Ermənistan ordusunda əsgərlərin təxris olunması təxirə salındı – cəbhədə əsgər çatışmır
Ermənistan ordusunda əsgərlərin təxris olunması təxirə salındı – cəbhədə əsgər çatışmır
İşğalçı Ermənistan ordunun komplektləşdirilməsi ilə bağlı ciddi problemlərinin olduğunu etiraf edib. Əsgər çatışmazlığı səbəbindən ordudakı tərxis qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Ancaq erməni mediası guya belə bir təşəbbüslə tərxis müddəti başa çatan əsgərlərin özlərinin (!) komandanlığa müraciət etdiyi barədə xəbər yayıb.
Məlumatda deyilir ki, Ermənistan ordusunun 3-cü korpusunun Tavuş vilayətində xidmət keçən və hərbi xidmətini başa vurmuş Azərbaycanla sərhəddə tam sakitlik yaranana qədər onları tərxis etməmək barədə xahiş ünvanlayıblar. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan sosial şəbəkədəki şəxsi hesabında yazıb. “Əsgərlərin patriotizmindən” dəm vuran Stepanyan unudub ki, Tovuz cəbhəsindəki döyüşlərdə Azərbaycan ordusunun zərbələrinə tab gətirməyə erməni zabitlər İrəvana doğru qaçmağa başlamışdılar, sadəcə hərbi polis onları saxladı və bu barədə videokadrları elə ermənilər özləri tirajladılar. Sadəcə işğalçı ölkə yad torpağı uğrunda döyüşmək istəyənlərin sayının sürətlə azalması və erməni gənclərin fəlakətli halda olan ölkəni tərk etməsi səbəbindən ordunun komplektləşməsi ilə bağlı problemin mövcudluğunu etiraf edə bilmirlər. Ermənistan bu gün muzdlu döyüşçülərin ümidinə qalıb. Təklə bu il ərzində erməni ordusunda onlarla cinayət hadisəsi baş verib ki, bu da istər işğal altındakı Qarabağ torpaqlarında, istərsə də Ermənistanda fərarilərin sayının artmasına səbəb olub. Hətta 2019-cu ilin avqustunda əsgər Kazaryan Aro Xaykoviçin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrindən fərarilik edərək Azərbaycana təslim olmuşdu. Üstəlik, 27 yaşa çatmış və orduda xidmətdən yayındığına görə 15 mindən çox Ermənistan vətəndaşı hazırda beynəlxalq axtarışdadır.
Bir müddət öncə erməni mediasının yaydığı statisik məlumatları diqqətinizə çatdırırıq: Milli Statistika Komitəsinin rəsmi məlumatına görə, aprelin 1-ə kimi Ermənistan əhalisinin sayı üç milyondan az olub. Lakin, bu rəqəmlər xeyli şişirdilib, çünki ölkədə doğuş sayının azalması və boşanma sayının artması şəraitində demoqrafik vəziyyət kritik həddə çatıb. Komitənin digər hesabatına görə, əhalinin bu ilki say göstəricisi keçən ilin müvafiq dövrü ilə müqayisədə 5200 nəfər azalıb. Bununla yanaşı, yanvar-mart aylarında ölkədə cəmi 7 578 uşaq doğulub ki, bu da 2019-cu ilin eyni dövründən 374 nəfər azdır. Qeyd etmək lazımdır ki, doğum sayının azalması fonunda, ölkədə boşanma sayının artması müşahidə olunur. Belə ki, eyni müddətdə ölkədə cəmi 3 468 nikah qeydə alınıb ki, bu da 2019-cu ilin həmin dövründən 314 azdır, boşanmaların sayı 43 artaraq, ölkə üzrə 893 təşkil edib. Yəni kimin ki, ölkədən qaçmaq imkanı yoxdur, onlar hərbi xidmətə çağrılır. Belə olan halda Ermənistan MN sözçüsünün “əsgərlərimizdir pastriotdur” deməsi gülüncdür.
Balamedova Səbinə
Mənbə: müsavat.com