“Ermənistan Təhlükəsizlik Şurasının binasını sökün, yerində çiyələk əkin” – Aşotyan

 

“Bu gün Təhlükəsizlik Şurasının katibi Tavuş hadisələri barədə son dərəcədə primitiv təhlil yayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

“Səlahiyyətlilərimiz yalnız daxili primitiv təbliğatla məşğul olduqları halda, Azərbaycan ardıcıl olaraq Ermənistanı və erməniləri ləkələməklə fəal və əsasən fasiləsiz şəkildə beynəlxalq mətbuatla, xüsusən Avropa mətbuatı ilə işləyir. Təhlükəsizlik Şurasının binasını sökün, yerində çiyələk əkin”, – deyə o qeyd edib.
Ordu.az
Aytac Cəfərova