Ermənistanın son hərbi təxribatı ilə bağlı həqiqətlər Çili televiziya kanallarında səsləndirilib.

Ermənistanın son hərbi təxribatı ilə bağlı həqiqətlər Çili televiziya kanallarında səsləndirilib.

Ermənistanın son hərbi təxribatı ilə bağlı həqiqətlər Çili televiziya kanallarında səsləndirilib.
Azərbaycanın Çilidəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfir Rəşad Aslanov Çilinin “Infogate” xəbər portalının analitik proqramında iştirak edərək Ermənistanın son hərbi təxribatından danışıb. Çili senatoru Kenneth Puqh, beynəlxalq analitiklər Qabriel Qaspar və Qiyermo Holsmanın iştirak etdiyi proqram Çilinin bir neçə televiziya kanalında canlı yayımlanıb.
R.Aslanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri barədə məlumat verərək, Qarabağın Azərbaycanın tarixən ayrılmaz tərkib hissəsi olduğunu, burada qədim dövrlərdən Azərbaycan dövlətlərinin mövcud olduğunu, ermənilərin bu ərazilərə yalnız XIX əsrin əvvəlində imzalanmış Türkmənçay müqaviləsindən sonra köçürüldüyünü qeyd edib. Ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun işğal olunduğunu, Ermənistanda və Qarabağda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və bir çox beynəlxalq təşkilatın qərarlarına baxmayaraq, Ermənistanın bu günə kimi Azərbaycan ərazilərini işğal altında saxladığını, öz işğalçılıq planlarından əl çəkmədiyini söyləyib.
İyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində son hərbi təxribatı və təxribat nəticəsində Azərbaycanın hərbi və mülki vətəndaşlarının həlak olması barədə məlumat verən diplomat, bu təxribatın da Ermənistanın işğalçılıq siyasətinin davamı olduğunu və burada Ermənistan tərəfinin əsas məqsədinin beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazilərinin işğalı faktından yayındırmaq olduğunu bildirib. Həmçinin Ermənistanın bu təxribatı törətməklə regionda sülhə və təhlükəsizliyə təhdid olacaq yeni münaqişə zonası yaratmağa və bu münaqişəyə üçüncü tərəfləri cəlb etməyə cəhd göstərdiyini, Azərbaycanın bu zonaya yaxın yerləşən beynəlxalq nəqliyyat və kommunikasiya xətlərini hədəf aldığını, özünütəcrid siyasəti nəticəsində kənarda qaldığı strateji “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinə zərər vurmağa çalışdığını qeyd edib. Bundan əlavə, Ermənistan hökumətinin daxili siyasi və sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq üçün gücdən istifadə aktı törətdiyini diqqətə çatdırıb.
Səfir Rəşad Aslanov Azərbaycanın heç vaxt öz tarixi torpaqlarının Ermənistan tərəfindən işğalı faktı ilə razılaşmayacağını, ərazi bütövlüyünü və bu ərazilərdə suverenliyini bərpa edəcəyini vurğulayıb.
Sonda diplomat proqram iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova