Əmir Teymurun Azərbaycana yürüşləri
Plan:
1. Əmir Teymur kimdir və Teymuri dövlətinin yaranması.
2. Əmir Teymurun yürüşləri.
1.Teymur 1336-cı ilin aprelin 9-da Şəhrisəbz yaxınlığındakı Xoca İlqar kəndində anadan olmuşdur. Onun atası Taraqay həmin dövrdə Qaşqa-dərya vadisində, Kars və Şəhrisyabz ətrafında yaşayan barlas tayfasından idi. Kiçik yaşlarından öz iradəsi, qətiyyətli olması, təşkilatçılıq qabiliyyəti ilə seçilən Teymur hərbi işə xüsusi maraq göstərirdi, ox atmağı sevirdi.
Teymur türk və tacik dillərini yaxşı bilirdi, kənd və şəhər həyatı ilə tanış idi. Gələcək hökmdarın şəhər həyatı ilə tanışlığı onunla bağlı idi ki, Teymur dəfələrlə Şəhrisyabz şəhərində olmuşdu. Bu şəhərin hakimi də onun əmisi
Hacı Barlas idi.
Tuğluq Teymurun Mavəraünnəhrə hücümları başlanarkən Teymur əvvəlcə Monqolustan hakiminin müttəfiqi
kimi çıxış etdi. Hacı Barlasın Xorasana qaçmasından sonra Tuğluq Teymur Şəhrisyabzın idarə edilməsini Teymura tapşırdı. Tuğluq Teymur 1361-ci ildə Moqolustanda əmirlərin bir hissəsinin qiyam qaldırması ilə əlaqədar Mavəraünnəhrin idarə olunmasını oğlu İlyas Xocaya tapşıraraq geri qayıtdı.
Teymurun Tuğluq Teymurla müttəfiqliyi uzun müddət davam etmədi. Teymurun əleyhidarlarının Tuğluq Teymura göndərdikləri məktubda bildirilirdi ki, Teymur İlyas Xocanı öldürmək və Mavəraünnəhrə yiyələnmək fikrinə düşüb. Buna inanan Tuğluq Teymur əmr edir ki, Teymuru öldürsünlər. Teymur isə bundan xəbər tutaraq ona sədaqətli adamlarla birlikdə Səmərqəndi tərk edərək gizlənir. Tuğluq Teymurun 1361-ci ildə yürüşü zamanı Bəlx hakimi əmir Hüseyn də qaçıb gizlənmişdi. Teymurla Hüseyn qərara alırlar ki, İlyas Xocaya qarşı birgə mübarizə aparsınlar. Bu razılıq qohumluq əlaqəsi ilə də möhkəmləndirilir, Teymur Hüseynin bacısı ilə evlənir.
İlyas Xoca atasının ölümündən sonra Monqolustanda hakimiyyətə yiyələnmək üçün geri qayıdır. Mavəraünnəhrdə ara müharibələri yenidən qızışır. Bu müharibələrdə Teymur da iştrak edir.
1365-ci ildə İlyas Xocanın ordu ilə Mavəraünnəhrə qayıtması barədə məlumat alan Teymurla Hüseyn Xocənd rayonunda monqollarla döyüşə girsələr də məğlub olub Amu-dəryanın cənubuna qaçırlar.
İlyas Xoca Səmərqəndə yaxınlaşır. Bu dövrdə şəhərdə sərbadarlarin rəhbərliyi altında monqollara qarşı üsyan başlamışdı. XIV əsrin birinci yarısında Xorasanda meydana gələn və monqol hakimiyyətinə qarşı yönələn sərbadarlar hərəkatının Mavəraünnəhrdə xeyli tərəfdarı var idi. Səmərqənd əhalisinin müdafiəyə hazırlaşması və monqol ordusunda atların taun xəstəliyindən kütləvi surətdə məhv olması İlyas Xocanı Səmərqəndi tərk etməyə məcbur
etdi.
Monqolların şəhəri tərk etməsini eşidən Teymurla Hüseyn Səmərqəndə yaxınlaşaraq şəhərə elçi göndərib sərbadarların rəhbərlərini danışıq üçün öz yanlarına dəvət etdilər. Mövlanzadə istisna olmaqla digər üsyan
rəhbərləri həbs olunaraq öldürüldü. Hüseyn isə özünü Mavəraünnəhrin hakimi elan etdi.
Tezliklə Teymurla Hüseyn arasında ziddiyyət yarandı. Hüseyn Teymurun yaxın adamlarından guya ona borclu olduqları üçün pul istədi. Həmin adamların isə hələ imkanı olmadığı üçün onlara Teymur kömək etdi. Teymurun
belə hərəkəti onun əmirlər arasında hörmətini artırdı, Hüseynə qarşı isə narazılıq gücləndi. Əmir Hüseynin Bəlx şəhərində iç qala tikdirməsi, şəhərin qala divarlarının bərpa olunması da Teymuru narahat edirdi. Teymur Hüseyni belə tədbirlərdən çəkindirməyə çalışsa da, nəticəsi olmadı. Teymur 1370-ci ildə Bəlxə hücüm etdi. Bəlx yürüşü zamanı Teymur özü üçün mənəvi müttəfiq tapdı. Bu, Seyid Bərəkə idi. Bəlx döyüşü Hüseynin öldürülməsi ilə nəticələndi
və 1370-ci ildə Teymur özünü Mavəraünnəhrin hökmdarı elan etdi. Teymurun andiçmə mərasimində Seyid Bərəkə
də iştrak etdi.
2.Hakimiyyətə gələrkən Səmərqənd şəhərini dövlətin paytaxtı elan edən əmir Teymur dövlətin sərhədlərini genişləndirmək üçün hərbi yürüşlərə başladı. Amu-dərya ilə Sır-dərya arasındakı torpaqlar, eləcə də Fərqanənin tutulması çox da çətin olmadı. Xarəzmin itaətə gətirilməsi isə böyük qüvvə tələb etdi. Teymur buraya 5 dəfə (1372, 1378, 1380, 1388) yürüş etdi.
Azərbaycana yürüşü:
Azərbaycan 1386-cı ilin baharında yenidən İrana və Cənubi Qafqaza yürüş etmiş Teymurun hücumuna məruz
qaldı. Teymurun bu yürüşü tarixdə üçillik yürüş kimi tanınır. O, ilk növbədə, bir sıra əmirlərini Sultaniyyəyə göndərdi. Onlar burada yerli hakim olan Adillə birləşdilər və Təbrizə gəldilər. Sultan Əhmədin Təbrizdəki əmirlərinin bir qismi Əlincə qalasına, bir qismi isə Bağdada çəkildi. Təbriz Adilin ixtiyarına keçdi. Sultan Əhmədin Təbrizə göndərdiyi qoşun yenidən məğlub olub geri qayıtdı.
Az sonra Adil Teymuru qarşılamaq üçün Həmədana gedərkən Sultan Əhməd bir daha Təbrizə tərəf irəlilədi.
O, Marağa vilayətinə daxil olduqda Adilin əmirləri Təbrizi tərk edib geri çəkildilər. Adillə birləşmiş Teymur
Ucana çatdıqda Sultan Əhməd düşmənə qarşı müqavimət göstərmək iqtidarında olmadığı üçün Təbrizdən çıxıb Naxçıvana getdi və düşərgəsini tərk edərək oradan Bağdada çəkildi. Təbrizə daxil olmuş Teymur bir müddətdən
sonra Naxçıvana getdi və orada, Əlincə qalasının ətəklərində birgünlük vuruşmadan sonra Qarabağa qışlamağa
gəldi. Teymur Qarabağda olduğu zaman Şirvanşahİbrahim qiymətli hədiyyələrlə onun yanına gedib öz itaətini bildirərək onunla ittifaq bağladı.
XIV əsrin son rübündə Cənubi Qafqazda baş vermiş hadisələr (ilk növbədəTeymurun və şirvanşah I İbrahimin fəaliyyəti) nəticəsində Azərbaycanın Şimal-qərb sahələri genişləndi. Tarixçi Şərəfəddin Əli Yəzdinin məlumatına
görə, bu dövrdə Azərbaycan ilə Gürcüstan arasındakı sərhəd Debed (Tebeder) çayı boyunca keçirdi.1387-ci ildə Teymur Toxtamışın Buxara və Səmərqənd üzərinə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməli oldu. O, burada öz şahzadələrindən və yerli əyanlardan ibarət canişinləriniqoydu. Təbriz şəhəri Miranşahın başçılığı ilə Əmir Məhəmməd Dəvati və Qara Bəstama, Sultaniyyə Əxi,Pişkin Əmir və Hacı Əhmədə tapşırıldı. Lakin tezliklə Teymurun canişinləriarasında çəkişmələr başlandı.
Azərbaycanda hakimiyyəti ələ almağa çalışan bir sıra yerli feodal qrupları da mübarizəyə qalxaraq, həm
Teymurilərlə, həm də öz aralarında toqquşurdular. Sultan Əhmədin Təbrizdə hakimiyyətini bərqərar etməyə çalışan əmirlər, Mahmud Xalxalinin idarə etdiyi feodal qrupu, Qara Yusifin başçılığı ilə Qaraqoyunlular, Marağa hakimi Yadigar şahın dəstələri və hakimiyyətdə möhkəmlənməyə can atan Teymuri əmirləri bu çəkişmələrin başlıca iştirakçıları idi.1387-ci ildə Təbriz hakimlərindən olan Qara Bəstam və Pişkin hakimi Əmir ittifaqa girərək Məhəmməd Dəvatinin üzərinə hücum etdilər, onu məğlubiyyətə uğradaraq Təbrizin idarəsini öz əllərinə aldılar.
1388-ci ilin fevralında Əlincə qalasının kutvalı Xacə Cövhər Cəlairi əmiri sultunun başçılığı ilə Təbrizə qoşun göndərdi. ġəbli Mərənddə onlara qarşı çıxdı, lakin məğlub oldu. O, əvvəlcə Təbrizdə, sonra isə Marağada əhalini
qarət etdi.Təbrizdə ġəblin in naibi Əmir Dövlətyar hökmranlıq edirdi. Vəziyyətdən istifadə edən Məhəmməd Dəvati Qaraqoyunlu Qara Məhəmmədi şəhəri tutmağa çağırdı. Həmin ilin may ayının 25-də Qaraqoyunlu qoşunu Təbrizə çatdı, şəhərdə olan üsyançıları həbs edib Şəblinin ardınca getdi. Onlar Həştruddakı vuruşmada qələbə çaldılar. Şəbli öldürüldü. Lakin Qaraqoyunlularla Ağqoyunlular arasındavuruşma başlandığı üçün Qara Məhəmmədin dəstəsi Təbrizdən çıxmalı oldu. Onlar şəhəri Qara Bəstama və Əmir Caliqə tapşırdılar. tezliklə Qaraqoyunlu əmirləri də şəhəri tərk etdilər və Təbriz şeyx Adilin sərəncamına keçdi. O, Əlincə qalasının kurvalı Cövhəri Təbrizə dəvət etdi. Cövhərin Təbrizi tutub Arrana qoşun göndərməsindən narazı qalmış Xalxal hakimi Mahmud ona qarşı qoşun yeritdi və Təbrizə yürüş edib şəhəri ələ keçirdi.
Təbriz 5 ay müddətində Mahmud Xalxalinin başçılıq etdiyi əmirlər qrupunun (şeyx Hacı, Satılmış Məlik Nizaməddin, Xalıq və b.) ixtiyarında oldu. Bundan sonra isə şəhər Əlincə qalasından Altunun hücumuna məruz qaldı. Altun Mahmud Xalxalinin bir neçə əmirini tutub Əlincə qalasına göndərdi, özü isə Təbrizə daxil oldu. Lakin 1391-ci ildə Mahmud Xalxali yenidən Sultaniyyədən Təbrizə yürüş etdi, Altun ilə qanlı vuruşmalar apardı və qalib gələrək Təbrizdə hakimiyyəti ələ aldı. O, 6 aydan sonra Əmir Məlik Nizaməddini şəhərdə qoyub Xalxala qayıtdı. Vəziyyətdən istifadə edən Qara Yusif Xoydan Təbrizə gəldi, şəhəri tutdu və bir neçə gündən sonra əmirlərini burada qoyub geri qayıtdı. Az sonra Əmir Altun bir daha Əlincə qalasından Təbrizə hücum etdi, şəhəri ələ keçirdi. O da öz nümayəndələrini şəhərdə qoyub geriyə – Əlincəyə qayıtdı. Bu vaxt Mahmud Xalxali Təbrizə yürüş edərək, Altun ilə 12 günlük vuruşmadan sonra qələbə çaldı və şəhərə daxil oldu. Lakin o, bu dəfə də Təbrizdə möhkəmlənə bilmədi.
1392-ci ildə Alatağ yaylağından Təbrizə irəliləyən Qara Yusif şəhəri tutdu, Mahmud Xalxala çəkildi. Təbriz bir neçə gündən sonra Əmir Bəstam və onun müttəfiqlərinin (qardaşı Mənsur və Xalıqın) əlinə keçdi. Qara Yusif şəhərdən çıxmalı oldu.Bu zaman Marağada da feodal çəkişmələri gedirdi. Ruyendej qalasında Əmir Məhəmməd Dəvatini həbsə almış Yadigarşah Marağada hökmranlığa başladı və bir neçə gündən sonra Təbrizə yürüş etdi. Lakin şəhəri tutmaq ona müyəssər olmadı.
Təbriz Bəstam Cakir və onun müttəfiqlərinin ixtiyarında çox qalmadı. Qara Yusif şəhərə yürüş edib oranı tutdu və
bir aya yaxın şəhərdə qaldıqdan sonra Əmir Satılmışı canişin təyin edib şəhərdən çıxdı. Bu xəbəri almış Yadigarşah bir daha Marağadan Təbrizə yürüş etdi. Bir neçə gün əvvəl baş vermiş vuruşmalarda tərəflərdən heç biri qələbə qazana bilmədi. Bu əsnada Teymurun qoşunları Azərbaycan sərhədlərində göründü. Qaraqoyunlular Təbrizi tərk
edib öz vilayətlərinə tərəf çəkildilər. Yadigar şah isə Marağaya getdi. Teymurun qoşunu 1392-ci ildə Təbrizə daxil oldu.
Cəlairi sultanı Əhmədin Azərbaycanda yeganə istinadgahı Əlincə qalası idi. Cəlairilərin xəzinəsi qalada saxlanılırdı. Qala Sultan Əhmədin oğlu Sultan Tahirin başçılığı ilə Əmir Altun və qalabəyi Xacə Cövhər tərəfindən müdafiə olunurdu.
Burada Cəlairilərin 300-dən artıq əsgəri var idi.Azərbaycanı zəbt etmiş Teymur Sultan Əhmədə tabe olmaq barədə məktub yazdı, lakin rədd cavabı aldı. Buna görə də o, Bağdada hücuma keçdi, oranı qarət etdikdən sonra geri qayıdıb Əlincəyə qoşun göndərdi. Qalanın müdafiəçiləri mərdliklə döyüşürdülər. Teymur qalanınmühasirəsini daha da gücləndirdi və bütün giriş yollarını nəzarət altına aldı. Əmir Teymur Gürcüstana yürüş etdi, oranı viran qoydu və 1393-cü ildə Şəki vilayətinə soxuldu. Şəki hakimi Seydi Əli düşmənə müqavimət göstərə bilmədiyi üçün qaçdı.
Teymur buradan Muğana qayıtdı və Mahmudabadda qışladı. 1395-ci ilin baharında Teymur Dərbəndi keçərək Qızıl Orda üzərinə hücum etdi. Şirvanşahİbrahimin və Marağa hakimi Əmir Yadigarın iştirak etdiyi bu yürüşdən 1396-cı ilin baharında qələbə ilə qayıtmış Teymur şimal sərhədlərinin qorunması məqsədilə Dərbəndin müdafiə istehkamlarını daha da möhkəmləndirdi. Şirvanşahİbrahim Şirvanın hakimi kimi tanındı və o da şimal sərhəddinin müdafiəsi ilə məşğul oldu.
Əlincə qalası istisna olunmaqla, bütün Azərbaycanı zəbt etmiş Teymur oğlu Miranşahı Dərbənddən Bağdada, Həmədandan Ruma qədər olan böyük bir əraziyə hakim təyin etdi və Səmərqəndə qayıdaraq Hindistan səfərinə getdi.Teymur Hindistan səfərində olarkən Azərbaycanın, eləcə də Cənubi Qafqazın bir çox yerli feodalları müstəqillik uğrunda mübarizə apararaq Teymurilərə itaət etməkdən boyun qaçırdılar. Əlincə qalasının müdafiəçiləri ilə birləşmiş Şəki və Gürcüstan hakimləri Teymurilərlə vuruşdular və hətta bir çox hallarda onlara qalib gəldilər.
Miranşahın yeritdiyi mənfur siyasət bir çox feodalların və xalq kütlələrinin narazılığına səbəb olurdu. Azərbaycanda və Cənubi Qafqazda baş verən hadisələrdən xəbərdar olmuş və Miranşahın vəziyyəti nizamlamaqda acizliyini hiss etmiş Teymur Hindistan səfərindən qayıtdıqdan sonra (1399-cu ilin sentyabr ayında) Azərbaycana yürüş etdi. Bu yürüş tarixdə ” Yeddiillik müharibə” adlanır.
Azərbaycana gəlmiş Teymur Qarabağdan Gürcüstana getdi və Kür çayının sahillərində məskən saldı. Bu zaman Cənubi Qafqazın bir sıra vilayət hakimləri onun hüzuruna gedib itaət edəcəklərini bildirdilər. Həmin hakimlərlə Teymurarasındakı münasibətlərin yaxşılaşdırılmasında ŞirvanĢah İbrahimin böyük rolu oldu. Seydi Əli öldüyü üçün Şəki vilayətinə hakimlik edən oğlu Seydi Əhməd,həmçinin gürcü çarı Georgi Şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymurun yanına gedib, onunla ittifaqa girdilər.
Teymurun bu yürüşü zamanı uzun müddət cəsarətlə müdafiə olunan Əlincəqalası da tabe edildi. Qalada baş vermiş feodal çəkişmələri onun süqutu üçün əsas səbəb oldu.
Teymur bir müddətdən sonra Səmərqəndə qayıtdı və 1405-ci ildə vəfat etdi. Azərbaycan bu dövrdə Miranşahın oğlu Mirzə Ömərin ixtiyarında, Şirvan isə İbrahimin hakimiyyəti altında idi.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
- Mais Əmrəhov və Pərviz Səfərov.Türk xalqları tarixi
- Azərbaycan tarixi.3.cild
Yazar:Zeynəb Hüseynzadə
Həmçinin bax: Şeyx Üveysin yürüşləri
Həmçinin bax: turaz.org/sedir-ceferovun-ozbekistana-ilk-resmi-seferinin-tarixi-aciqlanib/