Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı.

Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı.

Minlərlə Azərbaycan gənci bir platforma altında birləşərək, Qarabağ həqiqətlərini dünyaya çatdırıb, eyni zamanda ermənilərin nəhəng sosial şəbəkə qruplarını, səhifə və profillərini dağıdıblar.

Bu barədə Qaynarinfo-ya “Karabakh Is Azerbaijan” platformasının fəal üzvü və dəstəkçilərindən olan Hümbət Kənan məlumat verib. O, bildirib ki, bir ay öncə bir qrup vətənpərvər gənc tərəfindən yaradılan platforma qısa müddətdə Facebook üzrə 14 min, Telegram üzrə 1000 və Whatsapp üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olub və üzvlərin sayı günü-gündən artmaqdadır.

Mənbə: Qafqarinfo

Müxbir: Minaxanım Mehrəliyeva