Ermənistanın 10 hərbçisi yaralanıb, vəziyyətləri ağırdır

Azərbaycan Ordusunun düşmənə qarşı keçirdiyi cəza tədbirləri nəticəsində yaralanan Ermənistan hərbçilərinin vəziyyəti ağırdır.

“Kafkazh.com” Report”-a istinadən xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

Onun sözlərinə görə, döyüşdə yaralanan 10 hərbçidən 1-nin vəziyyəti kəskin ağır, 5-nin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə Nazirliyi ümumilikdə hərbi qulluqçusunu itirdiyini etiraf etmişdi.

QAYNAQ: Report.az
XƏBƏRÇİ: Kafkazh.com xüsusi müxbiri Nuray Ələkbərova