Ər arvad münasibətlərinin formalaşması və inkişafı

Ər-arvad münasibətlərin formalaşmasında, hər iki tərəf ailənin necə müqəddəs olduğunu, onu necə qoruyub saxlamaq lazım olduğunu bilməlidir. Münasibətin formalaşmasında ünsiyyət rol oynayır. Ünsiyyətin ən önəmli cəhəti tərəflərin bir-birinə çatdırdığı və çatdırmaq istədiyi fikirdir. Fikir isə bir düşüncənin, inancın və ya qənaətin həmsöhbətə sözlərlə ötürülməsidir. Fikrin çatdırılmasında düşüncənin məqbul bir metodla ifadə edilməsi, xarakter, danışıq tərzi, mühit, əhvali-ruhiyyə və s. əsas təsiredici faktorlardır. Lüğəvi mənaları bir-birindən kifayət qədər fərqli olan sözlər sabit mənalı sözlərə nisbətən daha çoxdur. Və yaxud da bir kəlmə mətndən asılı olaraq olduqca fərqli mənalar ehtiva edə bilir. Dolayısı ilə, sözlü ünsiyyətdə bu xüsusa diqqət yetirmək lazımdır.
Söz gəlişi, “Sən görərsən” ifadəsi mübahisə zamanı təhdid mənası bildirir. Amma normal söhbət əsnasında, bəlkə də, həmsöhbətin daha əvvəl görmədiyi bir şeyi yaxında görəcəyini ifadə edir.
Ailədaxili ünsiyyət.
Ailə insanın ilk məktəbidir. İnsanın ən çox ünsiyyətdə olduğu və ünsiyyəti öyrəndiyi yer də məhz ailədir.
Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır. Həmin məqsədləri belə sıralamaq olar: • Məlumat vermək • Fikir bildirmək • Hisləri ifadə etmək • Ehtiyac və istəkləri dilə gətirmək • Nəzarət etmək (razı salmaq, yol göstərmək)  Ailə münasibətləri sevgi və hörmətlə əsaslandığı üçün digər insanlarla münasibətdən fərqlənir. Ailə üzvləri demək olar ki, oxşar düşünür. Hər hansı hadisəyə ailə fərdlərinin münasibəti çox vaxt bir-birinə bənzəyir. Bəzi ailə problemləri münasibətlərə biganəlikdən qaynaqlanır. Bundan əlavə, tərəflərin problemlərə yanaşma tərzi də münasibətlərə mənfi və ya müsbət təsir göstərir.
Ailədaxili ünsiyyətin əsasları.

Vaxt ayırmaq; insanlarla yaxşı münasibət qurmaq üçün onlara vaxt ayırmaq lazımdır. Əfsus ki, müasir dövrdə ailəyə çox az vaxt ayrılır.
Sevgini ifadə etmək; sevildiyini bilmək insanın əsas ehtiyaclarından biridir. Dialoq; ünsiyyətin başlıca forması dialoqdur. Dialoqun iştirakçıları ən azı iki nəfərdir. Ailədəki ünsiyyət monoloq şəklində yox, dialoq şəklində olsa da, əksər hallarda monoloqun çərçivəsindən kənara çıxmır.
Empatiya qurmaq; empatiya özünü həmsöhbətin yerinə qoymaq bacarığıdır. Empatiya onu anlamaq istəyidir. Bir insanı anlamaqla ona haqq qazandırmaq eyni şey deyil. Empatiya zamanı insan qarşı tərəfi anlamağa, simpatiyada isə, anlasa da, anlamasa da, qarşı tərəfə haqq qazandırmağa çalışır. Bir sözlə, empatiya həmsöhbətə göstərilən anlayışın nəticəsidir.  Ailə təməllərindən ən başlıcası sağlam ünsiyyətdir.  Sağlam ünsiyyət mühiti yaratmaq üçün:
• Həyat yoldaşınızın atdığı addımları təqdir etdiyinizi ona göstərin.

• Birgə daha çox vaxt keçirin. Birlikdə problem həll etməyi öyrənin.

• Həyat yoldaşınızın atdığı yanlış addımlara qarşı tolerantlıq sərgiləyin.

• Fikirlərinizi yıxıcı formada deyil, öz fikrinizi ifadə edirmiş kimi ifadə edin. Unutmayın ki “nə dediyinizdən çox, necə dediyiniz önəmlidir.”

YAZAR: Şixəliyeva Naidə

HƏMÇİNİN BAX:Çingiz xanın hərbi yürüşləri

HƏMÇİNİN BAX:https://turaz.org/magistraturaya-qebul-olmaq-ucun-proqram-ve-ixtisaslasma-secimi-davam-edir/

HƏMÇİNİN BAX:https://tehsilim.org/tehsil-naziri-salim-atayin-rehberlik-etdiyi-numaynde-heyeti-ile-gorusub/