Erməni əsgərinin qeyri-qanuni həbsi qalmaqala səbəb olub
İşğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən Yerevan şəhərindən hərbi xidmətə çağırılaraq Qarabağa göndərilən əsgərin qeyri-qanuni həbs ilə bağlı qalmaqal yaşanıb.
Ordu.az xəbər verir ki, əsgərin valideynləri hadisəni öyrəndikdən sonra övladlarının günahsız yerə həbs edildiyi barədə Ermənistan müdafiə nazirliyinin qaynar xəttinə müraciət etməsi qalmaqala səbəb olub.
Həbs edilən hərbi qulluqçu Tiqran Qalustyan 6-cı bölüyün əsgəridir və -hazırda hərbi polisin təcridxanasında saxlanılır.
Valideynlərinin şikayətindən sonra hərbi prokurorluğun müstəntiqi izahat almaq üçün əsgər T.Qalustyanın saxlandığı təcridxanaya göndərilib.
Mənbə:Ordu.az
Müxbir:kafkazh.com xüsusi müxbiri Aytac Cəfərova