Emosional hafizə və hafizənin növləri

Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır. Həyətdən qəflətən çıxan itdən qorxan şəxs uzun müddət oradan keçərkən həmin hissləri təkrar yaşayır. Hafizənin ən yüksək, ali növü verbal hafizə hesab olunur. Onun köməyilə insanın intellektual bazası yaranır və fikri fəaliyyətinin böyük əksəriyyəti həyata keçirilir. Verbal hafizə təfəkkürün xüsusi formasının məhsulu kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, təhlili və dərk olunmasını ehtiva edir. Yəni materialın mənasının yadda saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır. Yaddasaxlama və yadasalmanın iradi proseslərinin dərəcələrinə görə hafizənin qeyri-ixtiyari və ixtiyari hafizələrə ayırırlar. İxtiyari hafizədə insan sanki qarşısına məqsəd qoyur. «Yada sal». Lakin iradi səy həmişə uğurla tamamlanmır və maraqlıdır ki, insan həmişə unudacağından qorxduğu şeyi unudur. Genetik hafizənin mexanizminin bir çox sahələri hələ də sirr olaraq qalır. İnsanın hərəkət və psixi reaksiyasının tənzim olunmasında irsi amillərin rolu, çoxalma və özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi həllini tapmamışdır. Müxtəlif növ məlumatların yadda saxlanılması qabiliyyəti insanın hansı – sol və sağ yarımkürələrinin dominant olmasından asılıdır. Birinci halda verbal hafizənin, ikinci halda isə görmə və hərəkət hafizələrinin mexanizmləri daha səmərəlidir. Hafizə yadda saxlanan informasiyalar dinamikliyinə görə fərqlənir və sanki psixikada müstəqil «yaşayır». O, bəzən qeyri-ixtiyari olaraq fəallaşır, digər hallarda heç bir səbəb olmadan yox olur. Dinamikanın məlum olan belə silsilələri reminisensiya adlanır.
Yadda saxlama müddətindən asılı olaraq hafizənin qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli hafizə qısamüddətli yaddasaxlamaya əsaslanır. Uzunmüddətli hafizəyə gəldikdə isə bu zaman öyrənilən material uzun müddət, bəzən bütün həyat boyu beyində hifz olunan və istənilən vaxt yada salına bilir. Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar, keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək olar hüdudsuzdur. İndi baş vermiş və uzaq keçmişdə olmuş hadisələrin hafizədə hifz olunması baxımından fərqli cəhətləri çoxdur. Birincinin xatırlanması asan, ikincininki isə xeyli çətin və nisbətən uzun vaxt tələb edən prosesdir.
Psixologiyada koqnitiv yanaşmanın təsirinin böyüməsi baxımından həm də hafizənin stimul-reaksiya əlaqəsinə əsaslanan bir yox, iki, üç və daha çox növü olması haqqında təsəvvürlərin tərəfdarlarının sayı da artmağa başladı. Aşağıdakı şəkildə 1960-cı illərdə hafizə haqqında təsəvvürlərin sxematik təsviri verilmişdir: ətraf mühit➡️sensor hafizə➡️qısamüddətli➡️uzunmüddətli
Hafizənin növlərinin sayı haqqında suallar hələ də tamamilə həll edilməmişdir. Hafizənin növləri ilk növbədə nəyi yadda saxlayırıq, necə yadda saxlayırıq və nə qədər müddətə yadda saxlayırıq sualları ilə bağlıdır. Hafizənin növlərini bir neçə istiqamətdə, ayrı-ayrı meyarlara görə, təsnif etmək mümkündür. Hafizənin obyekti nədir – yəni insan nəyi yadda saxlayır? Bu baxımdan hafizənin obyekti kimi cisim və hadisələr, fikirlər, hərəkətlər yaxud hisslər, emo-siyalar çıxış edə bilər. Bundan asılı olaraq hafizənin: obrazlı, sözlü-məntiqi, hərəki və emosional növləri ayırd edilir. Аrdıcıl surətlər sеnsоr hаfizənin dаhа еlеmеntаr fоrmаsıdır. Onu çох vахt Аlmаn tеrmini Nаchbildə müvаfiq оlаrаq NB simvоlu ilə işаrə еdirlər. Аrdıcıl surətlər görmə, еşitmə və ümumhissi sfеrаdа təzаhür еdir və psiхоlоgiyаdа müхtəlif аspеktdə öyrənilmişdir. Əyаni (еydеtik) surətləri аrdıcıl və yа təsəvvür surətlərindən (yunаn sözüdür, еydоs-«оbrаz, surət») fərqləndirmək lаzımdır. Əyаni surətləri (psiхоlоgiyаdа оnlаr АB simvоlu ilə işаrə еdilir) vахtilə Аlmаn psiхоlоqlаrı Lеns qаrdаşlаrı tərəfindən təsvir еdilmişdir. Təsəvvür surətləri. Surət hаfizəsinin nəzərə çаrpаcаq dərəcədə dаhа mürəkkəb quruluşа mаlik, dаhа vаcib növü təsəvvür sürətləri (bəzən о, psiхоlоgiyаdа VB simvоlu ilə işаrə еdilr) hesab edilir.
Hafizənin növləri yaddasaxlamanın xarakterinə görə:
1. Qeyri-ixtiyari-yaddasaxlama və yadasalma zamanı nəyisə yadda saxlamaq üçün xüsusi məqsəd qoyulmur➡️Bunun sayəsində insanın həyat təcrübəsinin əsas hissəsi formalaşır.
2. Ixtiyari – yaddasaxlama və yadasalma zamanı nəyisə yadda saxlamaq üçün xüsusi məqsəd qoyulur➡️Bu hafizə sayəsində insan peşəkar və digər xüsusi biliklərə sahib olur.
Əgər bu və ya digər materialın yadda saxlanılması, xatırlanması üçün qar¬şıya xüsusi məqsəd qoyulmursa və onlar sanki öz-özünə, müəyyən yol və vasitələrdən istifadə etmədən, heç bir iradi cəhd göstərilmədən yadda qalırsa, bu qeyri-ixtiyari hafizə adlanır. Əgər insan qarşısına xüsusi yaddasaxlama məqsədi qoyur və lazım olan materialı yadda saxlamaq üçün iradi səy göstərirsə, bunun üçün müəyyən üsul və qaydalardan istifadə edirsə, bu ixtiyari hafizə adlanır.
DİQQƏT VƏ HAFİZƏNİN PSİXOLOGİYASI-M. Müşviq, Ə.Elnarə kitabından əlavələr olunub.

Yazar: Həsənova Günel WCU

həmçinin bax Hafizənin psixi mahiyyəti, hafizə prosesləri

https://turaz.org/qlobal-neft-telebati-cari-ilde-sutkada-7-milyon-barrel-artacaq/