Emosiyaların tənzimlənməsi

Stress reaksiyası kimi emosional cavablar bizi potensial təhlükə üçün xəbərar etməkdə və buna cavabımızı səfərbər etməkdə faydalıdır, beləliklə, bizim onlara sahib olmağımız yaxşı şeydir. Lakin, biz həm də emosiyalarımızın davranışımızın nəzarətdən çıxmasına səbəb olmaması üçün onları necə idarə etməli olduğumuzu da öyrənməliyik. Emosiyalarımızı uğurla idarə edə bilmək bacarığı emosiya tənzimlənməsi kimi tanınır. Emosiya tənzimlənməsinin bəzi vacib müsbət nəticələri var. Məsələn, Volter Mişel və kolleqalarının araşdırmasını nəzərə alaq. Onların işlərində 4-5 yaşlı uşaqlar şokolad cipsləri və marşmelo kimi dadlı  qəlyanaltının olduğu stolda oturtdular. Uşaqlara qəlyanaltını əgər istəsələr dərhal yeyə biləcəkləri deyildi. Ancaq eyni zamanda, onlara deyildi ki, əgər bir müddət gözləyə bilsələr, iki qəlyanaltı ala bilərlər, iri qabaqlarındakı, biri isə onun kimi başqası. Lakin, əgər onlar vaxt bitmədən qabaqlarındakını yesələr, ikincini əldə edə bilməyəcələr. Mişel üzə çıxardı ki,bəzi uşaqlar sonrakı vaxtda daha böyük mükafatı əldə edə bilmək üçün dərhal məmnunluq axtaran impulsu “ləğv edə” bilirdilər. Başqa uşaqlar, əlbəttə, belə olmayanlar sadəcə dərhal ilk qəlyanaltını yedilər. Bundan əlavə, məmnunluğu təxirə sala bilməmək spontan və emosional qaydada, çox düşünülmədən baş verdi. Müqavimət göstərə bilməyən uşaqlar özlərini dayandıra bilmədən peçenyeni götürdülər, çünki o, çox dadlı görünürdü. (Metcalfe & Mischel, 1999; “Strack & Deutsch, 2007)

Emosiyalarımızı tənzim etmə bacarığının sonrakı həyatda mühüm təsadüfləri olur. Mişel original araşdırmasında uşaqları izləyəndə tapdı ki, özünü tənzimləyə bilənlər  böyüyəndə bəzi yüksək xarakteristikada olublar: Onlar daha yaxşı SAT balı toplayıblar, dostları tərəfindən daha sosial adaptiv olaraq qiymətləndiriliblər və gənc yaşda iştahaçıcı peçenyeyə müqavimət göstərə bilməyən uşaqlardan daha çox məyusluğun və stresin öhdəsindən gələ bilirlər. Beləliklə, ozünü tənzimləmə həyatda uğurun vacib bir açarı olaraq tanına bilər. (Ayduk et al., 2000; Eigsti et al., 2006; Mischel & Ayduk, 2004).

Emosiya tənzimlənməsi bədən kimyası, xüsusilə də neyrotransmit serotonin tərəfindən təsirə uğrayır. Sonrakı böyük mükafalardansa, indiki kiçik mükafatlara üstünlük vermək heyvanlardakı aşağı səviyyəli serotonin ilə bağlıdır (Bizot, Le Bihan, Peuch, Hamon, & Thiebot, 1999; Liu, Wilkinson, & Robbins, 2004) və aşağı səviyyəli serotonin şiddətə və insanlarda intihara impulsivliyə bağlıdır. (Asberg, Traskman, & Thoren, 1976).

Biz emosiya təzimləməmizi inkişaf etdirə bilərik? Belə çıxır ki, fiziki məşq kimi özünü tənzimləmə üçün məşq kömək edə bilər. İdman etmək, tərləməkdən qaçmaq, yaxşı qaməti qorumaq kimi çətin tapşırıqlar etməyi məşq etmiş tələbələr daha sonra emosiya tənzimləmə üçün diyet saxlamaq yaxud pazlı tamamlamaq kimi labaratoriya testlərini daha yaxşı yerin yetirmişlər. (Baumeister, Gailliot, DeWall, & Oaten, 2006; Baumeister, Schmeichel, & Vohs, 2007; Oaten & Cheng, 2006).

 

Tərcümə: Səkinə Gülmalıyeva

Həmçinin bax: “İlk Göytürk” filmi

Həmçinin bax: turaz.org/yulia-putintseva-abs-da-kecirilen-wta-turnirinde-1-4-finala-vesiqe-qazanib/

Həmçinin bax: tehsilim.org/dim-notariat-fealiyyeti-ile-mesgul-olmaq-isteyen-namizedler-ucun-test-imtahani-kecirecek/