Ərdoğanın ölkəmizlə bağlı açıqlaması
Ərdoğandan ölkəmizlə bağlı açıqlama: Tərəddüd etmədən…
“Suriyada məzlumların fəryadlarına biganə qalmadığımız kimi, Liviyada da ölkənin qanuni hakimiyyətinin əməkdaşlıq çağırışını cavabsız qoymadıq. Azərbaycanlı qardaşlarımızın da vətənlərini müdafiə haqqını eyni anlayışla dəstəkləyirik.”
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mübarizə aparmayan onsuz da əvvəldən təslim olub, uduzub, zəlil vəziyyətə düşüb. Bu gün də özümüz və dostlarımız üçün siyasi, iqtisadi, hərbi sahədə mübarizə gərəkdirsə, onu vermək üçün heç bir tərəddüd etməyəcəyik”, – deyə Ərdoğan bildirib.
Müxbir: kafkhaz.com
Xüsusi müxbir: Ramid Əskərov
Mənbə: Axar.az