Endokrin sistem

Endokrin sistem – daxili sekresiya vəzilərindən ibarət sistemdir. Daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır. Hormonlar ətrafa verdiyimiz reaksiyalara nəzarət edən və orqanizmin funksiyaları üçün lazimi miqdarda enerji yaratmaga kömək edirlər. Daxili sekresiya vəzilərinə aşağıdakılar aiddir: qalxanabənzər vəzi, qalxanabənzərətrafı vəzilər, timus (çəngələbənzər vəzi), böyrəküstü vəzilər, hipofiz, epifiz (əzgiləbənzər vəzi), mədəaltı vəzinin və cinsiyyət vəzilərinin daxili sekresiya hissələri.

Qalxanabənzər vəzi – (lat. glandula tyreoidea) tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı  və iki yan sağ və sol payları  vardır. Boğaz yan paylardan ensiz və kiçikdir, ön səthi çıxıq, arxa səthi basıqdır, özüdə nəfəs borusunun 1,3 və 4-cü halqalarına söykənmişdir. Yan paylar ellipsoid şəklində olub, bayır səthləri çıxıq, içəri səthləri basıqdır. Bəzən üçüncü piramidayabənzər pay təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb – qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır.

Qalxanabənzər vəzin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin əmələgəlməsini artırır. Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümükləri uzununa böyüdür və epifizləri bitişdirir. Sinir sisteminin vəzifəsini təmin edir. Cavan məməli heyvanların qalxanabənzər vəzilərini çıxatdıqda, bədənin böyüməsi tamamilə pozulur, uzun sümüklər qısa halda qalır, heyvan eybəcərləşir, beyin inkişaf etmir və cinsiyyət vəziləri atrofiya olunur.

Qalxanabənzər vəzinin viladi yoxluğunda  və ya bəzi patoloji proseslərdə yuxarıda göstərilən hallara oxşar əlamətlər meydana cıxır; uşaq boyatmadan qalır (cırtdanboy olur), psixi inkişafı zəifləyir, dəri xamır kimi şişir, sümüklərin sümükləşməsi gecikir, cinsiyyət üzvləri atrofiya olur. Qalxanabənzər vəzi tamamilə çıxarılarsa və ya patoloji prosesin nəticəsi olaraq hormon azalarsa (hypofunctio) böyüklərdə miksedema və kritinizm deyilən xəstəlik meydana çıxır. Bəzən əksinə olaraq vəyin hormonu artır (hyperfunctio), məsələn, Bazedov xəstəliyində – (morbus Basedowi); bu halda maddələr mübadiləsi artır, nəbz sürətlənir, sinir sistemi çox həssas olur, gözlər pırtlayır (exophtalmus) və s.

Qalxanabənzər ətraf vəziləri – (lat. glandulae parathyreoideae) qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri  bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar.

Çəngələbənzər vəzi ya timus (lat. thymus) — 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir. Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur.

Uşaq anadan olandan sonra çəngələbənzər vəzi öz vəzifəsini ifa etməyə başlayır və cinsiyyət vəziləri yetişdikdə vəzifəsindən qalır; çünki onlar bu vəzini antoqonist üzvlər kimi tormozlayır. Cavan heyvanların çəngələbənzər vəzini çıxartdıqda, skeletləri yumuşalmağa başlayır və boyatmadan qalır. Bu vəzi turşuların əmələ gəlməsinə mane olur və artıq miqdarda əmələ gələn turşuları neytrallaşdırır. Sümüklərdə kalsium duzlarının çökməsini və boyatma prosesini tənzim edir. Çəngələbənzər vəziniçıxartdıqdan sonra zahir olan əlamətlərə lat. cachexia thymopriva deyilir. Çəngələbənzər vəzi hormonal vəzifəsindən başqa qnın tərkibinə təsir edərək ağ qan cisimciklərinin (limfositlərin) miqdarını çoxaldır. bəzən böyüklərdə çəngələbənzər vəzi qalır; belə halda vücudda limfa sistemi çox inkişaf etmiş olur, cinsiyyət üzvlərinin hipoplaziyası meydana çıxır və vücudun psixi müqaviməti azalır; bu hala lat. status thymicolymphaticus deyilir.

Daxili sekresiya vəzilərində ifraz olunan məhsul xüsusi maddələr qisminə aiddir. Hormonlar müəyyən üzvlərə qarşı xüsusi təsirə – seçici (elektiv) xassəyə və az miqdarda ifraz olunmağına baxmayaraq güclü təsirə malikdir. Bunların bir qismi toxumalarda maddələr mübadiləsini (assimilyasiya və dessimilyasiya proseslərini) və digər qismi – Hormonozomlar üzvlərin inkişaf və böyüməsini təmin edirlər. Hormonların bəzisi bu ya başqa vəzini qıcıqlandırmaqla onların ifrazatını artırır, başqaları isə, əksinə, üzvlərin fəaliyyətini tormozlayır.
Beləliklə, daxili sekresiya vəzilərinin ifraz etdikləri hormonlar qan və limfa vasitəsilə bütün vicuda yayılaraq fiyioloji və inkişaf proseslərini tənzim edir; vücudda müəyyən saziş (korrelyasiya) yaradır.

Daxili sekresiya vəziləri və sinir sistemi, xüsusilə vegetativ sinir sistemi vəzifə etibarilə bir-birilə qarşılıqlı nisbətdədir. Bir tərəfdən sinir sistemi büzün vicudda olan üzblərin vəzifəsini tənzim etməklə daxili sekresiya vəzilərini də qıcıqlandırır, onların ifrazını tənzim edir; digər tərəfdən daxili sekresiya vəzilərinin hormonları sinirlərin mühiti uclarını və sinir mərkəzlərini qıcıqlandırır. Məsələn, simpatik sinirlər qıcıqlanarkən böyrəküstü vəzinin beyin maddəsinin məhsulu – adrenalin deyilən hormon çoxalır, beləliklə qanda adrenalinin miqdarı artır; adrenalin isə simpatik sinirləri qıcıqlandırır, nəticədə damarlar daralır, qan təzyiqi artır, ürəkdöyünmə meydana çıxır və s. Daxili sekresiya vəzilərinin sinir sistemilə qarşılıqlı nisbətdə olmasını bir də onunla isbat etmək olar ki, onların bir qismi məsələn. hipofiz, əzgiləbənzər cisim, böyrəküstü vəzinin beyin maddəsi və xromaffin cisimlər sinir sistemi mayasından inkişaf edir. Məlum olduğu kimi, sinir sistemi və daxili sekresiya vəziləri bir-birlə sıx rabitədədir, vücud daxilində həm sinir həm də kimzəvi (humoral) korrelyasiya davam edir, odur ki, bu iki sistem birlikdə Neyro-humoral sistem adlanır.

Bundan əlavə daxili sekresiya vəziləri bir-birlə vəzifə etibailə çox mürəkkəb nisbətdədir, məsələn, birinin vəzifəsi pozularsa, o zaman digər vəzilərdə də vəzifə dəyişikliyi meydana çıxır, nəticədə vücudda davam edən korrelyasiya – “endokrin üzvləri dövranı” pozulur. Buradan endokrin vəzilərinin quruluşunu və vəzifəsini öyrənməyin təcrübi təbabət üçün nə qədər əhəmiyyəti olduğu aydın olur.

Daxili sekresiya vəziləri bütün həyat dövrü dəyişikliyə uğrayır. Bunların bir qismi müəyyən dövrdə öz vəzifəsini ifadə edir; məsələn, çəngələbənzər vəzi (timus) 15 yaşından sonra əks inkişafa (involyusiya prosesinə) uğrayır. Digər qismi məsələn, yumurtalıqlarda əmələ gələn sarı cisim (lat. corpus luteum) periodik surətdə meydana çıxır.
Böyrəküstü vəzilər – lat. glandulae suprarenales cüt daxili sekresiya vəzilərindən olub, böyrəklərin yuxarı ucları üzərində yerləşmişdir. Sağ vəzi üçbucağa və sol vəzi ayparaya bənzəyir; səthləri qabarıqdır, rəngləri sarımtıl və konsinstensiyaları yumuşaqdır. Böyüklərdə hər vəzinin çəkisi 11-18 q (ya 7-20 q) olur; uzunluğu 4-6 sm, eni 2-3 sm və qalınlığı 3–6 mm-dir. Böyrəküstü vəzilərin quruluşu mürəkkəb olduğu üçün vəzifəsi də çox əhəmiyyətlidir. Əgər bir heyvanın böyrəküstü vəziləri çıxarılsa , nəticədə qan təzyiqinin azalması, ürəkdöyünmə, temperaturun aşağı düşməsi, ümumi zəiflik, həzm pozğunluğu, arıqlama və apatiya olur; axırda heyvan tələf olur. Beyinmaddə adrenalin ifraz edir və bu simpatik sinir sistemini qıcıqlandıraraq qandamarlarının daralması ya yığılması hesabına qantəzyiq artırır. Adrenalin damarların tonusunu tənzim edir.

qabıq madənin vəzifəsi lipoidlər ( xüsusən lesitin və xolesterin) ifraz edərək qida mübadiləsindən və əzələ yorğunluğundan hasil olan zəhərli maddələri neytralizə etməkdir. Deməli beyin maddə bədəndə angiotonik və qabıq maddə antitoksik vəzifə ifa edir. Qabıq maddədən bir də xolin ifraz olunur; bu parasimpatik sinir sisteminə qıcıqlandırıcı təsir edir. Qabıq maddədə bir sıra başqa hormonlar da: kortikosteron, kortizon, aldosteron ekstron ifraz olunurlar. Bu hormonlar orqanizmin karbohidrat, su-duz, mineral mübadiləsində mühüm rol oynayırlar. Qabıq maddənin hiperfunksiyası zamanı cinsiyyət üzvlərində və ikincili cinsi əlamətlərdə bir sıra dəyişikliklər meydana çıxır, əgər hiperfunksiya embrional dövrdə olarsa yalançı xonsalıq əmələ gəlir; uşaqlıq dövründə olarsa qasıq nahiyəsində vaxtından qabaq tüklərin çıxması, bığın və saqqalın zahir olması və nəhayət hiperfunksiya həddi-büluğ dövründə olarsa – virilizm (səsin kobudlaşması, aybaşının kəsilməsi) və tüklülük (lat. hirsutismus) meydana çıxır. Qabıq maddəsi vücudda bir də piqment mübadiləsini tənzimləyir. Odur ki, bu vəzilər patologiyaya uğradıqda Adisson və ya bürünc xəstəliyi meydana çıxır. Bu zaman dəri quru və bürünc rəngində olur, zəiflik, qan təzyiqinin azalması, həzm və qan dövranı pozğunluğu, ürək zəifliyi müşahidə olunur. Adi hallarda qabıq və beyin maddələri bir-birindən ayrı olaraq fəaliyyətdə olur. Orqanizmin qeyri adi hallarında (məsələn aclıq zamanı, qanitirmədə, şiddətli ağrılar zamanı) onlar birlikdə fəaliyyətdə olub pozulmuş müvazinəti bərpa edir.

Bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi maddələr yaradan vəzilərin yaratdığı bioloji orqanlar sistemi endokrin sistem və ya humoral sistem (lat. humor − “maye” deməkdir.) adlanır.
Neyroendokrin (endokrin) sistemi bədənin demək olar ki, bütün orqan və sistemlərinin fəaliyyətini əlaqələndirir və tənzimləyir. Fərdin normal işləməsini təmin etmək üçün lazım olan daxili mühitin sabitliyini qoruyur, həmçinin xarici və daxili mühitin daim dəyişən şərtlərinə uyğunlaşmasını təmin edir.   Endokrin sistemini endokrinolgiya elmi öyrənir. Bu elmlə məşğul olan şəxs isə endokrinoloq adlanır.

Endokrin sistemində 2 əsas idarə orqanı var. Bunlar ara beynin 2 hissəsidir:

1.Talamus

2.Hipotalamus

1. Talamus əsas görmə orqanıdır.
Talamus – bəzən vizual təpəlik, (latınca “Thalamus”, qədim yunanca “θάλαμος” – «kamera, otaq, bir yuvası”) – insanlar da daxil olmaqla, ara beyninin talam bölgəsinin yuxarı hissəsindəki böyük bir həcmdə boz maddədir. İlk dəfə qədim yunan həkimi və anatomist Galen tərəfindən təsvir edilmişdir. Talamus – interhemisferik düzəldən iki simmetrik yarımdan ibarət olan birləşdirilmiş quruluşdur. Talamus böyük beynin dərinliyində, xüsusən də qabığında yerləşir. Talamusun altında orta beynin quruluşları yerləşir. Talamusun hər iki yarısının medial səthi eyni anda beynin üçüncü qarınqırının yuxarı yan divarıdır.  Talamus bir neçə mühüm fizioloji funksiyalar yerinə yetirir. O sensor və motor məlumatlarını duyğulardan (qoxu hissi məlumatından başqa) məməlilərin serebral korteksinin müvafiq sahələrinə və ya aşağı kordaların beyninin örtüyünə ötürülməsinə cavabdehdir. Talamus şüurun səviyyəsini, yuxu proseslərini və uyanıklığı tənzimləməkdə, diqqətin konsentrasiyasında mühüm rol oynayır. Talamus rüşeymin aralıq beyninin embrional inkişafının əsas törəmələrindən biridir.  Talamus qüsurları eyni zamanda yaddaş itmələrinə də səbəb ola bilir.

2. Hipotalamus
Hipotalamus orta beynin, yəni beyin sapının ən üst hissəsində olan mezensefalonun üst hissənin önündə, talamusun isə ön kənarının altında yerləşir. Yunancadan “otaq altı” mənasını verir. Hipotalamus beynimizin sadəcə 1 %-lik hissəsini tutur. Buna rəğmən beynimizin ən önəmli quruluşlarından biridir. Bu kiçik quruluşun qonşuları talamus və mezensefalon (orta beyin) arasında bağlar vardır. Hipotalamus duyğularımızın yaranma mərkəzi olan limbik sistemin ən önəmli hissələrindən biridir. Duyğularımız limbik sistemdə təyin olunduqdan sonra məlumatları üz və bədən əzələlərimizə ötürən hipotalamusdur. Bundan əlavə, limbik sistemdən çıxan duyğusal qərarları (nəticələri) hormonlar ifraz edərək idarə edən yenə hipotalamusdur. Hipotalamusun quruluşu da çox mürəkkəbdir. İndiyə qədər 16 fərqli nüvəsi aşkar olunmuşdur.

Diametri təxminən 5 mm-ə çatan iki məməciyəbənzər cisimdən və onların arasında yerləşən boz qabardan ibarət bu törəmə ən mühüm vegetativ mərkəz sayılır. Boz qabarın aşağı hissəsi daralaraq qıf adlanan ucu kor törəmə əmələ gətirir. Qıf beyin artımı – hipofiz vəzisi ilə bitişmişdir. Boz qabarın önündə görmə sinirlərinin kəsişməsi yerləşmişdir. Məməli heyvanların hipotalamusunda isə 32 cüt nüvə aşkar edilmişdir. Hipotalamus nüvələri beynin ali vegetativ mərkəzləri sayılır. Onun supraoptik və mamilyar nüvələri hipofizin hormon ifrazı fəaliyyətinə güclü təsir göstərir.

Hipotalamusun bəzi fəaliyyətləri.

1) İşıq: Suprakiazmatik Nüvə adı verilən və canlılarda bioloji ritmə nəzarət edən nüvədir. Bu nüvə dolayısıyla hipotalamus, gözdən və işıq reseptorlarından alınan məlumatları daim işləyir və sirkadyen (günlük), sirkadital (aylıq) və sirkanular (illik) dönəmlərə, yəni bioloji ritmə nəzarət edir. Bunun üçün, dönəmlərə uyğu hormonları ifraz edir. Məsələn, gecə olanda yuxumuzu gətirən bəzi hormonları ifraz edərkən bədəni yuxuya hazırlayır. Bunun səbəbi məməli heyvan olan insanın diurnal bir canlı olmasıdır (gündüz yaşayıb, gecə yatan).

2) Orqanizm daxili siqnallar: Ürəkdən, mədədən, böyrəklərdən gələn siqnalları daima analiz edir və vəziyyətə uyğun hormonlar ifraz edir.

3) Qan: Hipotalamus hormonal fəaliyyəti də tənzimlədiyi üçün hər hormonun miqdarına nəzarət etməlidir. Qan içindəki leptin, gerin,insulin,sitokin və başqa hormonlar ilə qandakı qlükoza miqdarı, plazma miqdarı və başqa xüsusiyyətlərə nəzarət edir.

4) Yad cisimlər: İnsanın orqanizminin qorunması heç zaman mükəmməl şəkildə olmur. O hər zaman çöldəki mikroblarla əlaqədədir. Buna görə də bədən bir çox müdafiə mexanizmləri inkişaf etdirir ki, bunlardan biri də bədən temperaturunun dəyişməsi nəticəsində yad cisimlərlə mübarizə aparmaqdır. Bu dəyişilməyə də hipotalamus nəzarət edir.

YAZAR: Gülaf Məhhərəmova
Həmçinin bax: tehsilim.org/xaricde-tehsil-nedir/
Həmçinin bax: Şəxsiyyət nəzəriyyələri