Erməni politoloq: “Ermənistanın yeni təhlükəsizlik strategiyasında Ermənistan üçün təhlükəli inkişafların əsasları mövcuddur”

Erməni politoloq: “Ermənistanın yeni təhlükəsizlik strategiyasında Ermənistan üçün təhlükəli inkişafların əsasları mövcuddur”

 

Ermənistanın “Politekonomia” tədqiqat institutu erməni siyasi şərhçi Yervand Bozoyanın “Qarabağ probleminin həlli üçün Paşinyanın konsepsiyası nədir?” başlıqlı məqaləsini təqdim edib.

 

Bozoyan məqaləsində qeyd edib ki, ötən iki il ərzində Qarabağ probleminin həlli üçün Ermənistan Baş naziri Nikol Paşinyanın aydın konsepsiyasının hansı olduğu məlum olmayıb.

 

Erməni siyasi şərhçinin sözlərinə görə, Nikol Paşinyan bir tərəfdən “Bu problemin həlli üç tərəfi – Azərbaycanı, Ermənistanı və Qarabağı (qondarma qurum – red.) qane etməlidir” deyir, digər tərəfdən “Qarabağ Ermənistandır, vəssalam” bildirir.

 

“Ermənistanın yeni təhlükəsizlik strategiyasında Ermənistan üçün təhlükəli inkişafların əsasları mövcuddur”, – deyə Bozoyan qeyd edib.

 

Alpər Mövludoğlu

Müxbir: kafkazh.com xüsusi müxbiri Ramid Əskərov