Ermənilərin bitməyən xisləti
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Bəzi video görüntülərdən məlum olmuşdur ki,Azərbaycan Ordusu düşmənin hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib. Verilən bu ağır cavablar nəticəsində düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Ermənistan silahlı qüvvələrinin bu təxribatı ölkədə baş verən ciddi gərginlikləri və narazılığı azaltmaq və əsas məqsədlərindən biri də beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq üçündür.
Bütün dünyanın “Covid-19”-la mübarizə apardığı bir dönəmdə Ermənistan belə bir təxribata əl atdı. Ermənistanın tez-tez atəşkəsi pozması ve bugünkü hücumları onların,BMT-nin “Covid-19” pandemiyasıyla əlaqədar verdiyi atəşkəs çağırışına olan dəstəklərinin ikiüzlülükdən başqa bir şey olmadığını bir daha sübut etdi. Düşmənimizin bu təxribatı bütün ölkələr tərəfindən qınaq obyektinə çevrilməlidir.
Günü-gündən nüfuzu artan Azərbaycan Respublikasının beynəlxalq mövqelərinin daha da güclənməsi mənfur qonşumuz Ermənistanı çox qıcıqlandırır.Bu da onu göstərir ki,mənfur qonşumuz olan Ermənistan çox narahatdır. Çünki Azərbaycan Respublikası getdikcə güclənir və ölkələr arasında uğurlu fəaliyyətləri ilə seçilir.
Düşmənlərimiz hələ də,başa düşmək istəmir ki,Azərbaycan Respublikası Sovet hakimiyyəti dövründəki kimi deyildir! 1990-cı ilin əvvələrində Azərbaycanın vahid nizamlı ordusu yox idi,düşməndən qorunmaq üçün lazımi silah-sursatı yox idi.Bu səbəblərə və sapı bizdən olan baltalara görə ölkəmizdə Xocalı və ona bənzər dəhşətli hadisələr baş verdi.Bir-birinin ardınca şəhər və rayonlarımız düşmən tapdağı altına keçdi.Ancaq Ulu Öndərimiz Heydər Əliyev cənabları hakimiyyətə gəldikdən sonra vahid ordu sistemi yaradıldı.Ulu öndərimizin siyasətini davam etdirən Prezident İlham Əliyev cənabları xalqına sadiq oğuldur.O öz xalqını qoruyur və mənfur düşmənlərimizə layiqincə cavab verir.
Xocalı və ona bənzər olan hadisələr bir daha baş tutmayacaq.Çünki bizim güclü Ordumuz və Ali Baş Komandanımız var.Qarabağımızı işğaldan azad edəcəyik düşmənlərin və bizi istəməyən xarici dairələrin sinəsinə çarpaz dağ çəkəcəyik!!!
Yazar: Hüseynli Elşən