“Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu zərərsizləşdirilib”

29 iyul 2020 – ci il tarixində Ermənistan ordusunun təxribata cəhd edən daha bir müqaviləli hərbi qulluqçusu zərərsizləşdirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumatı Tavus vilayətinin Nerkin Karmirağbyur kəndinin başçısı Levon Arakelyan təsdiqləyib.

Onun sözlərinə görə, təxribata cəhd edən hərbi qulluqçu Nerkin Karmirağbyur kəndindəndir.

“Hərbi qulluqçudur. Hadisə mövqelərdə baş verib. Saat 2-3 radələrində olub. Hazırda Berd xəstəxanasındadır”, – deyə o bildirib.

Məlumata görə, təxribata cəhd edən erməni hərbi qulluqçu 26.05.1981 təvəllüdlü Manvel Albert Qahramanyandır. 39 yaşlı erməni hərbi qulluqçunun 4 yetkinlik yaşına çatmamış oğlu var.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Aytac Cəfərova

Mənbə:Ordu.az