Ermənilərin Azərbaycana köçürülməsi
XIX əsrin əvvəllərində Ermənilərin Qarabağa köçürülməsi
Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə çoxlu sayda erməni əhalisinin köçürülməsi həyata keçirilmişdir. İşğaldan sonrakı illərdə də ermənilərin bu bölgədə süni surətdə çoxaldılması davam etdirilmişdir.Bu köçürülmə prosesi nəticəsində regionda demoqrafik vəziyyət dəyişmişdir. Onlar bu fürsətdən istifadə edərək XX əsrin əvvəllərindən Azərbaycana qarşı ərazi iddialarını irəli sürmüş və işğalçılıq siyasətinin baş qaldırmasına səbəb olmuşlar .Ermənilərin Çar hökuməti tərəfindən köçürülməsi aşağıdakı mərhələlərlə həyata keçirilmişdir.
● 1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktiki olaraq Rusiyaya ilhaq edildi.Çar hökuməti bu bölgədə möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə ,əksinə , özünə arxa sandığı qriqorianlaşmış və erməniləşmiş albanları üstün mövqeyə yüksəltməyə çalışırdı.1810-cu ildə rusların verdiyi rəsmi məlumatlara görə Qarabağda yaşayan 12 min ailənin 9.500-ü (79 faiz) azərbaycanlı, 2.500-ü (21 faiz) erməni idi”.
●1828 -ci il Türkmənçay müqaviləsinin XV maddəsi ilə ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi təsdiq olundu. Türkmənçay müqaviləsindən sonra ermənilərin köçürülməsi daha müntəzəm və məqsədyönlü xarakter alaraq ermənilərin Qarabağa , o cümlədən Şimali Azərbaycana köçürülməsini təmin etdi.
●Ermənilərin köçürülməsinin “hüquqi-siyasi” təminatı ilə birgə təşkilati tədbirləri də həyata keçirilmişdir. Nümunə olaraq Köçürmə komitəsinin yaradılmasını göstərmək olar. Köçürmə işi Rus ordusunun polkovniki erməni L.Lazarevin əlinə verilmişdi.
●1829 -cu il Ədrinə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi.
●Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri meydana gəlməyə başladı.Mağaralı , Canyataq kimi kəndlərini göstərmək olar.
● Rəsmi məlumatlara əsasən 1828-1830 -cu illərarasında , yəni cəmi 2 il ərzində,Şimali Azərbaycana eyni zamanda da Qarabağa İrandan 40 min,Osmanlı imperiyasından 90 min erməni köçürüldü.Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü.Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
● 1978 -ci ildə Dağlıq Qarabağda yaşayan erməni icması tərəfindən keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində “Marağa 150” abidəsi ucaldılmışdır. Bu abidə Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə düzəldilmişdir. Lakin XX yüzilliyin 80 -ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman Qarabağda ucaldıqları abidələri saxtalaşdıraraq ,məhv etməyə çalışmışlar.
Mənbə : Yaqub Mahmudov , Kərim Şükürov “Qarabağ real tarix , faktlar , sənədlər” ,Bakı ,”Təhsil”,2005.380 səhifə.
YAZAR: Ülviyyə Həziyeva
Həmçin bax: Mamak ( yan ) dövləti- 1 Erməni uydurmaları
Mamak ( yan ) dövləti-1 Erməni uydurmaları