Ermənistanın eks-prezidenti Rusiyaya qarşı çıxanları Türkiyə-Azərbaycan təlimləri ilə qorxutdu

Ermənistanın eks-prezidenti Rusiyaya qarşı çıxanları Türkiyə-Azərbaycan təlimləri ilə qorxutdu

NATO-nun ən güclü ordularından birinə sahib olan Türkiyə aşkar güc nümayişi olaraq Azərbaycanla təlimlər keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yerli kanallara müsahibəsində deyib və Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından narahatlığını gizlətməyib.
R.Köçəryan ardınca bildirib ki, Rusiya bazasının Ermənistandan çıxarılmasının tərəfdarları Türkiyənin artan ambisiyaları fonunda ayıq olmalıdırlar. Eks-prezident deyib ki, Türkiyənin ambisiyaları 10-15 il əvvəllə müqayisədə indi fərqlidir. “Bununla hesablaşmaq lazımdır”-Köçəryan deyib. Keçmiş prezident ardınca bildirib ki, bu, Rusiya bazasının çıxarılmasının zəruriliyini bəyan edənlər, Rusiya səfirliyi qarşısında aksiya keçirənlər üçün ciddi mesajdır. Ardınca bildirib ki, Rusiya öz bazasını Ermənistandan çıxartsaydı, indiki situasiyanın nəyə gətirib çıxaracağını nəzərə almaq lazımdır.
Bununla da R.Köçəryan Rusiya prezidentinin onu həbsdən xilas etmək istiqamətində göstərdiyi səylərin qarşılığında “ayı xidməti” göstərmiş olub. Bu, həm də Rusiyaya “mənə dəstək verin, Paşinyanı gəldiyi yerə göndərim”-mesajı deməkdir.

Mənbə: Musavat.com
Müxbir: Jalə Hüseynova