Emosional fokslanma
Emosional fokuslanma mübarizəsi:
1. Bu mübarizə tərzi stresli insanın daxili reaksiyalarını ətraf mühit faktorlarını dəyişdirərək stressdən azad etməyə çalışır. Məsələn: narahatçılığı azaltmaq üçün öz-özünlə danışmaq.
2. Fikrin problemdə cəmləşməsi.
2.1 Bu mübarizə tərzi stresli insanın daxili stres reaksiyasına səbəb olan xarici hadisəni deyişdirməyə çalışır. Məsələn:tələbə kursda çətinlik çəkdiyi zaman müəllim ilə görüş təyin edir.
2.2 Ailədə stress yarandığı zaman, ailə üzvləri ilə bir arada oturub problemi həll etmək.
2.3 İmtahan qabağı başqa bir tələbə ilə dərs oxumaq. Çətinliklərin öhdəsindən gəlmə reaksiyası bütün insanlar üçün eyni deyil. Mübarizə aşağıdakilar arasında qarşılıqlı təsirlərin nəticəsidir.
A.Stressli hadisələrin qavranılması.
B.Onlara aid edilən psixoloji məna.
C.Bu mənalarla bağlı fizioloji reaksiya.
3. Qiymətləndirməyə əsaslanan mübarizə kədərə səbəb olan xarici və daxili hadisələri izləyir. O həyacanla bağlı olan problemlərin aktiv şüuri həlli ilə məşğul olur. Həll yolları işə yaradiqda , biz onları mübarizə mexanizimləri adlandırırıq. Şüur həmdə mübarizə prosesini təşkil edən addımları dəyişir. Şüur təhlükəsizliyi təmin etmək üçün daim ətraf mühitə nəzarət edir. Bu monitorinq prosesi qiymətləndirmə adlanır. Prosesin qiymətləndirilməsi üç mərhələdən ibarətdir:
A. İlkin qiymətləndirmə
1. Hadisə əhəmiyyətsizdir və göz ardı edilə bilər.
2. Hadisə yaxşıdır v təhlükə ehtiva etmir.
3. Hadisə potensial və ya özünə hörmətə,münasibətlərə və fiziki sağlamlığa zərər verə bilər.
B. İkinci dərəcəli qiymətləndirmə
1. Ağıl qərar veriri ki, düz və ya səhfdir.
2. Ağıl hadisəyə problem kimi baxır və sonra müdafiə mexannizmindən istifadə edir.
3. İnsan özündən soruşur:” Mən özümə necə kömək edə bilerem”
C. Yenidən qiymətləndirmə
1. Ağıl daima çətinliklərin öhdəsindən gəlmək üçün göstərdiyi səylərin nəticəsini qiymətləndirir
2. Ağıl yenk strateqiyalar hazırlayır.
4 Müdafiə mexanizmləri Bunlar reallıqla üzləşmək istəmədiyimiz zaman istifadə etdiyimiz zehni strateqiyalardır. Məsələn: qaçmaq, inkar etmək,sıxıştırmaq.
5. Qeyri-adaptiv mübarizə üsulları. Məsələn: Problemi müəyyən müdətdə unutmaq üçün narkotik, güclü spirtli içki və digər stimulantlardan istifadə etmək
Vaxtın idarə olunması:
Buraya vaxtın səmərəli istifadəs, planlaşdırlması,fəaliyyətin əsaslarının müəyyən edilməsi daxildir.
İdeallıq: Lazım olan vaxtda yox deməyi bacarmaqdır. Bu həmçinin özünə hörmətin inkişafı deməkdir.
Rahatlığın texnikası: Buraya diqqətini toplamaq, fiziki çalışmalar,düzgün pəhriz daxildir.
8.4 Ümumi adaptasiya ( fikrini cəmləmək) sindromu.
Stressin öhdəsindən gəlmək cəhdləri uğurlu olmadıqda və müdafiə mexanizmləri stressin təsirlərini azaltmaq iqtidarında olmadıqda, nəticədə subyektiv narahatlıq hissi və stressorların yaratdığı paralel fizioloji simptomlar yaranır.
Stress tədqiqatının atası kimi tanınan Hans Sely, ümumi adaptiv sindrom (GAS) adlanan konsepsiyada stressə fizioloji reaksiyanı təsvir edir. GAS aşağıdakı üç mərhələni əhatə edir:
- Həyəcan reaksiyası: Bədən, adrenal korteksdən gələn hormonlar tərəfindən stimullaşdırılan güclü müdafiə reaksiyası ilə stressə cavab verir. Stress faktoru geri çəkilməzsə, bədən növbəti mərhələyə keçir.
- Müqavimət mərhələsi: Orqanizm stressə qarşı müqaviməti o yox olana qədər saxlayır. Stress faktoru yox olmazsa, orqanizm növbəti mərhələyə keçir.
- Tükənmə mərhələsi: Davam edən stressorun təsiri bədənin müqavimət qabiliyyətinin uğursuz olmasına səbəb olur. Nəhayət, müdaxilə olmadan ölümlə nəticələnə bilər.
Stressə ümumi reaksiyalar:
- Bədənin reaksiyası
- Ürək döyüntüsü dərəcəsinin artması ,qan təzyiqinin artması
- Həzm pozğunluğu , ishal ,qəzaya meylli
- Ağıl reaksiyası (idrak)
- Unutmaq
- Riyazi və orfoqrafik səhvlər
- Məşğulluq
- Emosional
- Narahatlıq
- Depressiya
- Dəyərsizlik hissləri
- Özünü tənqid
- Həsəd, şübhə, qəzəbli çıxışlar
- Ruhi reaksiya
- Maraqların azalması
- Ümidin azalması
- Başqaları ilə əlaqənin azalması/təcrid
Psixologiyanın sağlamlıqda rolu:
Daha əvvəl müzakirə etdiyimiz kimi, xroniki xəstəliklərin əksəriyyəti ən azı qismən fərdi davranışdan qaynaqlanır. Psixologiya insan davranışı haqqında elmdir. Beləliklə, psixologiyanın sağlamlıqla əlaqəsi onun insan davranışının modifikasiyasındakı töhfəsindən aydın görünür.
Şeli Taylor (1990)-a görə, psixologiyanın sağlamlıqla məşğul olmasının böyük bir hissəsi, insanların xəstələndikdən sonra onların müalicəsini gözləməkdənsə, onları sağlam saxlamaq öhdəliyidir. Onun diqqəti müalicədən çox profilaktikdir. Əslində bu, tibb və digər sağlamlıq fənləri ilə paylaşdığı bir şeydir. Lakin xüsusi xəstəlikləri öyrənməyə meylli tibbdən fərqli olaraq, psixologiyanın töhfəsi sağlamlıqla bağlı geniş spektrli problemlərə tətbiq olunan geniş davranış prinsiplərinin formalaşdırılmasındadır.
QAYNAQ: Girma Lemma- General Psychology
TƏRCÜMƏÇİLƏR: Nazənin Sadıqzadə və Fatimə Şükürova
HƏMÇİNİN BAX: Cənubi Amerikanın geologiyası, fizioqrafiyası və torpağı- II hissə
HƏMÇİNİN BAX: Rusiya Uzaq Şərqi satıb?