Ən Böyük Şans
Ən böyük şans
~Ümidlərimizdən ,ən əsası isə xəyallarımızdan əl çəkəcək qədər gücsüz olmayaq.Xəyallarımızdan əl çəkmək yerinə xəyallarımızı məhv edən, darmadağın edib gedən insanlardan əl çəkək.
~Bizi biz olduğumuz üçün qiymət verməyən,qəbullanmayan,hər səhvimizdə buraxaram deyib ,gözəl günləri yaşamağımızı gözümüzdə qoyan insansifəti yarım qalanlardan əl çəkək.
~Təkbaşına mübarizə aparaq,necə ki, aparırlar və bizdə bunu aparmağa qadirik.İşi yarı yolda qoy,bacarmazsan,”flankəs etdi də nə oldu” deyənlərdən əl çəkək.
~Yorulanda nəfəs dərək,arada heyvanları əzizləyək.Sevgi göstərək bizə verilməyən sevgini…
~Yenə davam edək,həm də qətiyyətlə..
~Hər dəfəsində,yolun hər qarışında,susadığımız hər an yada salaq,bu yol bizimdir və biz seçmişik.Bacarmayacağımız bir ehtimalsa yoxdur.
~Gözəgörünməz “toplum psixologiyası”- flankəs nə deyər,flankəsin qohumu filan dedi.. Nə qədər uzaq qaçsaq yolumuz bir o qədər bəlirli olacaq.
~Özumuzəinanaq,əlimizdən gələnin ən mükəmməl indi etməyə çalışaq,eyni tempdə davam edək.. Mühüm deyil başladığın işə necə davam edirsən,əsl mühüm olan, işə başlamaqdır,başlamaqla artıq sən uğurun yarsın əldə etmisən.
~Ən ən əsası isə özümüzə şans verməyi bacaraq,sevək,sevilək.
~Unutmayaq ki, həyatdakı ən böyük şans biz özümüzük.
Sevgilərlə…
YAZAR: Türkan Mürsəl