Elxan Elatlı “Xəstə ruhlar” əsərindən

“Məzlumlar”

Kitab haqqında mülahizələrimi bölüşmək istərdim…

Doğrusu kitabı ilk əlimə aldığımda enerji almadım. Bu ya onun tarixi əsər olmasından, ya da mistik məzmunla bağlı olması ilə əlaqədar .Kitab tarixi-dedektiv əsərdir. Faktlarla doludur.  Elxan Elatlının digər əsərlərində olduğu kimi qəhrəmanlardan biri tanış xarakterdir. Qambay Qasımlı- Kriminalistika alimi, ya yazıçı təxəyyülünün məhsulu, ya da həyatda olmuş bir insan kimi tərənnüm olunur. Hadisələr əsas obrazlardan olan kənd polisi Vasifin dili ilə nəql edilir. İlk olaraq kənd, ətraf mühit insanları, kəndin təsviri ümumi şəkildə qısa cümlələrlə şərh edilir. Geniş təsvir, adlıq cümlələrin bolluğu, heyrətamiz təşbehlər, füsunkar metaforlar əsəri valehedici etməyə vəsilə olur.

Düşünürəm ki, dedektiv janrda olan əsərlər insan beyninin müəyyən hissəsini inkişaf etdirməyə xidmət edir. Belə ki, əsərin əvvəlində müsbət xarakter kimi dəyərləndirdiyin biri əsərin sonuna doğru gedərkən artıq mənfi qəhrəmana ,hətta suiqəstçi erməni balasına  belə çevrilir. Necə də qəribədir, elə deyilmi!?

Tarixdən də məlumdur ki, ermənilər millətimizin içərisində xalqımızı bir-birinə vurub, kənardan çox yaxşı, həzzlə tamaşa etməyi çox sevmişlər,eyni zamanda da bu cür xislətli əməlləri yerinə yetirməyi çox ustalıqla bacarmışlar. Əslində kitabda böyük xəyanətlər vardır. Hansı ki ,biz bunu Əbdülün Şahnaza olan xəyanətində,  Haykanuşun Vahana olan xəyanətində, Cəmilin atasına,qardaşına bir sözlə nəslinə olan xəyanətində görürük. Lakin ən böyük xəyanət ermənilərin  yedizdirildiyi, yaxşı üz və yaxşı həyat gördüyü evə olan xəyanətidir. İnsanlığa sığmayan davranışlar kitab səhifələrindən zehnlərə axıdılır.

Kitabda əvvəldə qeyd etdiyim kimi, tarixi faktlara toxunulur. AXC hökümətinin yaradılması, Nuru Paşanın şücaəti, Qafqaz canişinliyinin özbaşınalıqları, qaçaq hərəkatları incə və indiyə qədər bilinməyən xırda məqamları ilə aydınlıq gətirilir. Həmçinin yazıçı tərəfindən siyası məqamlar da ustalıqla şərh edilir. Azərbaycanlı gənclərə Çar Rusiyası və Qafqaz canişinliyinin zamanında nə səbəbə silah verilməməsi, ermənilərin Qafqaz canişinliyində mövqelərinin güclü olması, azərbaycanlı ailələrin xüsusilə də gənclərin erməniləri ciddiyə almaması və onlara saf insan kimi yanaşmaları( hansı ki, bütün bəlalar bu səbəbdən olur) kimi siyasi məsələlər oxuculara çatdırılır.

Fikirlərimin əvvəlində qeyd etdim ki, dedektiv əsərlər insan zehnini inkişaf etdirir, nəticə çıxarmaq qabiliyyətini təkmilləşdirir. İnkişaf isə araşdırma yolu ilə olur. Sonda qatil və ya cinayətkar heç nəzərində belə olmayan bir insan olur. Qətlin isə məqsədi tam əvvəldən cərəyan edən iki nəslin qan davası yox, sadəcə erməni xislətinin baş qaldırması olur.Sonda bir neçə günahsız insan həyatını itirmiş ,bir neçə ailə məhv olur…

Və erməni Mahnisənin oğlu Xanverdi qatil olaraq heç də peşiman olmadığı aydın olur.

Əsərdə də deyildiyi kimi, insanlar özlərini ölü ruhlardan yox, sağlam bədəndə olan xəstə ruhlardan qorumalıdır.

Araşdırmaçı- yazar:  Türkan  Mürsəl