, lakin yeni aparılan araşdırmalar göstərir ki, hətta yüngül-orta dərəcəli eşitmə itkisi belə bənzər dəyişikliklərə gətirib çıxara bilər.
Tədqiqatçılar qeyd edir ki, araşdırmaların nəticələri uşaqlarda eşitmə itkisinin müayinə prosesinə və yüngül-orta dərəcəli eşitmə itkisinin tibb işçiləri tərəfindən necə idarə ediləcəyinə təsir göstərə bilər.
Qulaq xarici, orta, daxili hissələrdən ibarət mürəkkəb bir orqandır. Eşitmənin mümkün olması üçün bu hissələrin hər biri birlikdə və düzgün fəaliyyət göstərməlidir. Beyində səslərin əmələ gəlməsində iştirak edən eşitmə sistemi uşaqlıq dövründə kənardan gələn səslərə cavab reaksiyası ilə inkişaf edir. Ağır dərəcəli eşitmə itkisi olan uşaqlarda bu sistem səs stimulları əvəzinə daha çox vizual stimullara cavab vermək üçün demək olar ki, funksional olaraq yenidən qurulur.
Körpələr hələ doğulmazdan əvvəl səsləri eşidirlər. Doğulduqdan sonra onlar ana, atalarının üzlərini izləyir, danışıqlarını dinləyirlər. Körpənin eşitməməsi bu inkişaf mərhələlərinin ləngiməsinə və idrak proseslərinin inkişafdan qalmasına səbəb ola bilər.
Ümumiyyətlə eşitmə məhdudiyyətinin səbəbləri genetika, yaş, yüksək səsə məruz qalmaq, xəstəlik və infeksiyalar, travmalar, eşitmə aparatını zədələyəcək dərman preparatları ola bilər. Ağır eşitmə itkisi adətən min insanın birində rastlanır. Beyin araşdırmaları eşitmə məhdudiyyətinin beyində atrofiyaya (normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir) səbəb ola biləcəyini də göstərir.
Eşitmə məhdudiyyəti uşaqlarda dilin inkişafına, danışığa və sosial əlaqələrə də öz təsirini göstərir. Uşaqlar ətrafda gedən söhbətlərə çox qoşula bilmədikləri üçün insanların əhatəsində olmaqdan zövq almırlar bu isə sosial izolyasiya ilə nəticələnə bilir.
Kembric universitetində Dr. Lorna Halideyin rəhbərlik etdiyi tədqiqat qrupu elektroansefaloqram istifadə edərək daimi yüngül-orta eşitmə diaqnozlu 46 uşağın beyinlərinin səslərə qulaq asarkən verdiyi cavab reaksiyalarını öyrənir.
Uşaqlar kiçiklər (8-12 yaş) və böyüklər (12-16 yaş) olmaqla iki qrupa bölünür. Məlum olmuşdur ki, kiçik yaşlı uşaqların beyin reaksiyaları tipik uşaqlara daha yaxın, başqa sözlə desək normal eşitməyə sahib uşaqlarınkına daha yaxın, böyük uşaqlarda isə reaksiya yaşıdlarından daha aşağı səviyyədədir.
Bu tədqiqat nəticələrini təsdiqləmək üçün araşdırmaçılar kiçik uşaqların olduğu qrupu 6 il sonra yenidən test etdilər və təsdiq etdilər ki, eşitmə məhdudiyyətli uşaqlar böyüdükcə onların beyin reaksiyaları da dəyişir. Uşaqlar daha kiçik ikən, 6 il öncəki tədqiqatda görülən beyin reaksiyaları ya tamamilə yox olmuşdur, ya da azalmışdır. Buna baxmayaraq, demək olmaz ki, uşaqlar böyüdükcə eşitmələri daha da zəifləmişdir, sadəcə beyinlərində funksional yenidənqurma baş vermişdir. Daha aydın desək, reaksiyaların azalma səbəbi eşitmə aparatı ilə yox, beyin ilə bağlı idi.
Dr. Aksel Kalkus qeyd edir ki, uşaqlarda beyin kənardan gələn səslər nəticəsində inkişaf edir, bu halda yüngül-orta eşitmə məhdudiyyətinin belə beyində dəyişikliklərə gətirib çıxara biləcəyi təəccüblü bir hal deyil. Bu isə o deməkdir ki, problemi daha erkən mərhələlərdə həll etmək lazımdır.
Dr. Lorna Halidey qeyd edir: “Hazırki texnologiyalar körpələrdə yalnız orta-ağır eşitmə dərəcələrini tapmağa imkan verir lakin yüngül eşitmə məhdudiyyətli uşaqlara diaqnoz qoymaq üçün gələcək illəri gözləmək lazım gəlir. Nəzərə alsaq ki, eşitmə məhdudiyyətli uşaqlar adətən nitq inkişafı və akademik göstəriciləri baxımından yaşıdlarından geridə qalır. Yüngül eşitmə məhdudiyyətinin belə daha erkən yaşlarda aşkarlanması beyin dəyişikliklərinin qarşısının nisbətən alınmasına və uşağın nitqinin inkişafına kömək göstərə bilər.”
“Eşitmə qüsuru olan uşaqlar ətraf aləmi qavramaqda ifrat çətinlik çəkir, xarici qıcıqlara qarşı zəif reaksiya verirlər. Nitqin olmaması həmin uşaqların əqli və psixi inkişafına da mənfi təsir göstərir, normal ünsiyyətə mane olur. Belə uşaqların söz bazaları çox zəif olur, səslərin burun boşluğunda tələffüzü, aydın olmayan nitqi, səs-heca düzümü özünü qabarıq şəkildə göstərir. Onların nitqi, əsasən, konkret adlardan, yəni isimlərdən ibarət olur, fikirlərini ümumiləşmiş bir sözlə bildirir, şəkilçilərdən istifadə etmir, cümlə qurmaqda çətinlik çəkirlər. Təbii olaraq həmin problem uşaqların psixi inkişafını da pozur. Yaddaş, qavrama və diqqətin çox aşağı olması uşağın inkişafını ləngidir. Bu halda nələri etmək doğru olardı?
İlk növbədə nəzərə almaq lazımdır ki, eşitmə qüsurlu uşaqların erkən yaş dövründən təlimlərə cəlb olunması çox vacibdir və həmin təlimlər əyaniliyə əsaslanmalıdır. Eşitmə qulağından, həmçinin digər analizatorların fəaliyyətindən yararlanmaq lazımdır. Məlumdur ki, bu analizatorun fəaliyyətinin pozulması digərlərinin güclənməsinə səbəb olur. Görmə və taktil-fibrasiyanın, yəni toxunmaqla eşitmənin köməyi ilə eşitmə qüsurlu uşaqlar ətraf aləmi daha yaxşı eşidirlər”.
Duymaq, eşitmək, danışmaq və dünyanın sevincini dadmaq hər bir uşağın haqqıdır. Uşağın eşitməsində problem olanda vaxtında mütəxəssisə müraciət olunmalıdır. Vaxtında olunan müraciət çox əhəmiyyətlidir və edilən müdaxilə də daha səmərəli nəticə verir.
Əlavə olaraq qeyd etmək istiyirəm ki, Son dövrlərdə dünyada bir çox xəstəliyin çarəsi tapılsa da anadangəlmə eşitmə qüsurunun həlli, yəni “koxler implant”-ın tətbiqi ilə bu problemin aradan qaldırması tamam başqa bir hal böyük hadisədir. Bu eşitmə qüsuru olan, uşağın cəmiyyətdən təcrid olunmasının, əlil olmasının qarşısının alınmasıdır. Bu gün ən böyük problemlərdən biri eşitmə qüsuru olan uşaqların gec aşkarlanmasıdır. Yəni valdeynlər bu hallarla bağlı mütəxəssislərə çox gec müraciət edirlər. Lakin körpəlik dövründə şüphəverici narahatlıq biruzə verdikdə mütəxəssisə müraciət edərək vaxtında “Xüsusi Təlim Reabilitasiya” mərkəzi eşitmə əngəlli şəxslərə “Dəstək Təlim” proqramı tətbiq olunaraq bütün narahatlıqları və şüphələri aradan qaldırmaq mümkündür. Dəstək təlim proqramında terapiya müddəti təyin edilir və ardıcıl olaraq
1) Hiss etməni artırma (taxmaq, keçirmək, sökmək və s.)
2) Təxmin etmə və problemi həll etmə bacarğının aktivləşdirmək (təxəyyül analizini artırmaqla eyniləşdirməni və fərqləndirməni öyrənməklə)
3) Eşitmə və görmə bacarığını aktivləşdirmək üçün (şəkilli kartlarla sözün izahı, fərdin yaş xüsusiyyətinə uyğun musiqi ilə cümlənin izahı, səsi əks edən vəsaitlər, kompüter dəstəyi ilə təlim praqramı)
4) Fonometik qavrama, fonometik səslər üzərində işləmə, fonometik səslərin aydınlaştırılması, kampüter üsulu ilə uşaqlarda analiz və fonometik səslərin qavranılması tətbiq olunur.
5) Nitqdə danışma və danışılan dilin qaydaya uyğun inkşafı üzərində iş.
6) Qavramanı artırma
7) Əl bacarığını formalaşdırmaq
8) Loqopedik masaj
9) Dil gimnastikaları və s.
Seans müddətində tətbiq edilir.
Yazar: Arzu Mirzəliyeva\
həmçinin bax Ümumi Kimya