Erməni işğalı

Ermənilər Azərbaycan ərazisində necə məskunlaşmağa başladı? Bu yolda onlar kimə arxalandı və onların Cənubi Qafqaza köçürülməsi?Necə oldu ki, Ermənilər Azərbaycan torpaqlarını işğal etdi?

1441 – ci ildə erməni katalikosluğunun İrəvana köçürülməsi ilə ermənilərin bu ərazidə torpaq sahələri olmağa başladı. 1443-cü ildən başlayaraq onlar katalikosluğun yerləşdiyi Üçkilse kəndini Azerbaycan türklerindən almağa başladilar. 1605-ci ildə Şah Abassın fərmani ile Səfəvi dövlətinin ərazisinde erməniler üçün yer ayrildi. Bütün bunlar ermənilərin ərazi iddialarına yol açırdı.

Ermənilərin öz dövlətlərini yaratmaq və Azərbaycan ərazisini işğal etmək üçün əsas arxalandığı qüvve ruslar idi. Hələ II Yekaterina dövründe o Üçmiədzin katalikosu Arqutinskinin “Ararat kralliği “layihəsini dəstəklədi. Lakin bu dövrdə mövcud şəraitlə əlaqədar olaraq Azərbaycan ərazisinde erməni dövləti yaratmaq planları mümkün olmadı. Türkmənçay və Ədirnə müqavilələrindən sonra ruslar xanlıqların işğalında erməni koməyini nəzərə alaraq Naxçıvan ve İrəvan ərazisinde “erməni vilayətinin”yaranması ile razılaşdı. Digər tərəfdən Rusiya Şimali Azərbaycanın strateji bölgələrində – Qarabağ, Naxçıvan, İrəvan, Zəngəzurda erməniləri yerləşdirdi. Nəticədə Qacar Irani ve Osmanlı sərhədi boyunca “xiristian kəməri” yarandı. Şavrovun məlumatına görə 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu ruslar tərəfindən köçürülüb.

Rus imperiyası dağıldıqdan sonra Cenubi Qafqazda 3 respublika öz müstəqilliklərini elan etdi. Ararat respublikasının nə ərazisi, nə də paytaxtı var idi. 1918-ci ildə AXC –nin güclü dövlətlərin təsiri ile İrəvanın ermənilərə verilməsi ile ilk defe olaraq bizim ərazilər hesabına Ermənistan dövləti yarandı. F.X.Xoyski İrəvanı verməklə erməni iddialarının bitəcəyini düşünürdü. 1920-ci ilde “Ararat respublikası” adını Ermənistan respublikası adı ilə dəyişən daşnaklar Azərbaycan ərazisində uydurma “qədim erməni tarixi”ni yaratmağa basladı. Mehz bu dövrdən ermənilərin “Qafqazın yerli əhalisi” olması barədə xarici konsepsiyalar uyduruldu. Amerika alimi Səmyuel Vizmin deyirdi: ”3 min ildən artıq bir müddətdə dövlətçiliyi olmayan, indi ise erməni reallıqlarına deyil, yalnız erməni iddialarına əsaslanaraq ermənilerin dövlət yaratmağa çalışması nəticəsində müttəfiqlərin müstəqil Ermənistan yaratmaq qərarı qəribə görünürdü”. Onlar 1920-ci ilde Azərabyacan torpaqları hesabına ərazisini 29,8 min kv.km-ə çatdırmışdı. 1920-ci ildə Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı, Gəncə quberniyasının Zəngəzur qəzası, Qazax qezasının cənub hissəsi Ermənistana verildi. 1929-cu ilde Naxçıvan MSSR-in 10 yaşayış mentəqəsini əhatə edən 657 kv.km ərazi, Zəngilanın 3 kəndi ermənilərə verildi. Burada Mehri  rayonu təşkil olundu və Naxçıvanı Azərbaycandan ayıran dəhliz yarandı. Bu illərdə Azərbaycan 27,6 min kv .km ərazisini itirdi. Xalqımız 1948-1953, 1988-1992-ci illərdə deportasiyaya məruz qalmış öz dədə-baba torpaqlarından didərgin düşmüşlər. 1990 – 1993 -cu illərdə ərazimizin 20%-i itirilmişdi. BMT-in 822 , 853, 874,884 saylı qətnamələrində ermənilərin Azərbaycanın ərazsindən çıxarılması ilə bağlı qərar verilməsinə baxmayaraq onlar buna məhəl qoymayib. Müasir dövrümüzdə ərazilərimizin geri alınması ilə bağlı hərbi əməliyyatlar aparılır. 2016-ci il aprel döyüşləri zamanı hərbi qüvvələrimiz Talış kəndi ətrafındakı yüksəklikləri, həmçinin Seysulan məntəqəsini azad etmiş, Lələtəpə yüksəkliyi Azərbaycan ordusunun nəzarəti altına keçmişdir. 2018-ci il May döyüşləri zamanı Şərur rayonun Ağbulaq, Qızılqaya yüksəklikləri, həmçinin Günnüt kəndi azad olunmuşdur. Ümumilikdə 11000 hektar ərazimiz düşmən əlindən alınmışdır. Bu gün Tovuz istiqamətində döyüşlər hələ də davam edir və düümən hər cəhdlə geri otuzdurulur.

Ədəbiyyat siyahısı:
1.Yaqub Mahmudov :”Irəvan tarixi”
2.Azərbaycan Respublikası Dövlət Arxivi
3.Nəcəfli.G.”18-ci əsrdə erməni dövlətinin yaranması cəhdləri
4.Semyuel.A.Vimiz:Ermənistan terrorçu “xiristian ölkənin gizlinləri”.

Yazar: Allahverdiyeva Vəsilə, Bakı Dövlət Universiteti.