Erkən nikah
- Erkən nikaha meyl salmağa dəyərmi?
- Erkən nikah hardan başlayır və məğlubedilməzdirmi?
- Beyində formalaşmış adətlərmi, yoxsa gələcək nəslin həyatımı?
Çox təəssüf edirəm ki, müasir dövrümüzdə erkən nikah, qızların öz həyatı ilə bağlı qərarları verə bilməmə halları daha da artır. Köhnə ənənələrin dirçəlməsi erkən nikahlara “oksigen balışı” kimi təsir edir. Gerilikçi düşüncədə olan bir çoxları hesab edir ki, qızlar “ayılmadan” ailə həyatı qurmalı, onların formalaşması ərin sərt nəzarəti altında baş verməlidir. Sanki, valideynlər qız uşaqlarının məsuliyyətini tezliklə çiyinlərindən ər evi üstünə atmağa çalışırlar. Guya ki, yetkin qız bir az özü ilə baş-başa qalsa, nəsə xəta çıxara bilər.
Ortaya belə bir sual çıxır: Madam ki, xalqın erkən nikaha bu qədər istəyi var, buna qarşı çıxmağa dəyərmi? İlk öncə, “Nə üçün erkən nikahlara qarşı çıxılır?” sualını aydınlaşdırmalıyıq. Ən ciddi səbəblərdən birincisi odur ki, erkən nikah fizioloji olaraq qadınların itismar edilməsidir. Həmin yaş həddində orqanizm törəmək potensialında olsa da, hələ formalaşma tam başa çaytmayıb. Buna görə də hormonal sistem pozğunluğu baş verir, nəticədə, gənc ana bir sıra daxili problemlərlə, eləcə də vaxtsız qocalma ilə baş-başa qalır.
Erkən nikah qızların ali təhsil almasında da mənfi rol oynayır. Lakin kiminsə ali təhsil almaq üçün biliyi və həvəsi yoxdursa , bu qətiyyən “daha nə gözləyirsən, çıx ərə get” əmrinə tabe olmasına səbəb ola bilməz.
Erkən nikahın hazırda cəmiyyətimizin probleminə çevrildiyini danmaq olmaz . Lakin o, qarşısında əl-qolu sallaq vəziyyətdə durduğumuz problemlərdən deyil. Yaxın tarix sübut edir ki, ölkədə ciddi şəkildə qanunun
aliliyini və işləkliyini təmin etməklə, maarifçilik və vətəndaş məsuliyyətini artırmaqla bu problemə yox demək mümkündür. Bilirik ki, nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ali
Məcəlləsi tənzimləyir. Məcəllədə nikah yaşı qadınlar üçün 18 yaş müəyyən olunub. Üzürlü səbəblər olduqda nikaha daxil olmaq istəyən, amma nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər. Bu isə o deməkdir ki, bizim ölkədə 17 yaşlıların ailə qurmaq hüququnu qanun tanıyır. İş orasıdır ki, həmin Ailə Məcəlləsi 18 yaşına çatmayan şəxsləri
uşaq hesab edir. Bu həmçinin “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb. Yəqin ki, biz hansısa toy şənliyində 16-17 yaşlı bəy və gəlin görsək və onlara uşaq olduğunu xatırlatsaq, nəinki
onların, hətta valideynlərin də ciddi qınağına tuş gələ bilərik. Söz oyunu kimi görünsə də, məcəllədəki iki maddənin tutuşdurulmasından çıxan nəticə ortadadır: Azərbaycanda uşaqların ailə qurmasına qanun icazə verir. Ümid
edirəm, gələcəkdə bu sahədə daha uğurlu tədbirlər görüləcək. Həmçinin də qadınlarımız öz hüquqlarını daha yaxından tanıyıb, onları qoruyan qanunlardan xəbərdar olub özlərini qoruya biləcəklər.
Qadınlara gəncliyini yaşatdırın, bir qutuya həbs edib taleyini məhv etməyin!
Yazar: Allahverdiyeva Vəsilə
Həmçinin bax: Qadınların hüquqlarının qorunmasında İstanbul konvensiyasının əhəmiyyəti
Həmçinin bax: https://turaz.org/ilham-leiyev-ve-receb-tayyib-erdogan-sehidler-mescidinde-namaz-qildilar/
Həmçinin bax: https://tehsilim.org/dovlet-qullugunun-ustunlukleri-cari-veziyyet-ve-perspektiv-planlar-movzusunda-vebinar-kecirilib/