Ən zəhərli hörümçəklər

Braziliyalı Səyahətçi Hörümçək:

Bu Hörümçək çox zəhərli və çevikdir. Dünya da mövcud olan ən təhlükəli və zəhərli hörümçəklərdən biridir.Bu hörümçək öz adına layiqdir çünki o heç vaxt tor hörmür və səyahət edərək yaşayır.İnsan üçün narahat edən amil odur ki, qorxmadan bu canlılar evə də girə bilirlər.Bu hörümçəklərin ən çox yayıldığı region Amerika və subtropik iqlim qurşağıdır.Həcminə görə çox da böyük deyil sadəcə 10 sm-dir.Lakin onun kiçik boyu ona bacarıqlı ovçu olmağa maniə olmur.Bir dişdəmə külli miqdarda zəhər buraxaraq şikarını dərhal halsızlaşdıra bilir.Çox uzun məsafəyə tullana bilir və hədəfə dəqiq zərbə endirir.Dişləməsi çox ağrı verir.

Qonur Zahid:

Bu hörümçək ən çox Florida da rast gelinir.Həcmi çox kiçikdir 6 mm-dən 2 sm-ə qədərdir.Bu da onu Təhlükəli edir.O adətən insanı dişləyəndə şikar bunu əvvəlcə hiss etmir.Əvvəl zəhərin təsirinin heç bir amili özün göstərmir lakin 1 sutka vaxt keçəndən sonra əsl cəhənnəm başlayır.Əvvəlcə dərinizdə qızartı əmələ gəlir sonra qızartı yaraya çevrilir və 2 saata yaradan çirkli qan axmağa başlayır ən sonda nəticə kimi dəriniz tamamilə zəhərlənmiş olur və ölü dəriyə çevrilir.

 Qara Dul:

Onun belə adlanmasının səbəbi odur ki, o erkək ilə mayalandıqdan sonra onu öldürür və yeyir.Bu hörümçək adamı dişləyəndə təzyiq dərhal qalxır, hissiyat orqanları 20 qat güclü işləməyə başlayır və beyində qansızma ehtimalı yaranır, ürək elə döyünür ki az qalır yerindən çıxsın.Zəhər nəinki insanı hətta dəvə və atı da dərhal öldürmək qabilliyətinə malikdir.

Balaların gördükdə isə özünüzü ölmüş bilin çünki həmişə balalarının yanında olur və kimsə yaxınlaşanda onu güdür ki, daha da yaxınlaşsın və əgər kimsə qaçmaq istəsə nəticə verməz dərhal üstünə sıçrayaraq 2-3 metr tullanır onu dişləyir.Qara Dul tullanaraq dişləyərkən zəhər qana yüksək sürətlə daxil olur və dərhal sinir sistemin iflic edir.

Qaraqurd:

Orta Asiyada, Qafqazda, Krımda, İranda, Əfqanıstanda, və Aralıq dənizi boyu ölkələrində yayılmışdır.  Dişi 10-20 mm,  erkəyi 4-7mm olur.  Bədənin rəngi qara, qarıncıqda qırmızı ləkələr olur.  Onların dişiləri heyvanlar və insanlar üçün qorxuludur. Beləki, onun zəhəri zınqırovlu ilanın zəhərindən 15 dəfə  güclüdür.  Sancdığı nahiyədə əvvəlcə qırmızı ləkələr görünür sonra isə itir.  Lakin 10-15 dəqiqədən sonra qarın , döş ,oma, ayaqlarda  kəskin ağrılar başlayır.  Xəstədə şiddətli baş ağrısı, baş gicəllənmə, hava çatışmamazlığı,qıc olma, qusma baş verir. Sancmadan 3-5 gün sonra dəridə səpgilər yaranır. Ağır hallarda tibbi yardım olmadıqda xəstə 1-2 gündən sonra ölə bilir. Ən effektli tədbir qara qurdun əleyhinə olan zərdabdır.  Zərdabdan 5-10 sm3 əzələ arasına inyeksiya edildikdən sonra  xəstə 3-4 günə sağalır.

Marsekovski  qaraqurd hörümçəyinin sancdığı yeri alovlanan kibrit çöpünün başı ilə yandırmağı təklif edir(lakin sancdığı andan 2 dəq gec olmamaq şərti ilə) Yandırmaqda səbəb zəhər qana sorulmamış onun quruluşunu dağıtmaqdır.

 

YAZAR: Fidan Əmirəliyeva

 

Həmçinin bax: https://kafkazh.com/heyvanlarda-xerceng-xesteliyi/

Həmçinin bax: https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-1-ci-nomresini-nesr-edecek/