Eriksonun və Kolumbun Şimali Amerikaya səfərləri və Atlantikdə qul ticarəti

Leif Eriksson, Qrenland adlanan ərazidə ilk Avropa məskunlaşmasının qurucusu Erik Redin oğlu idi. Eramızın 1000-ci illərində Eriksson Norveçə üzdü, o, burada Kral I Olafın istəyi ilə xristianlığı qəbul etdi. Düşüncə məktəblərindən birinə görə, Eriksson Qrenlandiyaya qayıdarkən Vinland adlandırdığı bölgəni araşdırdığı Şimali Amerika qitəsinə endi. O, həmçinin, bir islandiyalı tacirin əvvəlki səyahət hekayələri əsasında Vinlandı axtarmış ola bilər. Vinlandda qışladıqdan sonra Leif yenidən Qrenlandiyaya üzdü və bir daha Şimali Amerika sahillərinə qayıtmadı. Ümumiyyətlə, Xristofor Kolumbun 1492-ci ildə gəlməsindən təxminən dörd əsr əvvəl Şimali Amerika qitəsinə çatan ilk Avropalı olduğuna inanılır.

15 və 16-cı əsrlərdə Amerika və Afro-Avrasiya yarımkürələri arasında heyvanların, bitkilərin, mədəniyyətin, insan populyasiyasının, yoluxucu xəstəliklərin, texnologiyanın və fikirlərin geniş yayılmış hərəkətinə istinad edir. Bu meydana gəlmə, Xristofor Kolumb’un 1492 səyahətindən sonra Atlantik kölə ticarəti də daxil olmaqla Avropa müstəmləkəçiliyi və ticarəti ilə əlaqədardır. İki bölgə arasındakı bu proses qitələr arasında müxtəlif növ meyvə, tərəvəz və ev heyvanlarını köçürdü. Yan təsirlər, hər iki yerdə bir populyarlıq artımı və xüsusilə Amerikadakı Yerli amerikalılar arasında xəstəliklərin artmasını əhatə etdi. Tacirlər Avropada çox vacib məhsula çevrilən qarğıdalı, kartof və pomidorla Avropaya qayıtdılar.

1492-ci ildə Xristofor Kolumb, yeni dünyaya üzdü. Ticarət üçün Qərbi Hindistana daha asan bir yol axtarırdı. Bu hadisə ilə milyonlarla yerli insanın həyatı əbədi olaraq dəyişdiriləcəkdi. Bu hadisə Avropadan bir miqrasiya daşqını qapısını açdı. İspanlarla yanaşı Böyük Britaniya və Fransa da milyonlarla insanın Amerikaya köç etməsində əsas rol oynadılar.

Atlantikdə Qul Ticarəti:
Afrikalılar Avropa ölkələri tərəfindən 300 ildən çox müddət ərzində köləliyə məcbur edildi. Bu insanlar dəhşətli şəraitdə Atlantik okeanından keçirildi. Kapitan Con Həvkins, Transatlantik Qul Ticarətində İngilislərə yol açdı.

1400-cü illərin sonlarından başlayaraq Həvkins 1300-dən çox Afrikalını əsir götürərək Amerikada satdı. İstəyən alıcılar İspan və Portuqaliyalı müstəmləkələr idi. Yeni dünya qurulduqca və daha çox əhalisi olduğu üçün bu kölə tacirləri İngilis koloniyalarını da təmin edirdilər. Təxminən daşınan kölələrin sayı 3,4 milyon civarında idi.

İstəkli alıcılar bu kölələri təsərrüfatlarda və əkinlərdə işləmək üçün istifadə edirdilər. Kölələrin hüquqlarını məhdudlaşdıran qanunlar qəbul edildi. Başlanğıcda İngiltərə, Qərbi Afrika sahillərində limanlar qurdu və kölə ticarətində inhisar yaratdı. Yalnız İngilis gəmiləri oraya yerləşib bu limanlardan kölələr daşıya bilərdi. Bu kimi siyasətlər interloperlər yaratdı. İnterloperlər afrikalıları endirimli qiymətlərlə alver edən qanunsuz kölə daşıyıcıları idi. Bu, mənfəət itkisinə səbəb oldu, daha az kölə limanı yaratdı və İngilis tacı üçün qiymətləri endirdi.

1807-ci ilin martında ABŞ və ingilislər kölələrin daşınmasını qadağan edən aktlar imzaladılar. Bu köləliyi heç bir şəkildə ləğv etmədi, amma afrikalıların kölə kimi daşınmasını məhdudlaşdırdı. Növbəti iki yüz ildə insanların qeyri-qanuni yollarla hərəkəti ciddi beynəlxalq problemlər yaratdı. Kölə ticarətinin ləğvi 2001-ci ilə qədər beynəlxalq səviyyədə tanınmamışdır.

Bu gün Şimali Amerika:
İnsanlar, fikirlər və məhsullar yer üzündə hərəkət edir. İllərərzində insanlar piyada, heyvan, gəmi və avtomobil yolu ilə hərəkət edirdilər. Məhsulları eyni şəkildə hərəkət etdi. Onların fikirləri daha sürətli və daha dinamik hərəkət etdi. Hər bir hərəkət insanları bir yerdən bir yerə bağlayır. Bütün bu hərəkətlər bizi bu gün kim olduğumuza çevirdi. Şimali Amerikaya quru körpüsü ilə gələn ilk insanlardan fırtınalı dənizlərdə cəsarət göstərən müstəmləkələrə birlikdə bu insanlar köçdü.

QAYNAQ: Michigan Open Book Project- World Geography 
TƏRCÜMƏÇİLƏR: Güllü İsmayılova və Ramil Qasımov
HƏMÇİNİN BAX: Şimali Amerikanın tarixi coğrafiyası
HƏMÇİNİN BAX: Tehsilim.org/dim-de-6-avqust-2021-ci-il-tarixinde-toefl-ibt-imtahanlari-kecirilecek/