Ən qədim Hun boyları və Hun-Çin münasibətləri
Çinli Lord Mu (e.ə. 683-cü il – 621 d.) Hunlardan ibarət səkkiz qəbiləni özünə birləşdirdi. Beləliklə, Hunlardan əvvəl Mərkəzi Çində qəbilələrin bölgüsü belə idi: Longun qərbində; Miancu, Zuan Rong, Dihuan Rongda indiki Qansunun Tanrı dağları tərəfində; Çi, Liang dağları və Çi çaylarının şimalındakı Yinq, Yiçu, Dali, Vuci, Şuyan Rongs, indiki Çisan bölgəsində və Hançenq şəhərində; Lin (“Meşə”) Hus, Yin Prinsipal’in şimalındakı Loufan Rongs, Yan bəyliyinin şimalındakı Donqu (dong, “şərq”; Şərqi Hu), Şan (Dağ) Rongs. Bu qəbilələr parçalanaraq yaşayırdı, yüzdən çoxunun ayrı-ayrılıqda öz başçıları var idi, tək bir dövlət başçısı altında toplanmamışdılar.
100 ildən çox bir müddət keçdikdən sonra, Yin Lordu Dao (ö. 586 – 558), Hunlara elçilər göndərərək bir əlaqə qurmaq istədi. Beləliklə onla Hun elçiləri Yin Bəyliyinə gəldilər. Bundan 100 il sonra, Cao Knyazlığından olan Şiang Zi, indiki Şansidəki Dai əyalətinin şimalındakı Quoju keçidini (qədim Çində doqquzdan biri) keçərək Hunları məğlub etdi. Dai torpaqlarını birləşdirərək Çinin şimal-şərqində yaşayan insanlarla qonşu oldu. Daha sonra Han və Vey bəylikləri ilə birlikdə hərəkət etdilər və Yin Bəyliklərini birləşdirdilər. Buna görə Cao Knyazlığı, Quocu’nun şimalındakı Dai’yi və Vey Knyazlığı Şiheyi, Şanxayı aldı. Beləliklə Onlar Hunlarla qonşu oldular.
Daha sonra bəzi Hun tayfaları özlərini qorumaq üçün yaşayış yerləri ətrafında maneələr yaratdılar. Çin Knyazlığı zamanla onları bir-bir ələ keçirdi. Çinli Lord Hui (e.ə. 337-311 hökmranlığı) dövründə, onlar bəzi Hun tayfaları ilə əhatə olunmuş 25 yaşayış məntəqəsini ələ keçirdilər. Hui bəy Vey Knyazlığına hücum edərkən əvvəllər ona qalmış Şihe və Şanxayı ələ keçirdi. Çinli Lord Cao dövründə (e.ə. 306-251) Hunlar Lordu (Yiçu Rong) və Cao Bəyin anasının gizli əlaqələrindən iki uşaq dünyaya gəldi.
Buna baxmayaraq, Hun Yiçu Rong Bye’yi aldadıb öldürdü və sonra Hun Yiçu Ronglara hücum etdi və onları məğlub etdi. Beləliklə, Çin Knyazlığı Lonqşi, Beydi və Şanxayı ələ keçirdi. Bundan sonra Hunun basqınlarına qarşı şimaldan yeni dəstlər tikdi. Cao Lord Vuling (M.Ö. 325-298) Hunlara qarşı mübarizə aparmaq üçün ordusunu yenidən qurdu, Hunlar kimi əsgərlərini geyindirdi, əsgərlərini at oxatan kimi böyüddü və beləliklə Hunlardan Lin (“Meşə”) Hunlarını və Loufanları məğlub etdi. Vulinq bəy Yin dağları və Dai dağlarının ətəklərindən Qaocue’ye qədər olan torpaqları birləşdirdi, bu, Hunlar arasındakı şimaldakı sərhəddi. Sərhədi möhkəmləndirdikdən sonra O Yuncong, Yanmen, Daijun adlı vilayətləri qurdu.
Bundan bir gün sonra Yan knyazlığından “müdrik general” titulu olan Çinli Kai Hunlar tərəfindən əsir götürüldü, lakin onların arasında yaşayarkən dostluqlar qazanıldı. Yan bəyliyinə qayıtdıqdan sonra Donquya qarşı çıxdı və onları məğlub edərək min liradan çox sürdü. Daha sonra Yan bəyliyi Saoyang’danŞiangpinq’ə bir dəst təyin etdi.
e.ə. 283-cü ildən sonra şimaldan edilən basqınlara qarşı Şanxay, Yuyang, Yubeiping, Liaoşi, Liaodonq’u qurdu.
Bu arada Çində bir-biri ilə vuruşan yeddi bəylik var idi. Hunlar aralarında Yan, Cao və Çinlə qonşu idilər. Cao generalı Li Mu (M.Ö. 246-229) dövründə Hunlar və Cao arasında heç bir qarşıdurma olmamışdır.
QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Mehriban Şirəliyeva
HƏMÇİNİN BAX: Telengit türkləri
HƏMÇİNİN BAX: Tehsilim.org/musteqilliyin-ebdi-olsun-azerbaycanim/